Рейтинг
+25.15

Şəhərlər

26 üzv, 6 topik

Dünyanın ən kiçik şəhərləri


Dünyanın ən kiçik şəhərlərin adı məlum olub. Dünyanın ən kiçik şəhərlərin adı açıqlanan siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır. O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir.
Ardı →
 

Amsterdama getmək üçün 5 səbəb

Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun. 

Bərədə yaşamaq imkanı

Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitinə görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir.


Ardı →
 

Dünyanın ən bahalı şəhərləri - 2014

Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.

2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:


1.
 Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.

Çörək:  3,36 $

5 il bundan əvvəl: 2,90 $


Ardı →
 

Turistlərin nifrət etdikləri şəhərlər

Çoxsaylı səyahətçilərin şikayətləri sayəsində turistlərin sevmədikləri şəhərlərin reytinqi təşkil edilmişdir. Nəticədə qara siyahıya 10 meqapolis daxil edilib.

Turistlərin şikayətlərini bir yerə toplayan A Luxury Travel Blog turistik portalının reytinqində ilk pilləni Paris şəhəri tutmuşdur. Turistlərin fikrincə bu romantika, dəb və nəzakətli ofisiantlar şəhərində insanlar çox kobud, küçələr çirkli, Luvr muzeyində isə növbələr çox uzundur.

Reytinqdə ikinci yerdə Meksikanın Tixuana şəhəri yer alıb. Bu şəhər cinayətkarlıq səviyyəsi, əhali arasında yayılmış müxtəlif xəstəlik və ABŞ ilə sərhəddə narkotiklərin ətraflı yoxlanmaması səbəbi ilə turistləri qorxudur.

Bundan əlavə reytinqin üçüncü pilləsində Dehli yer almış, Sidney və Melburn isə dördüncü pilləni bölüşdürmüşlər. Reytinqin ilk 5-liyini Los-Ancelos tamamlayır. Turistlər bu şəhəri məhz turistlərin çoxluğu səbəbindən sevmirlər. Digər şikayətlər arasında tıxaclar, duman və səs-küy də var. Reytinqdə yer almış Beliz şəhəri isə öz zəif infrastrukturu, yoxsulluğu, cinayətkarlığı və narkotik ticarəti sayəsində turistlərin nifrətinə səbəb olub.
Ardı →
 

Fotolarda İtaliyanın gözəllikləri

Leonardo Da Vinçi və Dantenin, Kolizey və Pizan qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edəcək. Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölünən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir. 

Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milan isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya, həmçinin, gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər. Italiya sizi biganə qoymayacaq. O sizin ürəyinizi fəth edəcək, sizi valeh edəcək. Siz Sofi Lorenin vətənini tərk edəcəyiniz günün gəlməsinə heyfslənəcəksiniz. Amma, ruhdan düşməyin, məşhur Trevi fontanına qəpik atın və siz mütləq bura bir daha qayıdacaqsınız. Məhz onda Çao — «sağol», Çao İtaliya salamlaşmasına çevriləcək!

İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədimi muzeylər.
Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etməyi məsləhət görərdim: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya hərdən onlara Verona da əlavə olunur. Sonradan qayıdıb qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır (amma qayıtmaq istəməyəcəyinizə heç bir şübhə yoxdur). Əsl cənnət isə İtaliyanın cənubudur. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.


Təbii ki, İtaliya haqqında söhbətə Romadan (Rome) başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur. İtaliyanın bütün şəhərləri, istisna olmadan öz gözəlliyi və cazibədarlığı ilə seçilir. 


Ardı →
 

Rio-de-Janeyro

Ümumi məlumat
Rio-de-Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. «Valehedici şəhər» adlanan Rionun 13 milyondan çox əhalisi var. Onlar özlərini «karioka» adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağın döşündə şəhərin ən kasıb rayonları yerləşir, onlar favella adlanır. Favellalar kiçik dövlətlət hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məşhurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir. Rionun həyatında idman, əsasən də futbol böyük rol oynayır.

Ardı →