qız tutmaq və onun inkişafı

Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, “nə gündəsən? Sən necə olacaqsan?” kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar, mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara “milli park” misal göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar, tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin aparıcısı Rövşanə Bektaşi demişcən gənclərin öz həyatlarının nicatını tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa oranı əlavə etmək olar. Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.

Ceyranlar sırasına bir neçə dəfə tutulmuşları və bişmişləri, cüyürlər və dovşanlar sırasınasa tutulmaq və ya bişmək xüyasına düşüb, yaylıma çıxanları misal göstərmək olar. Burda yaylım adətən gündüzlər baş tutur. Aslanlar və canavarlar siyahısına əsasən bığı, saqqalı olan gedələri əlavə etmək olar. Tülkülərsə özünü müasir göstərərək eynək taxmış, qulaqda qulaqcığı olan, güya xarici musiqilərə qulaq asır ( qızlar belə oğlanlarla fəxr edib qürur duyurlar ) kimi özünü göstərən gedəçələri misal göstərmək olar. Aslanlarla canavarlar adətən parkda “ yenə türmə, yenə qazamat, ay brat, ay brat, yaxşısı azadə həyat, ay brat, ay brat” mahnısının sədaları altında qazamatdan qorxmadıqlarını göstərir, necə cəsur olduğlarını musiqiylə qızlara sübut etməyə çalışırlar. Tülkülərsə daha çox “gedək sənə gül dərim, səni gülə döndərim” kimi mahnılarla qızları aldatmaq ( ay yaramazlar ) istəyirlər, bir növ onları şirin dillə ovsunlayırlar.

Ən maraqlı məqamlardan biri isə bu yerlərdə ceyranların, cüyürlərin, dovşanlrın ən aşağı sürətlə ( el arasında birinci sikoristlə) və ən əsası ara məsafəsini gözləməklə, yol hərəkət qanunlarına riayət etməsidir. Aslananlar, canavarlar və tülkülərsə istənilən an hücum çəkib öz şikarına yaxınlaşa bilir. Eramızdan əvvəllər belə təbii təbiət hadisələri dağlar qoynunda ( dağlar qoynunda musiqisini ağızla( telefonla deyil) bərkdən səsləndirməklə) qaçış marafonunun başlaması kimi özünü göstərirdisə, müasir dövrdə məntiqlə eyni şey olsa da, bir qədər təkmilləşib ( inkişaf var).

qaqaşa halaldır,qız tutub!Müraciət formaları da dəyişib, eramızdan əvvəldən tutmuş 2000 – ci ilə kimi az, sudan gələn sürməli qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım, canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını saxlayıb), amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir, yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir, gənclər arasında belə deyim də var: “duxun var məhlədə qıza yaxınlaş”. Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən tuturlar, məqsəd eyni şeydir.

Təkam ül bu gün də gedir. Baksell keçən il sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam etdilər, metroya girənə də çıxana da verirdilər. Azərsell də analoji addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Baksell, Azərsellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir.

Bu gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq, internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən, marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı, nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər. Bu gün hər qız tutan əlində bir avtomat tutsaydı, başqa xalqların yanında başı aşağı olmazdıq.

Davamı (qız tutmaq 2)

8 şərh

papatürk
Tülkülər,ceyranlar,aslanların hərəsinə aid şəkil verilsəydi daha yaxşı olardı. Bəzi məqamlarla heç razılaşmıram.
ramzes
Razılaşmadığınız məqamları qeyd etməyi unutmayın, mən axı ürəkləri oxuya bilmirəm, ekstrasens deyiləm.
Dior
Quzular qaldı ))))
kerimovv
Salam men burda birinci gundu oluram ela maraqli saytdiir  mahirin ay brat mahnisi neyiydii bu movzu neyiydi neyse her kese ugurlar
Westsider
qızla oğlan olan şəkildə bir yerdə "ıq" hərfləri çatışmır))))
2ral
Çox maraqlı yazıdır. Keçmişlə müasir dövr müqayisə olunur. bir tərəfdən baxanda heç nə dəyişməyib: elə əvvəlki arzular,əvvəlki istəklər.Mağarada da,indi də əks cins yanında uğur qazanmaq əsas məqsəddir.Amma bir tərəfdən də təkamül gedir. Yeni metodlar,yeni yollar tapılır.
P.S. NHN bloqunda olanların sayı WAP-tanışlıq saytlarından dəfələrlə azdır.Gülümsəyir
Samir012
«Məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Baksell, Azərsellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir » məqalənin ən acınacaqlı hissəsidir, təəssüf ki, deyilənlərin çoxu goğrudur. Ramzes sonuncu hissəni gözəl bitirib.