Reytinq
3.53
səs: 2

Bloq haqda

xəstələrə qulluq, tibbi yardım,xalq təbabəti,

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (15)

fidan niqulya loğman Elsamir Dior luminat Qiyasli cahandar Xrizoberil Aristotel AykaJackson Abdulyar Aysel218 yravil Bakılı

Keyfiyyətsiz sabun almayın

Sabun yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya, palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz, qələvi və qliserindən təmizlənir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir. Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır.

Ardı

Bədənə qulluq

Gigiyena insan sağlamlığının vacib aspektidir. Müasir elmi biliklərə esaslanan. əziyyət verməyərək gündəlik yerinə yetirilən gigiyena proseduraları insan sağlamlığı üçün çox xeyirlidir, yüksək iş qabiliyyətini, aktivliyi saxlayır, orqanizmin normal inkişafına kömək edir. Təcrübələr göstərir ki, uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağlamlığın şüurlu qorunmasına çevrilir. Ona görə də gigiyena vərdişləri oğlana da, qıza da uşaqlıqdan aşılanmalıdır.



Ardı

Təmiz əllər-sağlamlığın əsası

Uşağın dərisində səpgi əmələ gəlib, qaşınma hiss olunur? Qusmaq istəyir, yoxsa mədəsi qarışıb? Əlbəttə, siz birinci növbədə uşağın iştahının pozulmasına səbəb olan hansı bir keçici virusdan zəhərlənmədən şübhələnirsiniz… Amma çətin ki, bütün bunları doğuran səbəb ağliniza gələ. Bu da təmizliyin elementar gigiyenik qaydalarlna əməl etməməkdir-keçici xəstrəliklər üzrə pediator həkimlər bu fikirdədir.

Uşaq qumda oynayarkən, yaxud, gölməçədə gəmi üzdürərkən onun əllərinə təhlükəli mikroorqanizmlər bulaşır.Odur ki həkimlər ilkin olaraq təmizliyə əməl olunmasını tələb edirlər.



Ardı

Sağlamlıq üçün əsas 3 təhlükə mənbəyi

Bu yaxınlarda amerikalı mikrobioloq Ç.Qerb özünün yeni tədqiqatlarının nəticələrini mətbuat üçün açıqladı. O, bu dəfə mikrobların və virusların daha çox harada olduğunu aşkarladığını qeyd edirdi.Aydın oldu ki, bunlar heç də ofis işçilərinin hesab etdiyi yerlər deyil, Belə ki, hamı ümumi tualetlərdə unitazları ən çirkli yer hesab edir. Lakin aydın oldu ki, bu heç də belə deyil. Əslində bura aşağıdakılar aiddir:
1)kompyuterlərin klaviaturası,
2)Telefonların dəstəkləri,
3)Ümumi tualetlərdə əl-üz yuyanlar.



Ardı

Məktəblilərin sağlamlığı və məktəbdaxili mühit faktorları

uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemləridən biridir. Bunun mahiyyəti daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədardır. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası elmi tədqiqat institutunun və elmi ədəbiyyatların analizi göstərir ki, müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığında bu və ya digər kənara çıxmalar vardır: 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər (2). Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar ediril ki, məktəbi bitirəndə isə xəstələrin sayı 2 dəfə artır. Bu, təhsil müəssisələrində məktəblilərin qarşılaşdığı şəraiti sağlamlığa mənfi təsir göstərən əsas amillərdən biri hesab etməyə əsas verir.



Ardı

Ağızda pis qoxu

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir. 

Ardı

Əllərin yuyulması – şəxsi gigiyenanın əsasıdır

Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir.
Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.  Pul əsginasları xüsusilə köhnə, yıpranmış pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər.



Ardı

Qulaq çirki tıxacı

Özünüzə güzgüdə növbəti dəfə tamaşa edərkən, ikinci balaca güzgü vasitəsi ilə baxma bucağını bir qədər dəyişdirib, zərif qulaqlarınıza göz gəzdirməyə çalışın. Unutmayın ki, üz dərisi kimi, qulaqların da qulluğa ehtiyacı vardır.
«DƏRİNDƏN QAZIMAQ» LAZIMDIRMI?
Qulağınızı təmizləməyə başlamazdan əvvəl, bunun faydası barəsində düşünmək gərəkdir. Axı, qulaq çirkinin əmələ gəlməsi, qulağın piy vəzilərində yerləşən qoruyucu xassə daşımaqdan başqa heç nə deyildir. Onun olmaması qulaqlarımızın çirk və mikroblara qarşı mübarizədə aciz olması deməkdir.



Ardı
  • +6
  • 06 may 2010, 10:30
  • Sufi