Рейтинг
+37.29

Ölkələr

51 üzv, 60 topik

Mali

Mali bayragı
Adını  ara-sıra eşitdiyimiz və haqqında geniş məlumatımızın olmadığı bu ölkə Malidir. Maliyə səfər  etməmişdən əvvəl onun haqqında ümumi məlumat toplamışdıq. Bu məlumatların real həyatla nə qədər uyğun gəlib-gəlməyəcəyini səbirsizliklə gözləyirik.
Hava limanına enər-enməz gördüyümüz mənzərənin tipik Afrika ölkəsinə aid olduğunu sezmək  çətinlik törətmir. Ancaq gəzib-dolaşmamış da bir qərar vermək istəmirik. Ona görə də Bamakonun küçələrində gəzməyə başlayırıq. Bir ölkəni yaxşı tanımaq istəyirsinizsə, həmin ölkənin küçələrində gəzməli, bazarlarında olmalı və insanları ilə ünsiyyət saxlamalısınız. Bu, həmin ölkəni tanımaq üçün ən asan yoldur.
 


Ardı →
 

Doğma Bakımızı bir də belə görək

Gecənin düşməsi ilə Bakı daha da işıqlanır. Gecə yarısı mavi Xəzərin sahilində yüzlərlə bakılı gəzir. Mərkəzdə olan hər bina təkrarolunmaz dərəcədə möhtəşəm işıqlanır. Teleqüllə isə bir-birini əvəz edən rənglərin fonunda Azərbaycanın paytaxtının möhtəşəm gözəlliyinə bir əzəmət qatır.
Ardı →
 

Sinqapur, “Marina Bay Sands-3” oteli

 Əvvəllər Sinqapurun  klassik mənzərəsi “Swissotel” otelindən görünüş hesab olunurdu,ancaq bir neçə il öncə göydələnlərlə okean arasından damında hovuzu,palma ağacları,restoranı və müşahidə meydançası olan “Marina Bay Sands-3”oteli tikildi.İndi Sinqapurun klassik görünüşü tamamilə dəyişib.

Sağdakı ən hündür bina “Swissotel”dir

Sinqapurun simvolu Merlion 

Arxa planda Marina Bay Sands oteli.Onun solunda isə sərgi salonudur.

Meydançaya hər kəs,hətta burada yaşamıyanlar bələ qalxa bilər.

Qeyri-sakinlərin buraxılmadığı sol tərəf isə gəminin burnu formasında düzəldilib.

Sinqapur dünyanın ən iri limanıdır.Burada hər zaman yüzlərlə gəmi rəyddə dayanır.


Swissotel dən görünüş.

Müşahidə təkəri –“Singapore Flyer” Londonun “London Eye” uyğun tikilib.

Müşahidə təkərindən iri kabinələr asılıb.Bir dövrə təxminən yarım saata edilir.
Təkərdən görünüş.

Marina Bay Sands.

“Esplanda” teatrı.

Marina Bay Sands oteli ilə dəniz arasında botanika bağı var.

Park üçün xeyli bitkilər alınıb və onlar əkilmək üçün öz növbəsini gözləyir.

Marina Barrage şirin su ilə duzlu suyu ayıran torpaq bən.Onun tikintisindən sonra Sinqapurda şirin su ehtiyyatı olan nəhəng ambar yarandı.

Şəhər sakinləri burada piknik etməyi sevirlər.
Torpaq bənddən şəhər mənzərəsi.

 
 
 
 

Çin

Paytaxtı Pekin şəhəridir. Böyük Çin düzənliyinin şimal hissəsində yerləşir. 3 tərəfdən dağlarla əhatə olunmuşdur. E.ə. V əsrdən Yan knyazlığının paytaxtı olub.
Çində 1949-cu ildə Xalq Respublikası elan edildikdən əvvəl 1912-ci ildə Sin sülaləsinin süqutundan sonra o burjua respublikası idi. ÇXR-sı Şərqi və Mərkəzi asiyada yerləşərək Tayvan və Xaynan adaları da daxil olmaqla geniş ərazini əhatə edir. Hazırda onun əhalisi say etibarilə dünyada I yeri tutmaqla 1,306 milyard nəfərdir. Dədim Çin etnik birliyi e.ə. VII –YI əsrlərdə yaranmış Sin və Xan imperiyaları dövründə qərb və cənub istiqamətlərdə aparılan müharibələr nəticəsində qədim Çin dövlətinin ərazisi xeyli genişlənmişdir. VI-X əsrlərdə Suy və Tan sülalələrinin hakimiyyəti dövründə bu cür işğalçı müharibələr daha geniş miqyas almışdı.XIII-XYII əsrlərdə Çində Min sülaləsi hakimiyyətdə olmuşdur. XYIII-XX əsrlərdə mancurların Sin sülaləsi hakimiyyətdə olmuşdur. 1911-ci ildə çində Mancur sülaləsinin hakimiyyətinə son qoyuldu və Çində burjua Respublikuası yarandı.
Davamı →
 

Yaponiya

Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Xonsyu, Xokkaydo, Kyusyu və Sikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.
Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər.


Ardı →
 

Sudan

Sudan sözü- ərəbcədən tərcümədə Bilyad ES-Sudan- qaralar ölkəsi mənasını verir. Sudan tarixi etnoqrafik vilpayəti Şərqi və Qərbi Sudan rayonlarına bölünür. Şərqi Sudan Nil çayı hövzəsində geniş bir ərazidə yerləşir. Qədim Misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ eradan əvvəl IV-III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dil, yazı, memarlıq yayılmyşdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi eradan əvvəl I minilliyə aid olsa da bizim eranın I minilliyində bu proses güclənmişdir. Ərəblər Misiri ələ keçirdikdən sonra XIII-XVI əsrlərdə Nubiyada da möhkəmlənmişdilər. XIX əsrin əvvəllərindən başlayaraq Şərqi Sudana türk-Misir müdaxiləsi genişlənmişdir. XIX əsrin sonlarında Sudanda İngiltərənin hökmranlığı təsdiq olunmuşdur. Bundan sonra İngiltərə müstəqil Sudan Respublikası yaranana qədər Sudanı təkbaşına idarə etmişdir. 1956-cı ildə müstəqil Sudan Respublikası yaranmışdır.


Ardı →
 

Koreya

Koreya xalqları 2 inzibati birlik daxilində Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreyada məskunlaşmışlar. Cənubi Koreya 15 avqust 1948-ci ildə, Şimali Koreya isə ondan bir qədər sonra 9 sentyabrda yaranmışdır. Hələ 1910-cu ildə Koreya Yaponiya tərəfindən işğal olunmuşdur. 1945-ci ildə ölkə bütünlüklə yaponlardan azad edilmişdir. O vaxt Koreya şimalda sovet, cənubda isə Amerikan işğal zonasına bölünmüşdü. Məhz bunun nəticəsində bu süni dövlət birləşmələri yaradılaraq vahid Koreya xalqı, dövlətlərin siyasi marağı üzündən 2 hissəyə parçalanmışdır.
Koreyanın ümumi sahəsi 221 min kV. km-dir. Əhalisi isə 65 mln-dan çoxdur. Koreya monoetnik dövlətlər sırasına daxildir. Onun əhalisinin 99 %-ni koreyalılardır. Ölkədə az miqdarda 70 min nəfər çinli yaşayır. Koreyalıların mənşəyi məsələsi hələ qəti şəkildə müəyyənləşdirilməmişdir.


Ardı →
 

Əfqanıstan

Əfqanistan qərbi Asiyanın şərq hissəsində yerləşir. Onun dənizə çıxış yolu yoxdur. Dinləri islam dinidir. Bunlardan 85%-i sünnü, 15%-i isə şiədir. Paytaxtı Kabul şəhəridir. Əfqanistanın sahəsi 652.090 kv. km.-dir. Əhalisi isə 29,9 milyona yaxındır. Əhalisinin yarıdan çoxunu əfqanlar-puştular təşkil edir. Əfqanlar özlərini paxdanə adlandırırlar. Puştu dili iran dillərinin şərq qrupuna daxildir. 1936-cı ildən puştu dili dövlət dili elan edilmişdir. Puşdu dili ilə yanaşı dari dili də dövlət dilidir.
Əfqanlar bir xilq kimi XYI əsrdə formalaşmışdır. Onların mənşəyi az öyrənilmişdir. Lakin belə guman etmək olar ki, onların mənşəyində tacik, hind və türk elementləri iştirak etmişlər. Əfqanistan Ön Asiyanın çoxmillətli dövlətləri sırasına daxildir. Burada 30-a qədər xalq yaşayır. Ölkənin bütün cənub və şimal şərq vilayətlərində iran dilli xalqlar, şimal qərb vilayətlərində isə türk dilli xalqlar məskunlaşmışlar.


Ardı →
 

Məğrib və Liviya xalqları

Məğrib ölkələri və Liviya şimali Afrikanın qərb hissəsində yerləşir. Öz relyef şəraitinə görə bu vilayət dağlıq ərazidə yerləşir və Atlas dağ massivləri öz təsirinibütün vilayətdə göstərir. Əlcəzair, Tunis ərazilərindəgeniş əkinçilik vadisi mövcuddur. Buranın yumşaq iqlimi, bol sulu çayları var. Məğrib ərəbcə günbatan deməkdir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir.
E.ə. I minilliyin başlanğıcında Finikiyalılar Aralıq dənizi sahillərində öz koloniyalarına yaratmışdılar. Ən qədim Utika koloniyası indiki Tunisin şimalında yerləşir. Digər koloniya Karfagen koloniyasıidi ki, qısa bir müddət ərzində o bütün qonşu koloniyaları özünə tabe edərək, güclü bir dövlətə çevrilmişdi. Korfagen şəhəri e.ə 814-cü ildə salınmışdı.


Ardı →
 

Pakistan

Pakistan urdu dilində pak-təmiz, stan-ölkə deməkdir. İdarəetmə forması Respublikadır. 1947-ci ildə Hindistanla Paukistan iki müstəqil dövlətə parçalandıqdan sonra Sind, Bəlucistan və şimal qərb sərhəd əyalətləri habelə Pəncab vilayətinin qərb hissəsi, Kəşmitrin qərb rayonları və şimalda bir sıra feodal knyazlıqları Pakistana verildi. 1971-ci ildə Pakistanın şərq əyaləti Banqladeş adı ilə müstəqil dövlətə çevrildi. Pakistanın sahəsi 804 min kv. km. Əhalisi 162,4 mln nəfərdir. Hind Avropa dil ailəsinin üzvü olan 4 xalq pəncablılar, sindxlar, puştunlar və bəluclar Pakistanın ümumi əhalisinin 97,5%-ni təşkil edir. Pəncablılar bütün əhalinin 65%-ni, sindxlar 14%-ni, puştunlar 16%-ni, qalanları bəluclar, braqunlar, quceratlar, kxo, racastxan və koxistanlılardır.


Ardı →