Bazar(bardak) iqtisadiyyatı şəraitində:

Bazar iqtisadiyyatı yarandığı gündən istənilən ekstermal şəraitdə satmaq bacarığı olan dəllallar, alverçilər, sırıyanlar, atanşiklər yaratdı. İstər istəməz bu qeyri-adi istedad sahibləri daha çox qazanmaq istəyi ilə gündən-günə daha da təkmilləşirlər, sırımağın yollarını öyrənirlər. Nə qədər öyrənsələr də yenə dar düşüncə ilə, keçmiş variantlarla sırıyırlar, amma bacarırlar. Bazar iqtisadiyyatı bizə gələndən bir qədər sonra isə, marketlər peyda oldu. Burda sırıyanlar demək olar ki yoxdur, amma adamı elə izləyənlər var ki, gəl görəsən. Burda insan sərbəst olmalıdı, amma bir sıradan o biri sıraya keçən kimi izləndiyini görürsən, istər-istəməz satıcı qız sən keçən sıraya keçərək güya nəyisə düzəldir, daha başa düşmürlər ki, kamera var, o, hər şeyi izləyir. Marketlər yenə qənaətbəxşdir. Təsadüfən metronun çıxışındakı keçiddən keçəsən və ya bazara gedəsən, peşman olarsan. Bir neçə adam qarşısına bir yeşik alça qoyub satır. Deyəcəksiz ki, burda nə var ki? Burda bezmək var, burda bir cümlənin sürətlə və tez-tez təkrar olunması və s. kimi dəhşətli anlar var. Bunlar başa düşmürlər ki, camaat kor deyil, görür. Daha qışqırmağa ehtiyac yoxdur. Camaatın qulağını gözüylə səhv salmayın. Metroların çıxışındakı keçidlərdən keçmək xüsusi bir bacarıq tələb edir, çoxları bunu öyrənib. Adam əlindən, alıb-satan əlindən, ağzını ayırıb nəyəsə baxan əlindən keçiddən yolun digər tərəfinə keçmək uzun vaxt aparmaqla yanaşı həm də bezdirir.

Keçiddə nə desən var, qəzetdən tutmuş, göy göyərtiyə, alçaya( meyvələr fəsildən asılı olaraq dəyişir), pal-paltara, parfumeriya məhsullarına, disklərə, telefonlara, hətta internet kartlara kimi nə desən var. Satmağa səbri çatmayan alverçilərin çəkdiyi siqaretin tüstüsü içəridə vəziyyəti son dərəcə gərginləşdirir. Burdakı marketinq anlayışı elmə məlum deyil. Bu dəhşətli keçidi keçmək istəyirdim ki, arxadan kiminsə yüksək səslə, dayanmadan: “ yol verin, yol verin üstünüz kraska olacaq” deməsini eşitdim, bu qədər adamın içində boyalı nəsə aparmaq normal görünmədi, amma məsələ bununla bitmir. Camaat yol vermirdi yola verirdi. Mən də yola verdim, amma keçdikdən sonra boyalı nəyinsə olmasını görmədim.

Bu vay şüvən salan alça satan imiş, əlində bir qutu alça camaatı dolayır ki, yol verin üstünüz boya olacaq. Bu addımla nəqliyyatı asanlaşdırır, amma düşünmür ki, camaatı dolayır, camaat da dolanmağa öyrənib, heç kim etiraz etmədi. Keçidi çıxanda elə bil hardasa xor musiqisi oxunan bir zala girirsən, beş-altı alça satan dayanmadan alça alça.... deyə qışqırır. Limon satanlarla alça satanların səsləri bir birinə qarışmışdı, hərdən polad, poladpusu, pusu sözləri və alıcının gəlmədiyini görəndə isə əəə(eee)... kimi səslər də işlədilirdi. Biri satanda digəri zarafatcasına “qoyun bizdə sataq da” kimi ismarıclar da verirdi. Diqqətimi bir çinli (vəzifəli mənada deyil, çin vətəndaşı mənasında) satıcı da cəlb etdi, fəqir döyükmüşdü, amma bağırmırdı, başını aşağı salıb alıcının gəlməsini gözləyirdi.

6 şərh

papatürk
Adı dəyişin: bardağ və bardak ayrı şeydir.Bardağ su qabıdır. Yəqin ki,siz bardak nəzərdə tutmusunuz.
bankir
Alça satan da çörək qazanmalıdır. Mən də istəyirəm ki,hər şey yaxşı olsun,hər şey supermarketdə satılsın.Amma alçasatan da acından ölməli deyil.
Dior
Əsəbləşirəm Vallah,məsələn metronun çıxışından keçib küçəyə çıxmaq istəyirəm,bir nəfər satıcı da deyir ki,gəlin baxın,yaxşı koftalarımız var.Gərək deyəsən ki,ay bala koram məgər?Görürəmdə kofta satırlar,lazım gələndə baxıb alacağam.
niqulya

İki yüz il əvvəl supermarket yox idi.Elə Avropada,Amerikada da qışqıraraq satırdılar.Hər kəs öz məhsulunu bildiyi kimi reklam edir.Televiziyada dəqiqəsi 1000 manata reklam verməyə məcbur deyil.
Kraska satıram deyib alça satana qaldıqda isə böyük biznesdə də belədir.Sadəcə orda daha incə şəkildə olur.Əgər alçasatanın ali təhsili olsaydı bəlkə də bir firmada yaxşı satış meneceri işləyə bilərdi.

ramzes
Avropada qışqırılmasını, anqırılmasını, bağırılmasını demək və əminliklə demək həqiqətən gülüncdür, bütün inkişaf Britaniyada olub, manufaktura da orda yaranıb, indi gəlib kiminsə Avropanı bəyənməməsi dəhşətdi. Avropa eşitsəydi ki, belə şeylər olacaq bəlkə də kökümüzü çoxdan kəsmişdi. Görünür kiminsə dayanmadan anqırmasını eşitmək sizə xoş gəlib, o ki, qaldı onun təhsilinin olub, olmaması məsələsinə onun günahı məndə deyil, nədə ona təhsil vermək məcburiyyətində də deyiləm, adama deyərlər öyrən. Reklam məsələsinə gəldikdəysə kimisə buna məcbur etmirlər, istəyir 1 milyon manat versin, məhsul və servis yaxşı olandan sonra heç reklama ehtiyac da qalmayacaq.