Qadın gözəlliyi
Sağlam bədən hələ qədim zamanlardan pərəstiş və ehtiram obyekti olmuşdur. Fiziki məşğələlər, idman bir çox xalqlar arasında təşviq edilmişdir. Qədim Yunanıstanda fiziki cəhətdən zəif olan oğlanların ali təhsil almağa ixtiyarı yox imiş. Gimnasiyaya ( idman məktəbi) yalnız əla gimnastların gəlmək hüququ varmış. “Gimnasi” sözü tərcümədə “qısa tumanla gəzmək” deməkdir. Məşğələlərə gimnastlar qısa tumanla və ya bel sarğısı ilə gedirmişlər. Olimpiya yarışları və çıxışlarında isə çılpaq iştirak edirdilər. Çılpaq atlet surəti heykəltəraşlıqda görkəmli yer tutduğu üçün hətta xüsusi bir anlayış – “qəhrəmanə çılpaqlıq” məfhumu yaranmışdır.
Qədim Yunanıstanda qızlar gimnasiya getmədikləri və Olimpiya oyunlarında iştirak etmədikləri üçün öz gözəl bədənlərini xalq bayramlarında rəqslər zamanı nümayiş etdirirdilər. O uzaq əsrlərdə bu heç kəsi təəccübləndirmir və utandırmırdı. Gözəl və çılpaq bədəndən sənət əsərindən ləzzət alan kimi, təmiz ürəkdən zövq alırdılar.
Budur, gözəl, gənc və zövqlə geyinmiş bir qadın keçir. Ona ötəri bir nəzər salmaq sizdə xoş hisslər yaradır.
Qadın gözəlliyi – dünya nemətlərindən biridir.
Rəvayətə görə, qədim zamanda gözəl Frina öz çılpaq bədəninə hədsiz aludə olduğu üçün hakimlər onu ölüm cəzasına məhkum edirlər.

Frinianın vəkili onu xilas etmək üçün məhkəmədə onun paltarını cırıb əynindən çıxarır. Hakimlər çılpaq Frinanın gözəlliyini, ecazkar qamətini görəndə özlərini itirirlər və hökmü ləğv edirlər.
Lakin, hər gözəllik həmişə sevinc gətirmir. Əgər gözəl qadın ağılsız, pinti, əxlaqsız, özünü satan olduqda ikrah hissi doğurur.
İnsanların qadın gözəlliyinə meyli əbədi və qarşısıalınmazdır. Bu fikri S.Skitales özünün “İkar” hekayəsində parlaq şəkildə ifadə etmişdir. Kənd dəmirçisi Nazar evinə müxtəlif şeylər almaq üçün şəhərə gəlir və bütün pullarını, demək olar ki, çini heykəlciyə sərf edir. Arvadı onun aldığı İkarı və çılpaq qızları görüb bərk qəzəblənir:
“Sənin başın xarab olub!... Abırsızın biri!.. Soydun, dağıtdın bizi”…
Uşaqların ayağı yalan, qarnı ac… ” Analarının göz yaşlarını görən uşaqlar da ağız – ağıza verib ağlaşırlar. “Çılpaq arvadlara” baxmağı Nazara qadağan edirlər. Heykəlciyi də sandığa qoyurlar. Nazar yalnız bazar günləri, arvadı uşaqlarla kilsəyə gedəndə, İkarı çıxarır və çinidən düzəldilmiş bu misilsiz gözəl cizgilərə uzun – uzadı baxıb zövq alır. Riqqətdən dəmirçinin üzündə təbəssüm, gözlərində yaş görünərdi.
- +6
- 25 sentyabr 2010, 18:16
- aran
Frina əhvalatı isə əslində belə olub. Qədim Yunanıstanda Praksitel adında çox məşhur heykəltəraş olub.O,birinci dəfə olaraq məhəbbət allahı Afroditanı çılpaq şəkildə təsvir edib (Knidli Afrodita-фродита Книдская). Naturşiça kimi isə o məşhur yunan geterası Frinanı götürüb.Bu isə həmin dövr üçün küfr idi (Allahın çılpaq surəti üçün qadını göstərmək).Ona görə də məhkəmə olur (onu məhkəməyə verən ittihamçı də Frinanın eşqini rədd etdiyi adam olubmuş).Frinanın vəkili olan Hiperid nə qədər danışırsa da xeyri olmur. Axırda o Frinanın əynindən paltarını çıxarır və çılpaq şəkildə haimlərə göstərir (bəziləri deyir ki yalnız döşlərini götərir). Qızın gözəlliyindən dəli olan hakimlər o dəqiqə Frinaya bəraət verirlər.

Şərhlər (1)
RSS qısalt / böyüt