Avstraliyada yaşamaq üçün tələblər

Həyatını dəyişib xaricdə yaşamaq fikri hər bir insanın ağlından keçə bilər. Əgər belə fikirlər sadə arzu çərçivəsindən çıxırsa, artıq onu həyata keçirmək yollarını axtarmaq lazımdır. Arzunun gerçəkləşməsi, ilk növbədə, bu ölkəni seçməklə başlayır. Əksəriyyət doğma olan materiki ilə kifayətlənir, lakin okeanın o tayına köçmək istəyənlər də var. Amerika Birləşmiş Ştatları ilə yanaşı bu cür uzaq istiqamətlər arasında Avstraliya da böyük rəğabət qazanıb.

Ölkə iqlim, təhlükəsizlik və sosial təminat səviyyəsi üzrə reytinqlərdə liderliyini qoruyur. Avstraliyaya immiqrasiya imkanlarını araşdırarkən məlum oldu ki, bu ölkənin potensial vətəndaşlarına yüksək tələblər irəli sürülür. İnsan ingilis dilini yaxşı bilməli, müəyyən ixtisas və digər meyarlara cavab verməlidir. Belə bir tələbkarlığı nəzərə alaraq, bəzi şirkətlər Avstraliya hökümətinin təsdiqini almaq şanslarının ilkin qiymətləndirilməsini təklif edir. Onlar həmçinin immiqrasiya üçün optimal variant seçib ona hazırlıq görməkdə kömək olur.

Avstraliyada daimi yaşamağın 3 əsas yolu var:
Təhsil
İşə düzəlmək
Şəxsi biznes qurmaq

Bu metodlar bir-birinə bağlı ola bilər. Belə ki, ixtisas üzrə təhsil üçün yola düşərkən, daha sonra məzun müvəqqəti əmək vizası ala bilər. Düzgün davransanız bu sənəd daimiyə çevrilə bilər.

Avstraliyaya iş üçün köçəndə, immiqrant karyera qurub özəl iş açmaq üçün kifayət qədər pul toplaya bilər.

Biznes-immiqrasiya ən çox vaxt aparan üsuldur. Dil biliklərindən başqa, namizəd xaricdə iş aparmağı təcrübəsi və ən azı 800 000 Avstraliya dolları (təqr. 594 min ABŞ dolları) dəyərində aktivlərə malik olmalıdır. Biznesə də tələblər irəli sürülür. Belə ki, onun dövriyyəsi illik 0.5 milyon Avstraliya dollarından (təqr. 300 min ABŞ dolları) aşağı olmamalıdır.

Avstraliyaya iş üçün köçmək ən aktual yoldur. İlk növbədə, insan immiqrasiya siyahısına daxil olan ixtisas üzrə müəyyən vaxt işləməlidir. Onun işi ştatlardan asılı olaraq fərqlənir. Regionun seçimi belə təsdiq almasına böyük təsir göstərə bilər. Dil biliyindən başqa (IELTS, PTE, Cambridge English üzrə testlər), potensial immiqrantın yaşını, təhsilini, iş təcrübəsini qiymətləndirirlər. Hər bəndə görə xal qazanılır. Beləliklə, ali təhsil son qiymətə 15 bal əlavə gətirəcək.

fins.az
loading...
 

0 şərh