Müasir təhsil sistemimiz

Düzü, topiki necə adlandırım bilmədim, naəlac qalıb, məhz bu cür «Müasir təhsil sistemimiz» adlandırdım. Daha nə yazmaq olar? Müasir tupoylaşma sistemi deyə bilməzdim ki? 90- cı illərdə, bəlkə daha əvvəl də olmuşdu( mən bu dönəmi xatırlayıram) məktəblərimizdə, eləcə Universitetlərimizdə müəllimə «hörmət etmək» dəbi yayılanda, bunun müasir texnika, internet, komputer və s kimi inkişaf edəcəyi heç ağlıma gəlməzdi. Yadımdadı 96-98 -ci illər idi, sinifdə uşaqlarla yığışıb, sevinə- sevinə keçmiş «Baksovet», indiki "İçəri şəhər" metrosunin qarşısında gül köşkü vardı, ora müəllimimiz üçün gül almağa yollandıq, həvəslə, uşaq saflığı, məsumluğu ilə müəllimimizi bayram münasibəti ilə təbrik etməyə tələsirdik. Nə başınızı yorum gül buketini sinfə gətirdik, bir-birimizin üzünə baxa- baxa ki, indi müəllimimizi sevindirəcəyik, müəllim heç başını qaldırmadı, biz də ürəyimizə pis heç nə gətirmədik.
Zəng vuruldu, oturduq, üzümüzdən təbəssüm getməmişdi, biz əmin idik ki, müəllim mütləq gül dəstəsini görüb bizə təşəkkür edəcək. Lakin  Allah müəllimimizin canını sağ və salamat etsin, belə olmadı. Təşəkkür əvəzinə, irad, acıq və hirs gördük. Əlbəttə bu təbii idi. Niyə? Çünki biz onu təbrik yox, təhqir etmişdik. Müəllimə gül vermək «Sovet dövrü»də qaldı. Onun sözlərinə görə bu saymamazlıqdı, biz ona qiymət vermədik və s. Gül buketini də geri qaytardı. Düzü, indi də anlaya bilmədim saymamazlıq deyəndə nəyi nəzərdə tuturdu o vaxt müəllimimiz, lakin dəqiq yadımda idi ki, məyus olmuşduq, hətta o dərsdən sonra riyaziyyat fənni idi, hamımız zəif iştirak etdik, fikrimizi bir yerə yığıb misalı həll edə bilməmişdik, təəssürat öz sözünü demişdi çünki.

Nə isə, demək istədiyim bu deyil, daha doğrusu uşaqlıq xatirələrimi bölüşmək deyil məqsədim, o vaxt bu hadisənin indiki kimi modelləşəcəyini, inkişaf edəcəyini düşünməzdim. O vaxt bir gül dəstəsi timsalında rüşeymi qoyulurdu indiki təhsilimizin. Artıq o vaxtdan müəllimlər valideyndən «diqqət» gözləməyə başlayırdılar. Yavaş — yavaş «müəllimə hörmət» anlayışı ayaq açmağa başladı ki, indi bu müəllimdən asılılığa çevrilib. Müəllimə pul verilməsə, başqa sözlə «hörmət edilməsə» o, yaxşı dərs keçmir və yaxud elə alınır ki, proqram həddən ziyadə çətin və dözülməz olduğundan əlavə məşğələlərə ehtiyac qalır. Bunun üçün yenə müəyyən məbləğ müəllimə verilməlidi ki, bu çətinliyi 45 dəqiqə dərs ərzində aradan qaldırmadığı üçün əlavə məşğələlərdə asanlıqla həll etsin. Çox asan və məntiqli yanaşma.  Asılı insan kimə gərəkdi görəsən? Məncə hər şeyin özülü elə uşalıqdan qoyulur. Uşaqlıqda anadan, məktəbdə müəllimdən asılılıq hissindən yeniyetməlik və ya gənclikdə  qurtula biləcəkmi? İndiki uşaqlar müəllim və valideynin köməyi olmadan dərslərini oxuya bilmir. Kiçik problemini həll edə bilməyən balacalar, böyüdükdə nə edəcəklər böyük problemlərin caynağında.

Dediklərim subyektiv fikrim olsa aktualdı. Belə bir fikir səslənir «Yalnız bizdə müəllimə pul verilir ki, dərs keçməsin» — mənsə bu fikrə qarşılıq kimi «Yalnız bizdə müəllimlik hörmətdən düşmüş ixtisas» sayılır deyərdim. Müəllimin maaşı yaxşı olsa, müəllim kimdənsə hansısa məqsədlər üçün pul almaz, bu bir. İkincisi, müəllimin maaşı yaxşı olsa, elə dərs keçər ki, dərslər bitəndən sonra bir dincələr, yoxsa artıq pul almaq üçün əlavə məşğələlər keçib beynini yormaz. 

Biri məktəbə 1 -i sinfə gedir. Yaxınlaşıb təbrik edirsən: “ Ay maaşallah, o gün olsun uğurla bitirsin məktəbi… “ cümləni bitirməmiş valideyn qayıdıb deyir ki, bəs, bu kurikulum nədi, yaman çətindi, 50 manat müəllimə pul vermişəm, dərsdən sonra uşaqla məşğul olur. Deyirəm, axı bu gün sentyabrın 18-i deyil, üç gündür gedirsiniz məktəbə, nə xəbərdi? Valideynin sifəti təəccübdən elə hala qaldı ki,  dedim yəqin elə söz dedim day axırımdı, nəsə səhv buraxdım, indi təcili yardım çağırım, yoxsa işlər fırıqdı. Yox, sonra gördüm, mən səhv heç nə deməmişəm, sadəcə təhsilimizin necə inkişaf etdiyindən, mürəkkəbləşdiyindən, müasir tələblərə necə cavab verdiyindən xəbərim yox imiş. Müəllimsiz olmaz. Allah bu müəllimlərimizi qorusun, yoxsa bu kurikulumla baş edə bilməzdik. Nə qədər soruşdum ki, bəs belə niyə tez hələ ilk addımlarınızı atırsınız bu məktəbdə, dedi nə addım indi qaça-qaça oxuyurlar addım -addım yox. Bəs uşaq məktəbə hazır getməlidi 5 yaşında alim olmalıdı ki məktəbə götürsünlər. Bir rəqabət var ki, gəl görəsən, nə bilmişdin komputer əsridi, hələ ingilis dilini də bağçada öyrənməlidi ki, məktəbdə asan olsun. Düzü şoka düşdüm. Dəqiq yadımdadı, bizlər 5-ci sinifdə öyrənməyə başladıq bu fənni, hələ də ingilis dili müəllimimi yadıma salanda üzümə təbəssüm qonur, onun öyrətdiklərini heç vaxt unutmaram, əziyyəti çox olub üstümüzdə. Nə isə. Qaldım mat-məəttəl. O qədər komputer, kurikulum sözünü işlətdi, qaldım dinləyici mövqeyində. Onun sözlərindən ancaq bunu anladım ki, bəs elm, təhsil o qədər inkişaf edib ki, onunla ayaqlaşmaq qeyri — mümkündü. 

 Mənisə ancaq bu düşündürdü — sərbəstlik, özünəgüvən hissi. Bizim təhsilimiz bunu nəzərə almırmı? Əgər uşaq məktəbdən gəlib, özü sərbəst şəkildə dərslərini hazırlaya bilmirsə, müəllimin, valideynin köməyi olmadan, biz hansı nəsli yetişdiririk? Daima başqasından asılı olan fərdi? Şəxsiyyət deməyə dilim varmadı çünki. Uşaq məktəbdən gəlib, ağır beyin fəaliyyətindən sonra bir -iki saat dincəlməli, sonra özü sərbəst şəkildə dərslərinə hazırlaşmalıdı. İndi isə ağır proqramı bəhanə gətirərək, üstəlik məktəbdə 45 dəqiqə azdı deyə müəllimin dərsi hamıya kifayət qədər çatdırmadığını düşünərək, dərsdən sonra uşaq dincəlmək əvəzinə məktəbdə qalıb, müəllimlə əlavə dərs çalışır. Bu nə dərəcədə düzgündü? Kor- koranə nəyisə tətbiq edirik ki, kimlərdənsə geri qalmayaq, lakin bunların fəsadlarını düşünmürük. Biri o birinə indidən uşağıma bunu öyrədim deyəndə, başqa biri:” Eee neynirsən müəllim tutacaqsan öyrədəcək də" -deyə cavab verir. Bu qanunauyğunluq sayılır. Müəllim tutulmursa olmaz, uşaq geri qalır. Mənə elə gəlir, müəllim tutulur ki,    kimdənsə geri qalmayasan, o tutdu, mən qaldım düşüncəsi ilə. Heç kimi bilik qazanmaq maraqlandırmır. Nə müəllim, bu şagird tupoylaşır deyə narahatlıq keçirmir, onu aylıq pul maraqlandırır, nə valideyn, onu qonşudan geri qalmaq qorxusu daha çox məşğul edir, uşaq da ki, tənbəlləşir. Yerinə dərs oxuyurlar da, daha doğrusu pul verirlər. məsuliyyət hissi ölür, daim nəzarətdə yaşamağa öyrənir.

Bir şeyi anlamıram, müəllim dərsini keyfiyyətlə keçsə, uşaq da dərsi qavrayar daha nə müəllim, nə də valideyn köməyi ona gərəkməz. Hər kəsin gözünü pul örtüb, burasını anlamaq istəmirlər ki, özümüzü hansı uçuruma aparırıq. 45 dəqiqə az ola bilməz, səmərəli istifadə olunsa.  

Allah axırımızı xeyir eləsin, bu qədər əziyyət çəkirik, həm valideynlər, həm müəllimlər, həm uşaqlar. Müəllim ona görə ki, pul da alsa o qədər zəhmətdən canı düşür, valideyn qazandığını aylıq müəllim puluna verir, uşaq da ki, nə oxuduğunu bilir, nə də öyrəndiyini. Heç olmasa bəhrəsini görək. Məncə isə, bu qədər əziyyət beyini inkişafa yox, kütləşdirməyə çəkilir. Zamanla ayaqlaşmaq üçün bizə özünəgüvənən, savadlı, müstəqil, açıqfikirli şəxsiyyətlər lazımdı, daha asılı, məqsədsiz, beyni yorulmuş fərdlər yox.

 Müəllif: Zeynalova Vüsalə. M

73 şərh

asel
NE DANIŞIRSAN, BİZDE GEREK UŞAQ 1Cİ SİNFE GETMEZDEN QABAQ BİR HAZIRLIQ KURSUNA GETSİN, ALİM OLSUN, SONRA 1Cİ SİNİF:))
Aysel77
Bizim Təhsil sitemimiz çox gözəldir......teoriyada.Praktikada-0!( (
ayxansevda
))))
Medikamentoz
Emotikonlar komment hesab olunmur.Davam etsəniz cəzalandırıla bilərsiniz.
ayxansevda
siz buranın yeni adminisiniz yoxsa şərh yazmaq xəstəsi? məncə göstəriş əvəzinə məntiqli şərh yazıb fikirlərinizi bölüşsəniz maraqlı olardı mövzu barədə təbii ki
Medikamentoz
Yəqin Sizə xəstə sözünün mənasını düzgün izah etməyiblər.Hər halda izahlı lüğətə baxa bilərsiniz əgər ətrafınızda belə bir insan yoxdursa.O ki,qaldı şərh məsələsinə məncə iradım tam yerinə və zamanına uyğundur,Sizin əks-reaksiyanız isə sadəcə Sizi mənə tanıdacaq qədər məntiqli bir şərhdir.
ayxansevda
aydındı, burda bir ağıllı, bir intelekt və  bilik sahibi varsa,  o da sizsiniz, izahlı lüğətdən xəbəriniz varsa çox yaxşı orada məcazi məna nə olduğunu oxuyun sonra özünüzü professor hesab edin 
Medikamentoz
Yaxşısı bu olar ki,şəxsi kontekstdə olan məsələləri inbox səviyyəsində həll edək,kommentlərdə bunu yazmağın yeri yoxdur,Siz də yazdıqlarınıza fikir verin.Hər şeydə məcazi məna axtarsam o zaman Siz ümumniyyətlə mənim üçün məcazi olmalısınız.gümn etmirəm ki,bu Sizin xoşunuza gələcək.Professor deyiləm,burda olmaq fikrim də yoxdur.İntellekt və biliyə gəldikdə isə Sizdən kifayət qədər üstün olduğum su qədər aydındır.Məncə Özünüzlə məşğul olun,inkişaf edin!Sizə uğurlar.
ayxansevda
bu sizə elə gəlir, məsləhətlərinizi özünüzə saxlayın!!!
Medikamentoz
Məsləhət vermirəm,bu sahədə paxılam,varsa deyin eşidim,məmununiyyətlə.Ancaq sadəcə öz içimdə təəssüfləndim.3 nida isə məni yaman qorxutdu.İnandığınız Sizi qorusun.Sağolun.
ayxansevda
Allah hər kəsi qorusun
Medikamentoz
Mən Sizin inandığınıza inanmıram,belə qulları olan Allaha necə inanım ?!
asel
qarışmaq istemezdim, amma sohbeti ferqli istiqamete aparırsız
Medikamentoz
Mən istəyirəm ki,fikir tamamlansın,əlavələr gəldikcə reaksiya etməli olursan sadəcə.
ayxansevda
anlamadım, Mənim inandığım Allahdı siz də mənim inandığıma inanırsınızsa, sonra" necə inanım?" deyirsiniz, sual: inanırsınız ya yox? ))
Medikamentoz
Mən Dinlərin göstərdiyi Allaha inanmıram.Amma bilirəm və əminəm ki,Yaradıcı qüvvə var,sadəcə O bizdən ona qul olmağımızı istəmir.Biraz dərin mövzudur,qısacası isə birinci cümlədə yazmışam.
ayxansevda
bəndələrə qalsa, onda heç əcəlini gözləmə 
Medikamentoz
Doğrusu bunu başa düşmədim.Kaşki professor olaydım,anlaya biləydim ?!
ayxansevda
nə isə səhv oxumuşam inanmırsınız Özünüz bilən məsləhətdi bu sizin şəxsi münasibətiniz qarışa bilmərəm 
Medikamentoz
Tolerant olduğunuza sevindim.Buyurun.
ayxansevda
mənsə Allaha bütün qəlbimlə inanıram lakin nə fanat nə də radikal deyiləm hər kəsin fikrinə sayğı ilə yanaşıram dedikləriniz maraqlıdı subyektiv münasibətiniz baxımından 
Medikamentoz
Məndə İnandığım və Sevdiyim Allahın xatriniə Onun bütün yaratdıqlarını sevirəm.Biz bir tamıq.Biz Onun zərrəsiyik.Hissəsiyik və sairə kimi bir şeylər…
Old_Baku_
 Məqaləni çox bəyəndim ..Müəəllif fikirlərini çox aydın şəkildə oxucuya çatdırır..Yalnız mən bu məsələyə biraz fərqlı açıdan baxıram ..Nə müəllimdə nədə öyrəncidə günah görmürəm..Müəllim neyləsin axı bütün gün məktəbdə uşaqlarla keçir vaxtı demək olar amma ayda aldığı maaş 200-300 AZN..Loru dildə desək «Bu pulla ev dolanmaz» həqiqətən belə baxsaq bir ailə üçün bu məbləğ çox azdı ..Bu məbləğlı bir aile yalnız aylıq kamunal xərclərini ödəyə bilər..Bəs keçim? Ərzaq, Geyim, hələ dosta şərə yaramaq bunların hamısı nəzərə alınmalıdır axı..Müəllimlərin əlavə uşaq hazırlamaqları,polis və həkimlərin rüşvət almaqları məhz bundan qaynaqlanır..Bunların hamısıda təbii ki DÖVLƏT imizin səhv siyasetidir..Bi Ölkənin parlaq gələcəyə sahib olması onun polisindən,həkimindən,müəllimindən çox aslıdı.Bir İnsanda əlbəttəki hər şeydən öncə öz şəxsi həyatını fikirləşir əgər müəllim aylıq 200 azn alırsa uşaq hazırlamasın neyləsin axı? uşağa pul gözündən baxmasın neyləsin axı? Buda insandı bununda öz ehtiyacları var.Birinci növbədə şəxsi hətatını fikirləşir hər bir insan ..Artıq bu şəraitdə müəllimin uşağın gələcəyini fikirləşməsi məncə heçdə inandırıcı deyil..Yəni qınamaqda düzgün deyil ..Sonrada gileylənirik ki, məktəblərdə dərslər keçirilmir...Hamı yenə günahı müəllimlərdə görür ..Yaxşı dərsdən qaçıb internet clublara gedən,çayxanalarda oturub siqarət püstülədən kimlərdi axı? İndiki zamanımızda gənclərimiz təhsilə önəm vermirlər və oxumurlar… Bəli doğrudur dərclər yetərincə ciddi səviyyədə keçirilmir amma oxuyan uşaqlarımızda azdı axı..Nəysə sözüm bunda deyil baxın bunların hamısının günahkarı DÖVLƏT dir ..Yetərli maaş ala bilməyən həkimlərimiz xəstədən pul almasın axı neyləsin? Çox uzağa getmirəm qonşu dövlət TÜRKİYƏ ..əslində Türkiyəni bizimlə müqayisə etmək düzgün deyil çünki aradakı fərq müqayisə oluna bilməyəcək qədər böyükdü… Türklərin yaxşı sözü var «KİYASLANAMAZ»..Bəli orda adicə müəllim bizim pulla 1500 Azn pul alır..Liselərdədə nə pul keçmir nədə başqa bir şey ..Oxumayan siniftə qalır kimliyindən asılı olmayaraq.Nə atestar imtahani var nədə şəhadətnamə çünki buna ehtiyac qalmlır..Hər ilin sonu bütün fənnlərdən imtahan verilir baxaq bu uşaq il ərzində nələri öyrənib..Bu səbəblə uşaqlar artıq məsuliyyət hiss edirlər dərslər o dərəcədə yüksək keçirilir ki,təhsilə həvəsi olmayan uşaqlarda belə təhsil sevgisi yaranır..Müəllimdə aylıq 1500 azn maaş aldıqdan sonra evdəki vaxtını artıq uşaq hazırlamaqla deyil öz ailəsinə özəl həyatına ayırır..və bu kalite ilə keçirilən dərslər gələcəyə savadlı nəsil yetişdirir..Artıq həkimi polisi mühəndisi gördüyü işin uzmanı olur..Nəyə göre Türkiyənin TİBB səviyyəsi bizimkindən üstündü cünki ortada SAVAD fərqi var 120 130 min azn ə Tibb üniversiteninə düzəlmək yoxdu canın çıxacaq oxuyacaqsan və o yerə layiq olacaqsan..Deyəsən çox danışdım deyəcək çoox sözüm amma o zaman bir cild kitab lazım olardı sözümün canı odur ki,bunlar hamısı DÖVLƏTİMİZİN düzgün siyasət mövqeyi seçməməsidir..Müəllimlərimizi həkimlərimizi,polislərimizi qınamaq yerinə dövlətimizi qınayaq..Hələ Üniversitelərdəki vəziyyətə toxunmamışam )))) Nəysə ))
asel
bu nedi, sizin üreyiniz lap dolu imiş ki
ayxansevda
200-300 nədi səhv etmirəmsə məktəbdə müəllimlərin maaşı 50 man başlayır saat da ki heç kimə çatmır yarım stavka ilə işləyir bir çoxu 
Shabnam_Ilham
Doğurdan da aktual mövzudu. Hal-hazırda olan təhsil səviyyəsi məni qane etmir. Elə başlıyaq tərtib olunmuş kitablardan. Kitabları elə tərtib ediblər ki, onu heç valideyn başa düşmür, qaldı ki, həmin kitabı oxumağa çalışan uşaq. Məsələn, mən uşaq vaxtı dərslərimi özüm sərbəst oxuya bilirdim, arada sualım olanda atama verirdim və bir az başa saldıqdan sonra anlayırdım. Amma indiki uşaqlara fikir verirəm heç biri sərbəst şəkildə özləri dərslərini oxuya bilmir, verilən tapşırıqları sərbəst şəkildə həll edə bilmirlər. Mütləq kimdənsə kömək gözləyirlər. Artıq getdikcə bu hal daha da çoxalır və demək olar ki, uşaqda vərdiş yaranmağa başlayır. Bir balaca sualı oxudu və bu sual onun beyninə girmədisə mütləq kimdənsə kömək istəyəcək. Artıq öyrənmək xatirinə yox, sadəcə sualımı cavablandırsın, müəllim də mənim hazır olduğumu görsün qiymətimi yazsın vəssalam. Beləliklə yavaş-yavaş valideyn, yaxud kömək edən şəxs uşağın yerinə oxumuş olur. Mənim yadımdadı ki, mən şagird olanda 5 alanda necə sevinirdim, 3, yaxud 4 alanda isə ağlayırdım. özümdən asılı deyildi. Amma indi nə 5 alan uşaqda o sevinci nə də 3 yaxud 2 alan uşaqda o kədəri görə bilirəm. Uşaqlar da artıq məktəbə bilik öyrənmək üçün yox vaxt öldürmək üçün gedirlər. Bu da acınacaqlı haldı. Müəllimlər haqqında da fikir bildirməyə ehtiyac yoxdu məncə, sağ olsun Old Baku çox çox gözəl və dolğun fikrini bildirdi. :))  Paylaşım üçün də ayrıca təşəkkürlər..:)
ayxansevda
))) uşaq 5 alanda sevinmir yazıq bala nəyə sevinsin axı bilmir zəhmət çəkmək, onun bəhrəsini görmək nə deməkdi 3 ya 4 alanda da kədərlənməz anası ya atası kim onunla dərslərinə kömək edirsə onun qiymətidi alıb ya da «hörmət» eləsinlər. şəxsən gördüyüm faktdı bir məktəbdə direktor fəxri fərmanları 1 manatdan satırdı əlaçılar qaldı kənarda müəllim yanına hazırlığa gələnlərə verdi daha doğrusu satdı o fəxri fərmanları 
Shabnam_Ilham
Bundan əlavə məktəbdə şagirdləri fərqləndirmək üçün şagirdlərə əlaçı adı verilməsinin də heç tərəfdarı deyiləm. İstər istəməz ayrıseçkilik yaranır. Bu da düşünürəm digər uşaqlara pis təsir edir. Müəllim də hər dəfə əlaçı şagirdə yaxşı qiymət yazır. Elə öz başıma gəlib. Dərsə yaxşı cavab versəm də 5 yazırdılar, orta cavab versəm də, pis cavab versəm də 5 yazırdılar. Elə bil əlaçı şagird pis oxuya bilməz… İstər fəxri fərman olsun, istər diplom olsun, şagirdin ki, oxumağa həvəsi olmadı, qiymət xatirinə oxuyursa, onda onun nə xeyri… :/
azadmamedov90
deyerli oxucular, size ele gelmirmi ki, kimlerse bu genclerin tehsilini ve oxuyanlari ve s dahilerin sonuna catmaq ucun fikirler ireli sururler, eger bu yazdiqlarim sizlerde fikirler yeni dusunceler yaradacaqsa sevinerem...1az diqqetle fikir verin ki, insanlarin vaxtini daraltmaq ucun yenilikler getirirler, sosiyal sebekeler, filmler, is, ne bilim o qeder seyler var ki, 1az da zeitgeist filmlerine baxin, gelenler filmine baxin, ne bilim calisin ki 1az daha derin dusunesiz…
ayxansevda
37 ildə repressiya qurbanlarının sayı hesabı yox idi bütün qaymaqları qırdılar, indi də təhsilimizi bu günə qoyub mədəni repressiya və ya xroniki repressiya ilə məşğuldurlar. kimlərəsə bu millətin cılızlaşması lazımdı 
Old_Baku_
Ayxansevda müəllimlərin maaşı onların məktəbdə neçə saat götürməsindən aslıdır ..Mən təqribi yazdım..Shabnam_llham təşəkkür edirəm ..Əslində sizdə çox önəmli məsələyə toxundunuz..Kitablar şagird və tələbələrimizin dərs qavramasında çox böyük rol oynayır..Ümumiyyətlə sizin fikirlərinizə nöqtəsinə qədər qatılıram..O nəzərdə tuttuğunuz kitablar məktəblərimizə təhsil nazirliyi tərəfindən paynalıan kitablardı ..Kursların isə məsələn araz kursları olsun hədəf kursları bu kursların nəşr etdiyi kitablar maraqlı və bununla yanaşı dərsliklər çox aydın bir şəkildə yerləşdirilir..Mən universitere hazırlaşdığım dövürdə 1-ci qrupa hazırlaşırdım onda məsələn TQDK-nın vəsait kitablarında anlaya bilmədiyim dərsliyi Arazın və ya Hədəfin vəsait kitablarından oxuyub başa düşürdüm..Yəni demək istədiyim dərsliyi yazan müəllifdən və nəşriyyat yerindən çox şey aslıdır..Əsasda müəllifdən..Bunlarında hamısı Təhsil Sistemimizdə çatışmamazlıqlardan qaynaqlanır..
Qaldı məktəblərimizə bizim məktəblərimiz direktorlar üçün qazanc obyektindən başqa bir əhəmiyyət daşımır..Məktəbin təhsil səviyyəsi həmin məktəbin yöneticilərindən aslıdır..Əslində deməyə çox söz yoxdur hər şey göz önündədir..Xalqımız nə zaman qədər bu vəziyyəti görməməzlikdən gələcək o zamana qədər təhsilimizdə öz başınalıq dəvam edəcək..

Medikamentoz
Məncə bu məqalə müşətərk hazırlanmalı imiş.Yazara da Şərhçilərə də uğurlar :)
Old_Baku_
«Mən Dinlərin göstərdiyi Allaha inanmıram.» "Mən Sizin inandığınıza inanmıram,belə qulları olan Allaha necə inanım ?!"
(
Amma bilirəm və əminəm ki,Yaradıcı qüvvə var,sadəcə O bizdən ona qul olmağımızı istəmir.Biraz dərin mövzudur) 
Dərin mövzu olmağına dərin mövzudur.Lakin sizin fikirləriniz bir birini dəstəkləmir yəni ziddir..Mən sizin inandığınıza inanmıram amma bilirəm əminəm ki yaradıcı qüvvə var ..Belə çıxır ki sizdə qəbul edirsiniz ki bu dünyanı yaradan qüvvə var onda bəs nəyə inanmırsınız? Biz məgər taxta-muxta büt-mütə inanırıq? Bizdə bu dünyanı yaradan qüvvəyə yəni «ALLAHın qüvvəsi» -nə inanırıq..Birdə qeyd etmisiniz ki,o bizdən qul olmağımızı istəmir ..«Qul» deyiləndə siz nəyi nəzərdə tutursunuz 5-6 meşok daşımaq və ya kiminsə nökərliyinimi nəzərdə tutursunuz? Gündəlik 5 vaxt sadəcə inasın 24 saatının maxsimum 30 dəqəsini (söhbət maxsimumdan gedir bəlkədə ondanda az) ALLAHA ayıraraq təmiz libasda səcdəyə getməyi qul mu hesab edirsiniz? İndi sizə «QURANİ-Kərimdən» stat gətirsəm ALLAHA inanmadığınız üçün (özünüz şərhinizdə qeyd etmisiniz ki «Mən Dinlərin göstərdiyi Allaha inanmıram.» )
bir faydası olmayacaq..Şərhlərinizi nəzərə alaraq belə qənaətə gəlirəm ki, siz özünüzü professor hesab edib,heçkəsin düşünə bilməyəcəkləri şeyləri düşünmə qabiliyyətinə sahib,beyninizin çoxu insanlardan daha yaxşı inkişaf etdiyini zənn edən,hər kəsdən savadlı və hərkəsdən intelektual bir sözün əsil mənasında dırnaq arasında «ELM ADAMI» bilirsiniz..Bir şeyidə qeyd edim ki siz nə SAVAD baxımından nədə DİN mövzusundan mənə bata bilməzsiniz...Birdə qarşınızdakını kim olduğunu bilmədən nəzakət çərçivəsindən qırağa çıxmamanızı məsləhət görürəm..Ayxansevdanın kimliyini bilmədən onu tanımaya-tanımaya şərhinizdə yazmısınız ki ,"Mən Sizin inandığınıza inanmıram,belə qulları olan Allaha necə inanım ?!" "belə qulları" deyərkən nəyi nəzərdə tutmusunuz ? 
Ayxansevda -nı Realdan tanıyıram..Maraqlı mövzuları ilə kayzenin rənginə rəng qatan istərsədə realda təhsilin önəmli isimlərindən biridir..Siz əvvəlcə qarşınızdakın kimliyini bilmədən yenə təkrar edirəm nəzakət çərçivəsindən çıxmayın..Əksi təqdirdə demirəm çünki buna ehtiyac qalmayacağı qənaətindəyəm....Əgər istər elm,istərsədə din baxımından mənimlə burda münaqişə etmək istəsəniz loru dildə desək heç «GİRİŞMƏYİN» ..
Hamıya uğurlar arzulayıram..! 

 
Medikamentoz
Baxın,yazınızın uzunluğu mənə bunu işarə edir ki,nə isə demək istəmisiniz,ancaq təəssüflə bildirmək istəyirəm ki,doğru məqamları vurğulamamısınız.İradlar gözəldir,ancaq təhqir və hədə-qorxu isə olduqca pis bir şeydir,İnandığınızın həmin fəlakətlərlə Sizi üzləşdirməməsi ümidilə fikrimə davam edim.

1) Siz məndən nəyə inandığımı dərin soruşmadan ondan da dərin müzakirələrə başlamısınız,xeyirli olmasın,ona görə ki,istiqamətiniz yanlışdır.Nəinki Sizinlə,nəinki Ayxansevda ilə,heçkimlə ümumiyyətlə din və siyasət haqqında müzakirə aparmıram,eynilə Karl Popper debatlarında olduğu kimi,çünki bu mövzular həssas olduğu qədər çox,həm də olduqca çox individuallıq daşıyır.Əgər inanımımı bilmək istəsəniz deyə bilərəm ki, Məhəmmədin yaratdığı Allaha deyil,Məhəmmədi də,Turalı da yaradan Allaha inanıram.Səbəbini sorsanız,deyərdim ki,sadəcə Dinlərdə gördüm bu Allah anlayışı ierarxik xarakter daşıyır.Mən isə Allahı hər şeylə tam bir vəhdət halında qəbul edirəm.Sizin buna qarışmağınıza ən azı haqqınız yoxdur.Savadınız nə qədər çox olsa da mənasızdır.Çünki mənə belə xoşdur və mən bu hiss ilə xoşbəxtəm.Əlbəttə mən həmişə onun tərəfdarı olmuşam ki,nə edirəmsə edim,ətrafıma mütləq mane olmamaq şərtilə həyata keçsin.Yox əgər kimsə də mənə qarışarsa mütləq ən azından xəbərdarlıq alar,bir sözlə kosmopolitizmin tərəfdarıyam.Güman edirəm ki,Din məsələsi Sizə aydındır.Qısacası mənə qarışmayın,öz işinizlə məşğul olun,çünki bu Sizə fayda verməyəcək.Mənim dindar dostlarım var,onların ibadətlərinə bircə dəfə də zö deməmişəm,çünki onlar buna inanır,nə etməli,təki onların inancı cəmiyyətə mane olmasın.Bu qədər.

2) Professor məsələsinə gəlincə isə Əzizim,onu deməliyəm ki,həyatda ən nifrət etdiyim peşələrdən biridə budur.Heç xoşum yoxdur.Mən praktik adamam.Nəzəriyyəçilikdən xoşum gəlmir.Burada özümü o şəkildə göstərməmişəm.Bilmirəm Siz monitora 3D və ya XD eynəklə baxırsınız ki,yazılar Sizə professor kimi görsənirsə artıq bu mənim problemim deyil.

3) Əgər Ayxansevda-nı yaxından bu qədər tanıyırsınızsa səbrinizə güz gəlin,təhqiri və təhdidi yığışdırın,icazə verin özü lazım olan məqamda reaksiya edəcək.Mənin ona yazdığımla Onun mənə yazdıqları arasında heç Sizin bir yazınızdakı qədər məsuliyyətsiz ifadələr yoxdur.Niyə özünüzə əl qatmısınız anlamadım.

PS:Sonuncu cümlə məni çox güldürdü :) Mən Sizinlə heç bir şəkildə diskussiya aparmaq cəhdində olmamışam ki,Siz də mənim qarşımda durub Girişməyin deyirsiniz.Təki məndən savadlı ol,amma mədəniyyət dərslərinə getməyi də unutma.Sənə uğurlar arzulayıram,çünki mən artıq onu tapmışam :)
azadmamedov90
DIN ktual movzudur bizim dovrde, ister din olaraq istersede d.i.n. olaraq...ama ki
din kasiblarcun inanc, varlilara eylence, siyasetcilere ise idare etme kimi gereklidir
...bu ne vaxtsa yazilmis ve deyilmis ifadedir,ama bilmek lazimdir ki, bu insanlara ne gereklidir, din yoxsa d.i.n.? yeni ki bu insanlar eylencemi vaxtini bos kecirtmekmi ne bilim lazimdir ki, ne ise deyismek, bes bunu nece edek? 15-22 yas arasi genclere nezer  edin gorun bunlar ne edecekler,1nece il sonra bizim yerimizi tutacaq olanlar bunlardimi? yeni bele sade? mene cox maraqlidir ki bu heyatda insanlarin meqsedi nedi? baslarini ne ile ise qatmaq, oxumaq evezine derse qiz dalinca getmek, yaxudda eksine, ve ya universitete de eyni ile...belke sesimizi esidecek 1i tapilacaq bu milleti sevenlerden 1i? belke???
ceko665
Salam.Mövzunu və şərhləri oxuya oxuya düşürdüm.Yəni səhifələyə-səhifələyə şərhdə nə yazacaqımı artıq aydın etmişdim.Ayxan sevda hər zamankı kimi gözəl mövzuya toxunmaqla yanaşı öz mədəniyyəti ilə yazısı savadı ilə seçilən istifadəçilər sırasındadır.Medikamentoza gəldikdə isə bəli,səhifələyə-səhifələyə qənaətə gəlmişdim ki şərhdə mütləq qeyd edəcəm medikamentoz adlı istifadəçi Ateist-dir və onunla müzakirənin heçbir mənası yoxdur.Bəli,şərhlərdə oxuduqdan sonra bunu yazmağa ehtiyac olmadığını gördüm və mənə yüngüllük gəldi.Çünki artıq nəisə sübut edəsi olmayacam.Medikamentoz bəy özü Allaha inanmadığını qeyd etmişdir.Old Baku qardaş,ayxan sevda gəlin müzakirələri adamla edək.Bunu təhqir kimi anlamayın jmedikamentoz.Müqəddəs qURANİ kƏRİMDƏ QEYD OLUNMKUŞDUR KAFİRLƏR BARƏDƏ _ onlar yəni kafirlər gözləri kor və qulaqları kardılar kimsənin kafir olduğunu gördükdə ona Allahın varlığını de əgər alınmazsa o insandan ünsiyyəti kəs.Allah vbelələri ilə ünsiyyətdə olanı sevməz.Deyəcəksiz kafir adlandırmağa haqqımız yoxdur.Buna cavab olaraq qeyd edim ki,əgər kimsə dili ilə təsdiq edərsə Allaha inanmıram bu Kafirdir və bildiyimiz kimi islamın şərtlərindən başlıcası Allaha inanmaq.Mələklərinə,kitablarına,cənnət və cəhənnəmin varlığına peyğımbərlər inanmaqdır.Nəisə məsləhətim budur burda da bu söhbəti bağlayaq və kafir(insan cildində şeytan) olub nifaq salmasın.Bu şərh məqsədyönlü də ola bilər.Bilirəm Medikamentoz gəlib yazacaq ki ceko665 harda idin indi peyda oldun?Bu sualı verməyə zəhmət çəkməyin.Cavabı budur Mən sizinlə kəlmə kəsməyəcəm.İndi də şərhim sizlik deyil ayxan sevda və old bakuyan ünvanlanıb ki onlar da sizi görməzdən gəlsinlər.Hələlik hər kəsə uğurlar diləyirəm.Bu arada çoxdandır görünməməyimin səbəbi yüklənmiş iş rejimində çalışmaq idi inşallah bundan sonra aktivlər siyahısına qayıdacam :)----
Medikamentoz
Yəqin Siz tezliklə cihad edib şəriət qanunları ilə idarə olunan dövlət də qurmaq istəyərsiniz.Təəssüflə bildirməliyəm ki,mənim nəyə inanıb inanmadığımı Siz necə təyin edirsiniz anlamıram.Birdəki Sənə nə qalıb ki,mən nəyə inanıram.Bu yanaşmaya Sizin ərəbcədə bədbəxtü-cahanü-mülk deyirlər.Gedin oxuyun.Yəqin məni öldürmək də Haqq əməl olar,bəlkə birləşib fətva verəsiniz.Siz niyə qəbullanmaq istəmirsiniz ki,necə ki,Quranda deyilir,mənim dinim mənə,Sizin dininiz də Sizə.Bir də ki.buyrulur ki,Allah istəmədikcə Siz istəyə bilməzsiniz.deməli Sizin üçün bunu istəyib,mənim üçün də bunu.Yəni bundan sonra Allahın işinə qarışmış olacaqsınız? Axı Hidayət Allahdandır.
Medikamentoz
Ceko665,ateist sözünün tərcüməsini öyrənməyi Sənə məsləhət görürəm,burda 3-5 adam var,amma işdir,birdən toplum içində İslama inanmayana ateist desəniz,gülünc səslənər.Mən dini baxışlar cəhətdən kosmopolit deistəm,amma müsəlman deyiləm.Bu mənim günahımdır yəni? Əgər belədirsə mənə görə də Sənin müsəlman olmağın günah olar yəqin ki.Görürsən də necə gülməli və axmaq reaksiyadır.
Old_Baku_
Mənə yazarkən «Məzəmmət» əvəzinə ciddi olmanızı tələb edirəm.Çünki bu qədər səmimiyyəti sevmirəm.(Əzizim və ya XD,3D ni nəzərdə tuturam yəqin anladın) Birdə mənə göstəriş verməyin əgər ayxansevda ilə bağlı bir söz yazmışamsa buna ehtiyac duyduğuma görə yazmışam.Şərhinizdə "öz işinizlə məşğul edin" qeyd etmisiniz. Bunu nəzərdə tuturam nə edəcəyimi sizdən soruşası deyiləm.Elədiklərimə kəfiləm.Bir məqamıda diqqətinə çatdırım ki, yazmısan ki «təki onların inancı cəmiyyətə mane olmasın» bəlkə dar düşüncəli insanlar onlara mane olmasın? Deyəcək cox sözüm yoxdur istər inan ALLAHA istər inanma bu sənin şəxsi fikrindi.
Əmması var yalnız.Biz necəki ALLAHA inanmayanlara təzyiq göstərib İslamı təbliğ etmiriksə sizin kimidə ALLAH-a inanmayan şəxslər İslama qarşı gözdən baxanlar «ATEİST»liyi təbliğ etməyin ..! kifayətdi. 
Medikamentoz
Old Baku,mən ateist deyiləm,bunu birdəfəlik qəbullan,ikincisi biz düşmən deyilik,Şükür olsun,ən azı bir xalqın,bir dövlətin üzvüyük.istədiyim odur ki,normal qaydada fikir paylaşımı edək və bir birimizi anlamağa çalışaq,yoxsa qarşılıqlı başadüşülmə olmasa söhbətin mənası yoxdur.Və sonuncu olaraq deyim ki,harda gördün ki,mən ateizmi təbliğ edirəm?
 
asel
YORULDUM
Medikamentoz
asel,görürsən də,radikal müsəlmanlar məni təkləyiblər ((( 
asel
BU NEDİR, O BUNA SÜBUT ETMEYE ÇALIŞIR, BU ONA. NOLUB SİZE????
Medikamentoz
Mən heçnəyi sübut etməyə çalışmıram,mənim haqqımda kiməsə nə yalnış görünürsə onu düzəldirəm.həyatdı sabah üz-üzə gələrik,əli bıçaqlı olmaaq :)
Old_Baku_
Asel yoruldunuzsa bilgisayarı söndürərək uzanıb dincələ bilərsiniz.Medikamentoz ateist deyilsən lap yaxşı buna sevindim.Mən ümumiyyətlə ateistlərə yazdım.Ateist deyilsinizsə bu o deməkdir ki,bu söz sizə aid deyil.Əgər aid deyilsə şərhinizin sonunda mənə ünvanlanmış sualınızı cəvablandırmağıma ehtiyac qalmır artıq deyəsən.
Hamıya Uğurlar. 
asel
NE OLUB, İNDİ DE HİRSİNİZİ MENE TOKURSÜZ?
Medikamentoz
asel,caps locku söndürün,bunu dəfələrlə edirsiniz,xəbərdarlıq alacaqsınız,Sizinlə işimiz yoxdur.
Medikamentoz
Mən də Sizi sevindirə bildiyimə sevindim,həqiqətən,ən xoşbəxt olduğum anlardır mühitimin sevincli olması.Ok,kompromis variant tapdıq,həmişəki kimi,önyarqı məğlub oldu :)

Uğurlar. 
asel
cox sükür, sonlandıra bildiniz
Medikamentoz
Dalay lama deyib ki,bir gün elm buddizmi səhv çıxartsa elmə inanın Buddizmə deyil :)
asel
bir başqa yazı yazıram. ona görə her defe sehven olur
Medikamentoz
Ok,yazını da qısaltmağı unutmayın,səhv etmirəmsə keçən dəfələrdə belə hallar olmuşdu.Uğurlar,Hələlik.
asel
yox, bura yazmıram.
Old_Baku_
Heç bilmirdim ki,bura səndemə müharibə alanıimiş.Baxsanıza Medikamentoz istifadəçimiz artıq qalib və məğlubu seçib.Sizi bu döyüşdə qalib gəlmək münasibəti ilə ürəkdən təbrik edirəm.Artıq yazmayacam artıq söz-söhbətə ehtiyac yoxdur .
Uğurlar.
Medikamentoz
Yenə də anlaşmazlıq?! Yazdım ki,adamlar deyil.tələskənlik ruhu məğlub oldu!
Old_Baku_
Mən şərhlərdə tələskənlik sözünə rast gəlməmişəm.Şərhinizdə "Önyarqı" qeyd etmisiniz.Birdə mövzuya qayıtmamaq istəyi onu bildirmək istəyirəm ki,mənim sizin haqqında düşüncələrimin formalaşmasında sizin sözləriniz rol oynadı necəki qara hərflərlə qeyd etmisiniz ki ALLAHA inanmıram .Bu dolayısıqla mənim düşüncələrim bu istiqamətdə formalaşdı.
Söhbətə son qoyulmasının tərəfdarıyam.Fikirlərinizə hörmətlə yanaşıram.
Hamıya uğurlar. 
Medikamentoz
Ok,mən də bunun tərəfdarıyam.
ceko665
Bircə onu bilirəm ki,maksimus tufanından keçmişik medikamentoz küləyinə.Mən sizin kimilərinə cavb yazmıram ateist qardaş.Səhv etdim deyəsən kafir bəy.Siz bu fikirlər üçün şübhə yeri buraxmadınız.İslamda Allaha inanmayıb bunu dili ilə təsdiq edən kəslərə kafir deyirlər.Əks halda inanmadığı təqdirdə dili ilə inanıram deyirlərsə bu şəxslər münafiqdirlər.Atezizmin nə olduğunu gözəl bilirk cənab «Paskal,Nyuton,Magellan».Siz mömin deyilsiz ümumiyyətlə müsəlman deyilsiz anlaşılan.Odur ki təbliğatınızı müsəlmanlar çoxluq təşkil edən saytda deyil özünüzə aid saytlarda edin.Bura gəlməyin deməyəcəm sayt rəhbəri deyilik hər halda lakin yazdığınıza diqqət edin.Təklənməmisiz narahat olmayın sadəcə hər kəs öz yerini bilsə yaxşıdır.Diqqətli olun vəssalam!!!Belə münaqişələr təbii ki heçkimə xoş deyil Lakin Allahın adını doğru dürüst şəkməyi öyrənməlisiz! Mən sizin bu şərhimi cavabsəz qoymayacaqınıza əminəm ancaq bilin ki mən sizin növbəti şərhinizi cavablandırmayacam bu başdan deyirəm nə yazsanız cavablandırmayacam.İnsanların gözü tərəzidir kim nəyi nə məqsədlə yazır bəllidir.Odur ki mən sizin kimilərlə heç danışmıram qaldı şərhi cavablandırıb cavalandırmamağa.Uğurlar yazmayacam artıq.Uğura nail olduğunu vurğulamışsan lakin xəbərin yoxdur ki,hələ quyunun taaam dibindəsən və orda çabaklayırsan.İncimə sözlərimdən.Səninlə siz deyə müraciətimi ona görə dəyişdim ki mən hörmət etmədiyim kəslərə siz deyə müraciət edib hörmət sahibi etmirəm.Səbəb:Allaha hörmət etməyən hörmətə layiq deyil mənə görə.Radikal dindarlar deyil burda cənab münafiq---Allahsevərlər radikal dindar ya radikal mömin adlandırılmırşNəisə söhbəti bağlayın getsin heçkim də burda dalay demir dla nərgiz də oxumur onları sən deyib oxudun Kafirli münafiq
Medikamentoz
Bayaq «Kefli İskəndər» deyən birisi olmuşdu,amma bu qədər ad sahibi olacağımı düşünməmişdim.Bunlar Sizin İslam inancına uyğun şəkildə mənə verdiyiniz adlardır.Olsun,təhqir kimi qəbul etmirəm.Danışığımı da,yerimi də bilirəm,Sizdən də kifayət qədər ədəbli İnsanlar var,Onlardan öyrənmişik və öyrənirik.Mənə nə Sən maraqlısan,nə də dünyagörüşün və inancın.Söhbətə dəvətsiz bağlandın,bəzi lazımsız ifadələr istifadə etdin,mən də mənə qarşı istiqamətinin yalnış tərəflərini düzəltməyə çalışdım.Mənim inancımı necə qəbul etməyin də maraqlı deyildir.Amma əgər ki,Özünü müsəlman adlandırırsan zəhmət çək və oxu bilki,kafir ilə münafiq tamamilə ayrı mənanı verən və ayrı kökdən yaranan sözlərdir,sinonim falan deyil.Mən quyunun dibindəyəmsə kömək et,etmyi bacarmırsansa çəkil kənara,bir dəki,istəyirsən get nəyə inanırsan inan,deməyim odur ki,düzəməlli öyrən və inan!Sənin yanaşmağın tamam qəliz və səhvdir.Dünyada islamdan başqa heçbir dinin mənsubları demirki,bizdən başqa yalandır.Bircə bu islamist radikallar qulluq etdiyi dinin dəyər və mədəniyyətin öyrənməmiş atılırlar ortalığa.Nəisə.İnandığın Səni qorusun.Adamlığına qiymət vermək istəmirəm,mənim üçün ən azı bir İnsansan.Bunu üçün də düşünməyini istəyirəm,necə ki,Allah da Quranda Bəlkə düşünəsiniz sözünü dəfələrlə istifadə edib!
 
asel
Qurban olum Allaha. hər birimizi O yaratmışdır. 
Cavid
bir şeyi normal müzakirə etmək bararığı gəlin qəbul edək ki hələdə bəzilərimizdə biraz problemli sahədir, hər halda bir birimizə gərək anlamağı bacaraq əvvəlcə., topikə gəldikdə mükəmməl və elə şərhlərin bir çoxu
Medikamentoz
Cəmiyyətdə tolerantlıq prinsipi var.Artıq başa düşülməlidir ki,eqolar fəlsəfəsi artıq daş dövrün qalığıından başqa bir şey deyil.
_BUMERANQ_
Bizlərdə nəyisə normal müzakirə etmək bacarığı ona görə yoxdu ki, qarşıdakının dediklərini tam dərk etmədən elə dediyimizi yeritməyə çalışırıq.  Əslində müzakirə, diskussiya gözəldir, xeyirli tərəfi də odur ki, inkişafa aparır.
Hələ bura virtualdı, realda bu müzakirələr əvvəl mübahisəyə, sonra hətta münaqişəyə çevrilmə halları da olur. (burda mübahisə etapı daha aktivdi)
Mapraqlı məqamlardan biri də odu ki, elə də olur ki, iki nəfər(çox da ola bilər) əslində eyni fikri irəli sürür lakin, sırf digərini eşitmədən    dediklərini tam qavramadan öz dediyini deyir. Yəni, nəticə eynidi, lakin yanaşma istiqamətləri fərqlidi.
Medikamentoz
Ümumi fikirdir,hər halda reaksiya üçün sağol,daha dəqiq məqamlara diqqət ayrılsa idi daha gözəl olardı.
Medikamentoz
Adminstratorluğun bu məsələlərə həssas yanaşmasını istərdim.
azadmamedov90
umumiyyetce bele bloqlara uzv olanlar ayda1defe yada deqiq1vaxt teyin edib bele esas movzular barede muzakireler edilmelidi..en azindan ele1sey ki bu sesimizi esidecek kimse tapilsin..calisin ki inkisaf edek, gencler bizik, gelecekde nazirleri ve s evez edecek olan bizlerik...bunu unutmayin!!!
Medikamentoz
Məni siyasət maraqlandırmır,sadəcə ətrafımda yaşayanların normal dünyagörüşü olması ciddi şəkildə narahat edir.
azadmamedov90
meqsed siyeset deyil,nazir olmaq ise bizim meqsedimiz deyil,yeni ki, demek istediyim sadece olaraq neyise deyidirmek, tehsil alanlar ve ishleyenler ucun daha yaxsi gelecek ucun, axi bu milletin qaygisina, en azindan ovladlarimizin qaygisina kimse qalamlidir....ele deyilmi?
Medikamentoz
Nə yalan deyim,sözümün eşidilmədiyi yerlərdə yerimi dəyişənlərdənəm,ona görə məndən ümidinizi üzün :)
ceko665
Əziz Kayzençilərimiz məqsədimiz amalımız dəyişmək inkişaf etməkdir hər kəsə uğurlar diləyirəm.Medikamentoza gəlincə ey istifadəçi,mömin münafiq kafirin nə olduğunu yaxçı bilirəm və sənin bunu öyrənmənə açıq aşkar ehtiyacın var.Bir yerdə Allahın Quranda yazılanın adını çəkir digər tərəfdə isə Allahən ünvanəna «sizin inandığınız» yazırsan.Yenə qeyd edirəm bilməyənlər də bilsin Münafiq---Allaha və onun Qanunlarına inanmadı\ı halda inanıram deyən dili ilə inandığını söyləyən kəslərdir.Kafir isə---Həm inanmayıb bunu dili ilə təsdiqləyən kəslərdi.Mömin isə ələhəmdülilləh kəlmeyi şəhadət gətirib İnandığı Uca Tanrıya həmd səna edib bunu dili ilə təsdiq edəndir "Əşhədü ənla İlahə İllləllah va əşhədü ənnə Mühammədən Əbdühü va Rasuluh" Mən şahidlik edirəm ki,Allahdan başqa İlah yoxudur və yenə də şahidlik edirəm ki,Məhəmməd peyğambər (s.a.s) Onun qulu və Rəsuludur!!!!Bunu dili ilə deyən kəs müsəlman sayılır mömin adlanır.Əminəm ki cümlənin bu hissəsini oxumadın çünki sən Münafiq olduğunu heç də danmırsan.Nəisə.0Mən isə öncə də qeyd etmişdim ki,nə kafir nədə münafiqlərə baş qoşmuram.
  Kayzen əhlinə uğurlar diləyirəmBuyurun dəyişin inkişaf edin Allaha əmanət olun!!! Razılaşanlar şərhimi dəstəkləyib plus qoymağı unutmayın ki,Tanrımızın Peyğambərimizin Ardıcılları bilinsin!!!!!Haqqın tərəfdarları buyursun!!! :)
Medikamentoz
Sənə xatırladım ki,qəlbləri Allah bilir,amma Sənin dəfələrlə qyed etdiyin və türklərin Tenqri adlandırdıqlaı və Sənin Tanrı dediyin bir utopik varlıq deyil.Sənin mənim qəlbimi şərh etməyə haqqın çatmır,bu Haqqı amma mən Sənə halal edirəm.Və biləsən ki,müsəlmanlıq kəlmeyi şəhadət ilə başlana bilər,ancaq bununla qala bilməz,mən çox və həqiqətən də çox istəyirəm ki,Sən Allahını tanıyasan,amma gümanım çox azdır Səndən dolayı,mən lap kafir və münafiq isəm Sənə baxıb nə islam öyrənəcəm ki?! Mən demişəm və deyirəm: İnna lillahi və inna ileyhi raciun.Siz irsi müsəlmanlarsınız eynilə Bəqərə surəsində bildirildiyi kimi yalnız Sizdən qabaqdakılar bunu etdiyi üçün edirsiniz.Amma nə Özünüzün nə də İbadət etdiyiniz fərqində deyilsiniz.Bu arada Bayramınız mübarək.Bayram namazında Sizin üçün dua edəcəm.Kaş ki,Sizin inandığınız Tanrı olmayaydı…
Kenan_Elxanoglu
Yazı çox aktual bir mövzunu əhatə etsədə şərhlərin əksəriyyəti tamam başqa istiqamətdə davam edib, buna çox təəssüflənirəm.Yazını oxuyanda şərhlərin sayını görüb sevindim ki, nə yaxşı bu mövzuya bu qədər şərh yazılıb. Sən demə burda hərə öz fikrinin doğru olmasını sübut etməyə çalışır. Buna nə ehtiyac var ki? Məncə səbrli olmaq və bir-birinin fikrinə hörmət etmək gərəkdir. Əksər istifadəçilər bir-birini yazdıqları şərhə görə  qiyabi tanıyır. Belə bir atalar sözü var: «Dostunu mənə göstər ,deyim sən kimsən.»   Mən onu belə deyərdim: "Şərhini yaz, deyim sən kimsən." 


   Əziz müəllif, yazdıqların həqiqətdir, əlinə, ürəyinə sağlıq. İnşallah bu çətin sınaqdan da çıxacaq Azərilər. 1992-93-94-cü illər Qarabağ savaşı getdiyi vaxtlarda, müharibənin qızğın vaxtlarında oxumuşuq biz orta məktəbi. Yarı-yarımçıq, dadar-doymaz olduq. Köçkünlükdə, qaçqınlıqda,orda-burda keçdi günlərimiz. Sinfimizdə 22 şagird vardı, əksəriyyəti 4-cü sinifdən sonra oxumadı, oxumağa imkan olmadı, Məskunlaşdıqları yerlərdə məktəb olmadı deyə məktəbə həsrət qaldılar, uşaqlığa, oxumağa, oynamağa həsrət qaldılar. Bu da Qarabağ savaşının ağır fəsadlarından biridir.Azərbaycan əhalisinin 20%-i qaçqın düşdü, oxuya bilmədi, 20 %-də cəbhəyanı yerləşən rayonların uşaqlarıdır ki, onların da məktəblərində qaçqınlar məskunlaşdı, oxuya bilmədilər. İndi həmin uşaqların hərəsi bir ailənin başçısıdır. İndi həmin «uşaqların»     uşaqlarıdır   «kurikulumla dərs keçilən məktəb»ə gedən. İndi bu savadsız, yaxud savad ala bilməyən, buna imkanı, şəraiti olmayan valideynlərdir ikinci sinifdən «nitq hissələri» keçən uşaqlarına oxumaqda kömək edə bilməyən. Çünki, onlar bu dərsləri keçməyiblər, oxumayıblar. Müharibə çox ziyan vurdu bizə,xalqımıza.
Müharibə, müharibədən çıxmış xalqın tarixində iz qoyar,  yanıq yarası kimi bir iz… Bu iz illərlə itməz, gözəlliyə xələl gətirməsin deyə üstünü ört basdır edərsən,amma bu, yaranı sağaltmaz ki...
   Müəllimləri isə qınaya bilmirəm. Aldıqları maaş çəkdikləri əziyyətə dəymirsə, bunun günahı müəllimlərdə deyil. Naziri nazir, prezidenti prezident, həkimi həkim, mühəndisi mühəndis, vətəndaşı vətəndaş  edən müəllimdir.
 
Medikamentoz
Şərhlər də üzvlər qədər onlinedir,Həyatda əsas olan isə offlinedir.