Рейтинг
+37.29

Ölkələr

51 üzv, 60 topik

Təbəssümlər diyarı - Tailand

Uzaq Şərq incəsənətinin, dininin və fəlsəfi məktəblərinin fərqli cəhəti — dinclikdir. Bu cəhət yaşından və ictimai statusundan asılı olmayaraq Uzaq Şərqdə yaşayan bütün insanlara xasdır. Və məhz həmin xüsusiyyətin sayəsində bu insanlar gündəlik həyatın çətinliklərinə sinə gərə bilirlər. Taylanda gələn turistlər çox vaxt təəccüblənirlər: axı nə üçün rastlarına çıxan hər kəs — stüardessa, satıcı, biznesmen, küçədəki piyadalar gülümsəyir?

Bəzən bu yersiz gülümsəmə hətta adamı əməlli başlı əsəbiləşdirir də! Görüm sizə baqajınızın səhvən başqa ölkəyə getməsi, reysinizin bilinməyən vaxtacan təxirə salınması, oteldə boş yer olmamasını gülümsəyərək xəbər versələr neyləyərsiz.
Davamı →
 

Avstraliyada yaşamaq üçün tələblər

Həyatını dəyişib xaricdə yaşamaq fikri hər bir insanın ağlından keçə bilər. Əgər belə fikirlər sadə arzu çərçivəsindən çıxırsa, artıq onu həyata keçirmək yollarını axtarmaq lazımdır. Arzunun gerçəkləşməsi, ilk növbədə, bu ölkəni seçməklə başlayır. Əksəriyyət doğma olan materiki ilə kifayətlənir, lakin okeanın o tayına köçmək istəyənlər də var. Amerika Birləşmiş Ştatları ilə yanaşı bu cür uzaq istiqamətlər arasında Avstraliya da böyük rəğabət qazanıb.

Ölkə iqlim, təhlükəsizlik və sosial təminat səviyyəsi üzrə reytinqlərdə liderliyini qoruyur. Avstraliyaya immiqrasiya imkanlarını araşdırarkən məlum oldu ki, bu ölkənin potensial vətəndaşlarına yüksək tələblər irəli sürülür.
Davamı →
 

Yaponların tərbiyə metodları

Yaponiya qəribə ölkədir. Bütün dünya yaponların öz xalqı və təbiətlə harmoniyada yaşamaq arzusuna vurulur, onların inadına və səbrinə həsəd aparır. Bu, onların yeganə xarakterik xüsusiyyətləri deyil. Yaponların tərbiyə metodları da çox fərqlənir.

Gündoğan ölkədə ilk olaraq nəsillər arasında qeyri-adi qarşılıqlı anlaşma nəzərə çarpır. Uşaqlar elə bil, ümumiyyətlə, naz və şıltaqlıq etmirlər. Belə yekdilliyin səbəblərindən biri — uzaq keçmişdən gələn uşaqla birgə qalmaq ənənəsidir.
Davamı →
 

Arıqlamaq istəyirsənsə, bu ölkəyə get!

Asiyada, Taylandın şimal-şərqində, Vyetnamın qərbində yerləşən Laos bir dövlət kimi öz tarixinə XIV əsrdən başlayıb. Ölkənin dənizə çıxışı yoxdur, amma tarixi və mədəniyyəti olduqca fərqli, zəngin və maraqlıdır. Yəni istirahət etmək üçün heç də dənizi önəmli saymayan kəslər bu ölkəni seçə bilərlər.

Mətbəxi
Bir çox ölkələrdə olduğu kimi, Laosun da mətbəxinə qonşu Taylandın, Kambocanın, Çinin və Vyetnamın təsiri danılmazdır. Bu ölkənin yeməklərində  duz və ədviyyatlardan daha çox, müxtəlif tərkibli souslardan istifadə edilir,  göyərti və tərəvəzlərdən yeyilir, lakin ət və balıq məhsullarına bir o qədər də tələbat yoxdur.


Ardı →
 

Fin mətbəxi

Finlandiya Avropanın şimalında, Baltik dənizi sahilində yerləşir. Şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Ölkənin paytaxtı Helsinki  turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdəndir. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır.


Ardı →
 

Kanadaya dadlı səyahət

Kanada Şimali Amerika qitəsində yerləşən, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəd ölkədir. Bildiyimiz kimi, ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 

1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular.

18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. 


Ardı →
 

Maçu Pikçu xarabalıqları, Peru




Maçu Pikçu xarabalıqları, Peru

Dünya tərəfindən inklərin itkin şəhəri olaraq bilinən Maçu Pikçu qalıqları Peruda, dağların yüksəklikləri üzərində yerləşir. 1911-ci ildə Hiram Binqao tərəfindən yenidən kəşf şəhərin ink əsilzadələri üçün inşa edildiyi zənn edilir, çünki bənzərsiz coğrafi mövqeyi və təbii müdafiə üslubu, hücumlara qarşı zəmanət verə biləcək xüsusiyyətdədir. Maşu Pikçu qalıqları bu gün dünyanın ən çox ziyarət edilən yerlərindən biridir.
 

Əfsanə sevənlərin adası | İrlandiya

İrlandiya Avropanın qərbində yerləşir. Respublikanın paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin maraqlı tarixi var. Keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. İrlandiyada 26 qraflıq var ki, hər birində qəsrlər var. Turistlər bu qəsrlərə baxmaqla yanaşı, nömrə sifariş edib, qala da bilərlər.
Ölkədəki supermarketlər 12:00-dan 18:00-a kimi, kiçik dükanlar isə 07:00-dan 23:00-a kimi fəaliyyət göstərir.
Davamı →
 

Hesabı xanımların ödədiyi, qıza baxmağın ayıb sayıldığı ölkə

Hər bir xalqın öz adət-ənənələri, yazılmamış həyat qaydaları var. Amma dünyada yapon xalqından daha çox itki verən və qısa vaxtda əvvəlki inkişaf tempinə yüksələn ikinci bir xalq tapmaq çətindir. Gəlin, yaponları daha yaxından tanıyaq və uğurlarının sirrini açaq...

— Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir, bizim kimi qonaqpərvərlikləri yoxdur. Ailəvi dostlarla restoranda görüşürlər. Yaponun evinə dəvət edilmisinizsə, bu, böyük fəxrdir.

— Nə badə çağırıldığınız evə ayaqqabı ilə girəsiniz. Bu, ev sahibinə hörmətsizlik sayılır. Evə girən kimi qarşınıza Çin Səddi kimi “başmaq ordusu” qoyurlar, birini seçib geyinməlisiniz.
Ardı →
 

İstiotlu gürcü mətbəxinə səyahət


Gürcüstan Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.

Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.


Ardı →