ən qəribə fobiyalar

Müasir dövrdə geniş yayılan fobiyaların sayı onlarla yox, bəlkə də yüzlərlədir. Bəs onlar arasında ən qəribələri hansılardır? Aşağıda onlardan bir neçəsini təqdim edirəm:


Ablutofobiya (Yuyunmaqdan qorxmaq)
Amnezifobiya (Yaddaşını itirməkdən qorxmaq)
Batrakofobiya (Qurbağa, kərtənkələ və s. kimi heyvanlardan qorxmaq)
Bibliofobiya (Kitabdan qorxmaq)
Eysoptrofobiya (Güzgüdən qorxmaq)
Qeliofobiya (Gülməkdən qorxmaq)
Haptofobiya (Toxunmaqdan qorxmaq)
Koulrofobiya (Klounlardan qorxmaq)
Ksantofobiya (Sarı rəngdən qorxmaq)
Leykofobiya (Ağ geyməkdən qorxmaq)
Peladofobiya (Keçəllərdən və ya keçəl olmaqdan qorxmaq)
Poqonofobiya (Saqqallı adamlardan və ya saqqaldan qorxmaq)
Pteronofobiya (Quş tükündən qorxmaq)
Politikofobiya (Siyasətçilərdən qorxmaq)
Pupafobiya (Müqəvvalardan qorxmaq)
Triskadekafobiya (13 rəqəmindən qorxmaq)
Hidrofobiya (Sudan qorxmaq).


UPD.


  • Akluofobiya — qaranlıqdan qorxmaq.
  • Antropofobiya — insanlardan qorxmaq.
  • Batofobiya — dərinlik qorxusu.
  • Bibliofobiya — kitablardan qorxmaq.
  • Fotofobiya — işıqdan qorxmaq.
  • Qolossofobiya — ictimai yerlərdə danışmaqdan qorxmaq.
  • Monofobiya — təklikdən qorxmaq.
  • Xlostorofobiya — qapalı yerlərdən qorxmaq.
  • Agirofobiya — küçədən qorxmaq
  • Agorafobiya – açıq yerdən və ya kütlədən qorxmaq
  • Ailurofobiya – pişikdən qorxmaq
  • Akluofobiya – qaranlıqdan qorxmaq
  • Akrofobiya – hündür yerdən qorxmaq
  • Algofobiya – ağrıdan qorxmaq
  • Amaksofobiya – maşından (və ya nəqliyyatdan) qorxmaq
  • Amatofobiya – toz qorxusu
  • Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq
  • Amofobiya – iti cisimlərdən qorxmaq
  • Anemofobiya – fırtına qorxusu
  • Antlofobiya – sel qorxusu
  • Apifobiya – arılardan qorxmaq
  • Araknofobiya – hörümçəkdən qorxmaq
  • Astenofobiya – gücsüz olmaqdan qorxmaq
  • Astrafobiya – şimşək qorxusu
  • Atelofobiya – mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
  • Aviofobiya – uçuş qorxusu
  • Ballistofobiya — silahdan ya da mərmidən qorxma
  • Batofobiya- dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxma
  • Batrakofobiya- qurbağa, salamandr kimi heyvanlardan qorxma
  • Belonefobiya- iynədən qorxma
  • Bibliyofobiya- kitablardan qorxma
  • Bromidrosifobiya- vücud qoxusundan qorxma
  • Brontofobiya- göy gurultusundan qorxma
  • Dentofobiya- diş həkimindən qorxma
  • Dekatriaparaskevifobiya- ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu
  • Elektrofobiya- elektrikdən qorxma
  • Emetofobiya- qusmaqdan qorxma
  • Entomofobiya- böcəklərdən qorxma
  • Endofobiya- Geyim qorxusu
  • Epistaksiyofobiya- burun qanamasından qorxma
  • Eritrofobiya- üz qızarmasından qorxma
  • Farmakofobiya- dərmanlardan qorxmaq
  • Fazmofobiya- ruhdan qorxmaq
  • Febrifobiya- qızdırmadan qorxmaq
  • Filemafobiya- öpməkdən və ya öpüşməkdən qorxmaq
  • Filofobiya- sevməkdən, aşiq olmaqdan qorxmaq
  • Fobofobiya-qorxmaqdan qorxmaq
  • Fotofobiya- işıqdan qorxmaq
  • Gametofobiya- evlənməkdən qorxmaq
  • Gefirofobiya- körpüdən keçməkdən qorxmaq
  • Gerontofobiya- yaşlı insanlardan və ya qocalmaqdan qorxmaq
  • Glossofobiya-cəmiyyət qarşısında çıxış etməkdən qorxmaq
  • Haptofobiya- toxunulmaqdan qorxmaq
  • Harpaksofobiya- oğrulardan və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaq
  • Helyofobiya- günəşdən qorxmaq
  • Hematofobiya- qan qorxusu
  • Herpetofobiya-sürünənlərdən qorxmaq
  • Hidrofobiya-sudan, üzməkdən və ya boğulmaqdan qorxmaq
  • Higrofobiya-nəmdən və ya yağışdan qorxmaq
  • Hipegiyafobiya- məsuliyyətdən (cavabdehlikdən) qorxmaq
  • Hipnofobiya- yatmaqdan qorxmaq
  • Hipofobiya- atlardan qorxmaq
  • Homiklofobiya- sisdən qorxmaq
  • Homofobiya- homoseksuallardan qorxmaq
  • İhtiyofobiya- balıqlardan qorxma
  • İslamofobiya — müsəlmandan qorxma

 

  • +10
  • 30 may 2010, 23:11
  • ilham
Dünya bir tamaşadır

Şərhlər (26)

RSS qısalt / böyüt
bibliofobiya doğurdan var?
0
Mən də eşitmişəm,  var. Hətta kağızdan qorxma da var — papirofobiya
0
bankir, hələ məktəbdən qorxma da var: scolionophobia
0
çox təəssüf ki, ölkəmizdə bibliofobların sayı get-gedə artır…
+1
Bilirsiniz, qaynanadan qorxma fobiyası da var — penterafobiya.
+3
Gəlindən qorxma fobiyası var?
+4
Nərgiz, gəlindən bilmirəm, amma, uşaqdan qorxma fobiyası var imiş: pedophobia
0
Bax onu bilmirəm :)))
0
Ay (selenophobia), günəş (heliophobia) və ulduzlardan (astrophobia) qorxam;

Gülüş (geliophobia) və sevinc (hedonophobia); minnətdarlıq (doxophobia) qorxusu. Çox maraqlıdır.

Bir şey də maraqlıdır ki, bu fobiyalara arta-arta gedir, insanlardan, müxtəlif millət nümayəndələrindən, rənglərdən, çiçəklərdən, heyvanlardan, böcəklərdən — bir sözlə bütün canlılardan, gözə görünən və görünməyən hər nə varsa hər birinə məxsus bir qorxu var. Hətta, özümüzün adi fiziki hərəkətlərimizdən (toxunuş, geyinmək, soyunmaq, daramaq, yumaq, çimmək, iyləmək və s.), orqanlarımızdan belə.

Qorxuyla mübarizədə psixoloqlar müxtəlif yollar təklif edirlər, bəziləri deyirlər ki, qorxunun üzünə baxmağı bacar, qorxduğun şeyə daha yaxın ol, guya bu zaman o qorxu məhv ola bilərmiş, bəzilər deyir ki, qorxduğun hər nədirsə, məsələn bir böcək, onun şəklini məzəli bir halda, karikatura kimi çək, misal üçün onu çəhrayı rəngə boya və onun üzündə gülümsəyən key bir ifadə yarad, bəziləri də deyirlər ki, qorxduğun şeyin rəsmini çək və yandır. Hər halda bu yollar o qədər də effektiv olmasa da bəlkə də hardasa insanı sakitləşdirər.

Məsələn, mən, quşları çox sevirəm, amma, o ki onlar başımın üstündə bərkdən qanad çalırlaree bax bundan çox qorxuram, o qanad səsləri məni dəli edir, elə bilirəm ki, quş gəlib məni dimdikləyəcək, yolacaq.
Quş qanadlarından  qorxma «pteronophobia» adlanır, amma, bilmirəm bu cansız qanada aiddir, yoxsa canlı. Mən quşların qanad səsindən qorxuram. Yəni canlı qanadlardan, onlar uçduğu zaman, cansızlardan, perolardan isə yox.
+4

Yəqin sənin qorxuna uğurla pterenoaudiophobia adını vermək olar.

+3
Bilmirəm hansı fobiyalarım var amma triskadekafobiyam dəqiq yoxdur. Məndə Triskadekafiliyadır.
+2
məndə isə akrofobiya var
0
Uzun sözlərdən də qorxanlar var:

hippopotomomonstroseskvippedafobiya. dilim dolaşdıye )))

+3
deyəsən həddindən artıq çox hərf yazmısan)) hippopotomonstroseskipedalofobiya olmalıdır:) əslində yadda saxlamaq asandır.
hippopoto — hippopotam sözünə oxşayır;
monstro — monstr, əjdaha;
seske — tərcümədə 1,5 fut(ölçü vahidi) deməkdir;
pedalo — ayaq deməkdir, rusca pedal(педаль) sözü ondan götürülüb;
fobiya da ki, fobiya:)
+3
mən tarakandan qorxuram
0
Mənim üçün eşitdiyim Ən gülməli fobiya papafobiya (Roma Papasından qorxmaq :D) olub.
0
Westsider, elə olmalıdır ki fobiya da olsun daa )) Bu sözü oxuyandan, daha doğrusu oxumağa çalışdıqdan sonra məndə də bu hippotam...eee, hər nəysə, bu fobiya yaranıb )))
0
axı məncə tərcüməsini başa düşdükdən sonra onu yadda saxlamaq kifayət qədər asandır)
0
mən dəfələrlə öz kölgəmdən qorxmuşam
0
İlandan dəhşət qorxuram. Mənimçün ən qorxulu heyvandı, hətta zəhərsizindən də qorxuram. Bilmirəm heç nədən yaranıb bu qorxu məndə
0

Ofidiofobiya (epistemofobiya) — ilandan qorxma


Herpetefobiya — sürünənlərdən, reptililərdən, ilanlardan qorxma


ağınadaqarasınadalənətəfobiya :)


 

+7

3-cü fobiyanı daha dəqiq yazdın :) Məndə elə ofidiofobiya var, herpetefobiya yox. Çünki başqa sürünənlərdən qorxmuram. Kərtənkələni hətta əlimə də alıram :)

0
Gymnophobia-çılpaqlıqdan qorxma (gimnofobiya)
gynephobia-qadınlardan qorxma (ginefobiya)
Caligynephobia-gözəl qadınlardan qorxma
Taphophobia- diri-diri basdırılmaqdan qorxmaq
Lachanophobia-tərəvəzlərdən qorxmaq
rhypophobia-batırmaqdan qorxmaq(s..maqdan qroxmaq)
+5
Axırıncısı çox maraqlıdır
0
Hamı bildiyi maraqlı fobiyaları yazsın.
0
Uşaq vaxtı yüksəklikdən qorxurdum. indi isə laqeyd insanlardan qorxuram, hansı ki, bilmirsən sənə dostdu, yoxsa düşmən.
0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.