Vergül`ü adam yerinə qoyaq...Özümlər üçün cəmlənmiş, biraz vergül haqda məlumat... | Bloq: xoxan | Kayzen 

Bloq: xoxan → Vergül`ü adam yerinə qoyaq...Özümlər üçün cəmlənmiş, biraz vergül haqda məlumat...

- ilk-öncə bütün vergül sevənlər üçün ədəbi bir əsər təqdim edim....

Vergül Ocak 4, 2008

Vergül nəfəsi göstərir bizə. Yazının biraz durub nəfəs almasıdır. Vergül olmadan yazı oksigensiz qalar. Hər şey qarışıb bir anlamsızlığa varar. Nəfəs almayan insan öldüyü kimi, vergül olmadan yazının mənası, ruhu ölür. Buna görə də ən önəmli həyat damarlarındandır vergül yazının.
Vergül bir tərəfdən Nuh'u xatırladır bizə. İnsanoğlunun hekayəsi Adəmdən başlayar, Nuhda biraz durar. Silkələnər günahlardan, xətalardan. Yenidən amma daha güclü, daha təmiz və daha günahsız bir şəkildə başlayar bu davam edən sərgüzəşt.
Vergüllə bir tövbəyi xatırlarıq.Yenilən, bir günaha sapan insanın qulluğu bir vergüllə kəsilir. Şükür ki Rəbbimiz qulluğumuzu nöqtələmir , nə qədər böyük olsa da günah bu dünyada. Yenə də ol deyib oldurur, möhlət verir insana. Vergül qoyur, çünki yaraşmaz mömünə heç bir günah. Gözləyir tövbəni. Gözləyir bizi yaradan ona dönməmizi. Gözləyir yenə qulluğumuzu elan etməmizi.

- Deyəsən ki, yalnış məndə deyilmiş bu aşağdakı yazıda ocür yazıb yenə sağolsun '.-D özümü çox yaxşı yazır sanmışdım, deyəsən vergülü adam yerinə qoymamışıq və ... yaşasın tənqidi şərhlər...

cümlənin içində vergülün harda istifade edilməsi İran Azərbaycanında
hələ də anlaşılmış deyildir. Vergül, Türkcəmizdə nə zaman və harda
istifadə edilir?


1. Ana dilimizdə "ki" bağlayıcısından sonra vergül gəlir.
Məsələn:
Mən ona dedim ki, insan başqaları ilə münasibətdə xoşgörülü olmalıdır.

2. Bu sözlərdən öncə vergül yazılır: ancaq, lakin, yalnız, fəqət,amma, yoxsa, yəni.
Məsələn:
- Mən ona hörmətlə yanaşdım, ancaq o bir az nəzakətsiz davrandı.
- Bu işi görmək lazımdır, lakin daha səbir və təmkinlə.
- Dəniz də gözlədir, yalnız mən ormanı sevərəm.
- Səyahət gözəl şeydir, fəqət bu təhlükələri olmasa.
- Mən Bakıya getmək istərdim, amma viza çətinliyim var.
- Bu işin üzərində çox çalışmaq lazım, yoxsa öz özünə başa çatmaz.
- Biz planlarımızı gələn ilə, yəni növruz bayramından sonraya hazırlamalıyıq.

3. Əgər "O" (kim) zəmir anlamında olur və "O"dan sonra başqa bir zəmir və ya isim gəlirsə "O" zəmirindən sonra vergül yazılır.
Məsələn:
- O, Sevdanı teatra dəvət etdi.
- O, səni mi çagırır?
- O, dağa çıxmaqdan xoşlanır.
- O, dəmirçidir.

Yuxarıdaki örnəklərdə əgər vergül qoyulmazsa cümlə başqa məna verə bilər.

Əgər "O" (hansı) zəmir anlamında olmazsa, "O"dan sonra vergül gəlməz. Məsələn:
- O kitabı mən də oxumuşam.

Egər "O" işarə zəmiri anlamında isə yene de vegül yazılmaz. Məsələn:
- O adamı tanıyıram.

Əgər "bu" yaxına işarə zəmiri anlamında o zaman "bu"dan sonra vergül yazılmaz. Məsələn:
- Bu iş mənim üçün deyildir.
- Bu adamı mən tanımıram.
- Bu yol eyni yoldur yolçusu yoxdur.
- Bu dağ eyni dağdır qartalı yoxdur.
- Bu yolun sonu sən əvvəli mənəm

Sənə çatacağım bir gün olacaq
Uzaqda, yaxında olsaq da nə qəm
Bu yol bu dünyada bizə qalacaq

Əgər "bu" yaxına işarə zəmiri deyil və isim yerində isə o zaman "bu"dan sonra vergül gəlir. Məsələn:
- Bu(nə), O deməkdir ki, sən bu işlə razılaşmırsan.
- Bu(nə), sözləri yanlış anlamqdır.
- Bu, dağlara yüksəlmək üçün bir dağçılıq planıdır (plan=tərh).

Əgər diqqətlə baxarsaq, yuxarıdaki örnəklərdə (nümunələrdə) vergül qoyulmazsa cümlələrin anlamı tamamən dəyişir.


- Biraz da vvikipediadan oxuyaq...


Vergül (,)
- sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsi. Bu işarədən aşağıdakı məqamlarda istifadə olunur: à) cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında. Məs.: /Nizaminin, Füzulinin, Vaqifın; b) tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında. Məs.: /gələn gəldi, gedən getdi/; c) Cümlələrdə əlavə və xüsusiləş-mələri ayırmaq üçün. Məs.: /süfrəyə bal qoyuldu, əsl beçə balı//; ç) Cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün. Məs.: /O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib.



Nöqtə (.) - yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi.

Sözlərin ixtisarla yazılmasında (və s., və i.a.) da istifadə olunur və bu zaman durğu işarəsi hesab olunmur.

Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir.

Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur.

Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər. [1]


- qəzet oxuyaq....


Qrammatik qaydalara görə "o" şəxs əvəzliyindən sonra isim, sifət, say gələrsə, vergül qoyulmalıdı. Ancaq əksər nəşrlərdə ya bütün nitq hissələri "o" şəxs əvəzliyindən vergüllə ayrılır, ya da ümumiyyətlə vergül qoyulmur. Bəllidi ki, bir var ondan sonra vergül qoyulan "ki" bağlayıcısı, bir də var vergül qoyulmayan "ki" ədatı ("Mən ki səni sevmişəm əzəl... "). Əksər nəşrlərdəsə "ki" ədatından sonra da vergül qoyulmaqdadı.

-------------------------------------------------
nöqtə-vergül haqda Mübahisə... ::))


- Biraz da beyindən tüstü qalxsın...

Vergül daha çox işlənən, rəngarəng məqamlarda özünü göstərən durğu işarəsidir.

Vergül cümlə sərhədi ilə bağlı deyil, cümlə daxilində işlənən durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri, tabesiz və tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında, qoşmalı xüsusiləşmələrdən sonra, dəqiqləşdirici xüsusiləşmələrdən əvvəl vergül qoyulur (müvafiq bölmələrə baxmalı) Bir neçə misal:

Onun ziyarətinə Hinddən, Çindən, Rumdan, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər.(F.Kərimzadə) Səlcuq şahzadələri dövlətlərinin süqut etdiyinə baxmayaraq, Kirmanda, İraqda, hətta Musildə belə hökumət düzəltməyə başlayıblar. (Ordubadi) Bir anda Məhsəti xanımın oturduğu taxtrəvanı yüzlərcə şairlər, yazıçılar, musiqiçilər, şe'r və musiqi həvəskarları aralığa aldı.(Ordubadi) Hərgah bu məktubu mən sizə yazmış olsaydım, nə qorxardım, nə də üzr istəyərdim.(Ordubadi) Yad səsi eşidən kimi, Səkinə də oyanırdı.(F.Kərimzadə) Bilirdi ki, bayaq İsmayıla dediyi söz onun xətrinə dəyib.(F.Kərimzadə)

Alçaq tonla tələffüz edilən xitablar, ara sözlər, nidalar, bəli, yox, xeyr sözləri, vokativlər vergüllə ayrılır, təkrar olunan sözlər arasında vergül qoyulur; məs.: Eh, kim bilir, bəlkə qaranlıq dərələrin birində cin yığıncağına rast gələcək... (İ.Əfəndiyev) Bu söhbət zamanı Səkinə nənə komaya girib: -Qadan alım, Xanmurad, necəsən?-dedi.(İ.Əfəndiyev) -Yox, qaqaş, o Hüseyn deyilən qorxan canavar deyil, ancaq gördülər ki, girəvə məndədir.(İ.Əfəndiyev) -Allaha şükür, əşi,-dedi,-sağ-salamat qayıtdın.(İ.Əfəndiyev) Canavarın beyninə birdən qəfil bir fikir gəldi: görəsən əqrəb özü ölüb, ya dozanqurdular onun axırına çıxıblar? (Y.Səmədoğlu)

Vergülün əsas funksiyaları aydındır və əksərən yazıda ondan düzgün istifadə edilir. Müşahidələr göstərir ki, çətinliklər daha çox fe'li bağlama tərkiblərindən, xüsusiləşmələrdən sonra vergülün işlənməsi ilə bağlıdır. Baxmayaraq, halda, əlaqədar olaraq, yanaşı olaraq, fərqli olaraq tipli sözlərlə qurtaran xüsusiləşmələrdə bu sözlərdən sonra mütləq vergül qoyulur. Fe'li bağlama tərkiblərindən sonra vergülün qoyulmasında qaydalar hələ dəqiqləşməyib. Öz aralarında həmcins olan fe'li bağlama tərkiblərindən sonra (sonuncudan başqa) vergül qoyulması təbiidir; məs.: Canı lap bərk ağrıyanda, ağrı fəqərə sütunu boyu yuxarı qalxıb bütün bədənini çulğalayanda, hökmdar, Xacə Ənvərin yanında göz yaşlarını axıtmaqdan da çəkinmirdi. (Y.Səmədoğlu) - cümləsində ağrı fəqərə sütunu boyu yuxarı qalxıb tərkibindən sonra vergül qoyulmaması düzgündür, çünki bu tərkib çulğalayanda fe'li bağlamasına aiddir və onunla birlikdə bir üzvdür; canı bərk ağrıyanda tərkibindən sonra vergülün qoyulması da düzgündür, çünki bu tərkib sonrakı (əsas tərəfi çulğalayanda sözü olan) tərkiblə həmcins zaman zərfliyidir. Hökmdar sözündən sonrakı vergülün də əsası vardır. Müəllif bu sözü xacə Ənvərin yanında birləşməsindən sonra işlədə bilərdi və hökmdar sözünün xacə Ənvərin tə'yini kimi başa düşülməsi qorxusunu aradan qaldırmış olardı, aktuallaşdırma məqsədilə bu cür işlətmişdir və buna təbii baxmaq mümkündür; lakin hökmdar sözündən əvvəl, ikinci fe'li bağlama tərkibindən sonra qoyulmuş vergül heç bir semantik, qrammatik funksiya daşımır, yalnız semantik yükü olmayan ani fasilə ilə bağlıdır, ona görə də bu cür hallarda vergülün işlənməsinə heç bir ehtiyac yoxdur. və ...................




  • +5
  • 01 may 2010, 03:48
  • xoxan


Şərhlər (10)

RSS qısalt / böyüt
Xoxan, copy-paste edəndə birbaşa bura etmə. çünki yazın uyğun olmayan fontda nəşr olunur. Bu isə arzuolunmaz faktdır. Odur ki, əvvəl Microsoft Word proqramında yeni səhifə aç və yazını ora paste elə. Orda bütün mətn üçün bir fontu (times new roman) seçib daha sonra Kayzendə paste elə. Ümid edirəm, hər şeyi aydın izah elədim. Məqaləyə görə təşəkkür…
0
Doğrudu, gecə nə qədər qurdaladım ürəyimə yatdmadıhaa.
bundan sonra vörd proqramından faydalanmalı oldum deyəsən...təmbəllik edməyək.
sağolsun yenə kayzeninkilər məqalənin nəşr olunmuş halın saxlamadı və qaralamaya getdi yoxsa söyüş eşidəcək idik daha `.-))
xülasə ki sonra biraz allah tərəfi düzəlmişdi biraz da mən bir vördü açdım və…
inşallah ki bu redaktə olunmuş halı, çox da pis görünməz...ÜMİD EDİRİK…
+1

Cənubi Azərbaycandan olan qardaşımızı görmək nə xoşdur burada.Hal-hazırda Cənubdasan yoxsa Şimalda?


Məqaləyə görə də təşəkkürlər.

0
Çox sağolun… mənə də çox xoşdur ki, bunca yaxınlıq var aramızda və çoxalır...
Hal-hazırda iranın qərbi azərbaycanının urmia(urmiyə(urmu şəhərindəyəm...
0
Salam. Sən Lastfm-də xoxansan?)
0
Hə, ordaki xoxanam...sən də ordasan?
0
Hə, sən məndən bir dəfə Experiment OK qrupunun mahnıların istəmişdin. Loginim orda L71435-dir
-1
Hə, doğurdanhaa, friend listimdə də var imişsən `.- > ancaq vvestsider olduğunu çətin bilmək olardılar...çox əlaa....maraqlı hissiyyatlar bəxş elədi ^_^… \m/
-2
:)
-3
Offtop etməyin.
-1
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.