Sosium - sosial bloq yazıları müsabiqəsi
Bloqlarla əlaqədar təlimlər keçirən bloq müsabiqəsielan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək
olan bu müsabiqədə bütün blogerlər iştirak edə bilər. Yazıları
təcrübəli bloqer və yeni media mütəxəssislərindən ibarət münsiflər
heyəti qiymətləndirəcəkdir. Müsabiqədə qalib gələn yazılar 1-ci yerə 150 manat, 2-3-cü yerlər 100 manat, 4
və 5ci yerləri tutmuş müəlliflər isə 50 manat məbləğində mükafat qazanacaqlar.
Müsabiqəyə yazıları 21 iyun (Bakı vaxtı ilə saat 23.00-ə kimi)
tarixinədək aşağıdakı qaydalarla təqdim etmək olar:
1. Öz bloqunuzda, hər hansı kollektiv bloqda yerləşdirilmiş yazını
(bloqpostunu) keçidində qeydiyyatdan keçirmək.
2. Və ya, yazını saytında qeydiyyatdan keçərək yerləşdirmək (bloq postu kimi)
Müsabiqənin şərtləri aşağıdakılardır:
1. Yazılar (yəni, bloq postları) sosial mövzularda olmalıdır (misal
üçün, ictimai problemlər, cəmiyyət, ekologiya, mədəniyyət, gənclər,
təhsil, mənim şəhərim, iqtisadiyyat, əmək və s.)
2. Bloq yazısı Azərbaycan dilində olmalıdır və 600 sözdən çox olmamalıdır.
3. Müsabiqəyə bir bloqçu ən çox 2 yazı təqdim edə bilər (lakin 1 müəllifin 1 yazısı qalib gələ bilər).
4. Yalnız 1 aprel – 21 iyuna qədər yazılmış yazılar təqdim oluna bilər (yayımlanma (post olunma) tarixi əsas götürüləcək)
5. Müsabiqədə video (maksimum 3 dəqiqəlik) və foto postlar (4-12 fotodan ibarət seriya) da iştirak edə bilər.
Daha ətraflı məlumat üçün bu linkə klikləyin:
Müsabiqə ilə bağlı bütün suallarınızı ünvanına yaza bilərsiniz.
Qeyd edək ki, YazYay Məktəbi və bloqlar müsabiqəsi Avropa Tələbələr Forumu təşkilatı tərəfindən Soros fondunun maliyə dəstəyi ilə keçirilir.
- +1
- 07 iyun 2010, 00:45
- zhalanajafova
Dünya bir tamaşadır
Salam İlham, qaydalar dəyişilib mən səhv etmişdim. Üzr istəyirəm. 600 söz olmalıdır.
Uğurlar:)
Uğurlar:)

- zhalanajafova
- 07 iyun 2010, 19:22
- ↑
- ↓
Mən qaydaları soruşmadım, meyarları soruşdum, münsiflər kim olacaq? Qiymətləndirəndə hansı meyarlar səsas tutulacaq?
Məsələn hansı faktrolar nəzərə alınacaq,
tuaq ki sən də qəşəng yazmısan mən də
İndi hansımızı qalib edəəkcəklər?
Gərək qiymətləndirmədə dəqiq meyar olsun axı.
Məsələn hansı faktrolar nəzərə alınacaq,
tuaq ki sən də qəşəng yazmısan mən də
İndi hansımızı qalib edəəkcəklər?
Gərək qiymətləndirmədə dəqiq meyar olsun axı.
Ay xanim,sizə yuxarıda da deyildi ki,qaydalar yox meyarlari deyin. Yəni iki bloq var.İkisi də sosial mövzuya aiddir.İkisi də 400 söz daxilindədir.İkisi də maraqlıdır.Onları qiymətləndirəndə hansı cəhətlərə fikir veriləcək? Sizin saytda göstərdiyiniz məlumatları oxumuşuq.O qədər küt adam deyilik.
Bunlar da qaydalara daxildir:) Siz sadece oxumursuz qaydalari.
Hamıya uğurlar arzu edirik!
4. Aşağıdakı yazılara üstünlük veriləcək:
1. Sosial əhəmiyyəti olan, məsələyə fərqli bucaqdan baxa bilən və s.
2. Bloq qaydalarına riayət olunaraq yerləşdirilmiş, səliqə ilə format olunmuş.
3. Yazmaqla yanaşı həm də paylaşılmış, oxucular tərəfindən rəğbətlə qarşılanmış.
4. Fikiri daha aydın çatdırmaq üçün şəkil, səs və video materiallar da yazıya əlavə oluna bilər.
5. Aşağıdakı yazılar müsabiqəyə buraxılmayacaq:
1. Transliterasiya ilə yazılmış (yəni, “ə” əvəzinə “e”, “ş” əvəzinə “sh”, “s” və s. ilə yazılmış )
2. Sırf xəbər tipli yazılar (yazıda müəllifin şəxsi fikiri, şəxsi müşahidələri, araşdırması və s. yer almalıdır)
3. Dini, cinsi, irqi ayrıseçkilik, zorakılığı təbliğ edən, erotik-pornoqrafik məzmunlu, siyası motivli, həmçinin anonim yazılar.
4. Etik qaydalar gözlənməyən, həmçinin plagiata yol verilmiş yazılar.
6. Yalnız müsabiqəyə verilmiş yazılardan ibarət bloqlar da buraxılmaya bilər.
5. Münsiflər heyətində olanlar, YazYay məktəbinin təşkilatçıları və təlimçiləri.
6. Diqqət: Qeydiyyat zamanı yazının (postun) birbaşa keçidini deyil, ümumi bloqu göstərmiş müraciətlər də nəzərə alınmayacaq!
Müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına və ya aşağıda, şərhlərdə yaza bilərsiniz.
Hamıya uğurlar arzu edirik!

- zhalanajafova
- 10 iyun 2010, 11:08
- ↑
- ↓
Nəticələr hələ bəlli deyil. Lakin təxminən ayın 1-i üçün açıqlanması nəzərədə tutulmuşdur. Hər bir halda sizə eail göndəriləcəkdir.

- zhalanajafova
- 27 iyun 2010, 16:30
- ↑
- ↓
YazYay bloq müsabiqəsində ədalət deyilən bir şey olmayıb deyirlər
Kayzendən iki blogger iştirak edirdi(bildiyimə görə). Şəbnəmin yazısı birinci yerə,ramzesin yazısı 3-4 yerə layiq idi. Söhbət kayzen istifadəçiləri olduğuna görə getmir. Doğurdan da yarışda haqsızlıq olub. Elladanın bir yazısından başqa sosiumda mükəmməl deyiləcək bir dənə bloq yox idi.
Kayzendən iki blogger iştirak edirdi(bildiyimə görə). Şəbnəmin yazısı birinci yerə,ramzesin yazısı 3-4 yerə layiq idi. Söhbət kayzen istifadəçiləri olduğuna görə getmir. Doğurdan da yarışda haqsızlıq olub. Elladanın bir yazısından başqa sosiumda mükəmməl deyiləcək bir dənə bloq yox idi.
6-cı yer də var idi. Bu yeri tutanlar mükafatlandırılmırlar. Bu yerə düz 6 yazı düşmüşdü, dediklərinə görə hər birində də 0.2 balı çatmırdı ki, beşliyə düşsün. Mənim yazılarımın ikisi də 6-cı yerdəydi. Düzünü desəm beşlikdə yer ala bilməsəmdə o qədər istifadəçi, o qədər yazı içində yazılarımın ikisinin də yer tutması məni sevindirdi.

Şərhlər (22)
RSS qısalt / böyüt