Zirəddin

Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir. Sözsüz ki, bu postda da yazılan şərhlərdə belə faktlar bir daha sübut olunacaq. Zirəddin möcüzə göstərməklə də adamları bihuş edə bilir. Belə ki, o, səs də çıxarır. Bu məsələ cəmiyyət arasında ən müzakirəli məsələlərdəndir, bəziləri bu səsin onun barmağından çıxdığını iddia edir və inanırlar ki, bu, o dünyadan gələn səsdir (dəhşətə bax e). Zirəddin marketinq elmini dərindən bilir və reklamın bu sahədə ən optimal variant olduğunu anlayır. Elə buna görə də, onun zaur bəxşəliyev, dilarə bajı ... və s. kimi öz verilişinin baxılma sayına görə lider olan aparıcıyabənzər dostları var. Yağ kimi verilişində dəfələrlə iştirak edir, və onun bahalı üzükləri müzakirə olunur.


Zirəddin RzayevZirəddin bir bəyanatı ilə böyük bir kütləni ayağa qaldırmağa və ya depressiyaya qapatmağa malik olan birisidir. Onun bəyanatları adətən ikibaşlı olur, “tutar tutar, tutmaz tutmaz” cümləsini özünə şüar edib. O adətən canlı efirdə proqnoz vermir. Dünyaya müsəlman gəldiyini iddia edir(çoxları buna inanır, amma bilmirəm necə? Yəqin əyani şəkildə tanış olublar, başqa versiyalar da ola bilər(yuxuda görmək, hiss etmək, və s.)). Falçı olmadığını deyir, exstrasens olduğunu qeyd edir, idealı Nostradamus və Vanqadır. Efirdə onun dediyi, amma yalan çıxan katrenlərini göstərmirlər (məsələn: “donuz qripi Azərbaycana gəlməyəcək”), evrovision haqqında dedikləri yarışma bitəndən sonra azarkeş ordusuna nümayiş etdirilir, sadəlöhvlər də deyir “allah amandır, möcüzəyə bax e”, təbii ki, yarışma bitəndən sonra. Zirəddin latın və kiril əlifbalarına alternativ əlifba da kəşf edib, o dünyadan gələnlərin bu əlifbanı ona öyrətdiklərini qeyd edir, əlifbanın gələcəyinə inanır. Əlifba kəşf etmək çətin məsələ deyil, müxtəlif formalara müxtəlif səsləri verməklə bunu istənilən Zirəddin edə bilər.


Bunlar öz yerində, amma mən bu xülyalara inanıb burdan Moskvaya Zirəddinə pul verməyə gedən sadəlöhvləri başa düşə bilmirəm. Zirəddin Rusiyaya xeyir verən bir şəxs kimi artıq orda da məşhurdur, ora kütləvi valyuta axınına səbəb olur. Hindistana getmək onun arzusudur, ordan inək buynuzu, paslı açarlar və s. kimi kimdəsə müqəddəslik hissi yaradacaq əşyalar gətirəcək. Burda onun son dərəcə güclü rəqibləri də var, onları vurmaq üçün tez-tez paytaxta gəlir və danışıqlar aparır. Buralarda Zirəddinlə fəxr edib, qürur duyanlar bəs qədərdir, Zirəddin öz bölgəsinin ən sevimlisidir. Onu da qeyd edim ki, Zirəddinə inananlar keçmişdə Şeyx Nəsrullahlara qızlarını ərə verirlərmiş və ümid edirlərmiş ki, ölmüş yaxınları diriləcək(bu dəhşətə film də çəkilib). Zirəddinin Botsvana, Zimbabve, Ruanda, Uqanda, Mozambik ... fenomenlərindən bəzi fərqləri də var, o, bir qədər müasirdir, Afrikadakılar sifətlərinə kömür, boya vurur, ruhlarla əlaqəyə girirlər. Zirəddinsə bir qədər müasirdir, bahalı üzükləri, boyunbağısı var, üstünü başını təmiz saxlayır. Afrikada hər qəbilənin öz fenomeni olur, Zirəddin belə şeyləri sevmir və dominant fenomen olmağı sevir.

 

45 şərh

2ral
Mənim Zirəddin Rzayev yox,ona şeir həsr eləmiş Əhməd Şahidov adlı birisi əsəbiləşdirir:

Bir gündə tanındı bütün dünyaya,
Zəkasıyla milyonları fəth etdi.
Onu seyr etdikcə yaşayır ürək
Gəlin, Zirəddinin qədrini bilək!


*****


Onun uşaqlığı çox ağır keçib,
Bir tikə çörəyə həsrət qalmışdı.
Lakin vücudunda yaşayır mələk,
Gəlin, Zirəddinin qədrini bilək!


*****


Ölkəsini uzaqlarda tanıdır,
Vətəninin şərəfi, ad-sanıdır.
Bunun üçün çox sərf edibdir əmək,
Gəlin, Zirəddinin qədrini bilək!

bankir

Zəlimxan Yaqub ənənələri yaşayır.

7566676
geL Zireddine 100 defe inanmagdansa ALLAHA 1 defe inan..!!
Dior
Dünən çal-çağır verilişində onu elə də təqdim etdilər ki.Dəhşətdire Vallah,yəni onlar bunu başa düşmürlərki,gələcəyi,qeybi Allahdan başqa heç kim bilə bilməz.O Zirəddinə də şeytanlar əyan olur.İçində mələk zad yaşamır.
Nailə_Rzayeva
Düzü mən o sadalanan verilişlərə baxmıram, çünki sosial həyatımız o qədər streslidir ki, belə verilişlərlə də  əsəb sistemi daha da ağır yükləmək istəmirəm. Çünki özümdən asılı olmadan hirslənəcəyimi bilirəm. Sadəcə gülünc vəziyyətdəyik. Təbliğ edəcəyimiz o qədər şeylər var ki, bizim televiziyalar isə görün nələrin təbliğatı ilə məşğuldurlar.
Zərrə
Təklif,tələbin qarşılığıdır, Nailə xanım. Elmi, məntiqi, mədəni, mənəvi, maddi və bir çox dəyərlərimiz lazimi səviyyədə olmadıqca Zinəddinlərə tələb  olacaq. Təklif də olacaq, əlbəttə ki.
tenqo
Şərhiniz fikirlərimin güzgüsüdür Nailə xanım
tenqo

Dini cəhətdən bu fikri qəbul edirəm ki, falçılar və s. yalnız keçmişi və cari vəziyyəti görə bilər. O da ki, cinlərin onların qulaqlarına pıçıldadıqları sayəsində. Amma gələcəyəi Allahdan başqa heç kəs bilmir. Falçıkimilər fəsiləsindən olanlar isə ancaq cari vəziyyəti müəyyən səviyyədə qiymətləndirib təxmini proqnoz verə bilərlər. Deyildiyi kimi: «Tutar tutar, tutmaz tutmaz».


Elmi cəhətdən isə heç cür əsaslandıra bilmədiyim üçün fikrimə əks olan hər hansı fikirə münasibət bildirmərəm

papatürk
Zirəddin Rzayevin sayəsində Rusiyada Azərbaycanda çox tanıdılar.Ona görə gəlin çox tənqid etməyək. O,həmişə azərbaycanlı olmağı ilə fəxr edib.Buna görə də o alqışlanmağa dəyər.
eysar

Mən başa düşmürəm siz bu Zirəddindən nə istəyirsiz.Kimin ayranına turş deyib o.Bircə amalı olub oda millətini təbliğ etmək.Papatürkün dedikləri ilə tamamilə razıyam.Siz Zirəddinin yanına gedənləri sadəlövh adlandırırsız.Bəlkə sadəlövh siz özünüzsüz  ki, bir kanalın fikirləri ilə oturub durursunuz.Kanal tərifləyir deməli yaxşıdır, kanal pisləyir deməli pisdir.Hər kəsin öz fikri olmalıdır,o fikrə də sadiq olmalıdır.Yaxşı ki,Quranın bir müddüasını əzbərləmisiniz,qeybdən xəbər vermək yalnız allahındır.Nə olsun quranda belə yazılıb,quran elm mənbəyi deyil axı.Onun kifayət qədər özünün də ziddiyyətləri var axı.Gələcəkdən xəbər verməyin mümkün olduğu təcrübü yollarla sübut olunub,siz bu sübutlara qarşı yenə də quranın mücərrəd normasını əks arqument kimi gətirirsiz.Nə qdər biz bir-birimizin ətini yeyəcəyik.Fransizların qotur bir dənə nostradamusu olub,az qala bütün dünyaya car çəkirlər ki, gör bizim necə də böyük dahilərimiz olub.Tutar qatıq tutmaz ayran ona aiddir,onun axmaq katrenalarına.Bir şey haqqında fikir söyləməkdən qabaq həmin sahə haqqında məlumatlı olmaq lazımdır.Bir şeyi inkar etməklə onun olmadığını sübuta yetirmək olmaz.Qərb ölkərində bu sahədə kifayət qədər araşdırılmalar aparılıb.İnsanın fövqəlgücə malik olamsı sübut olunub.
P.S.Nəyə görə Zirəddin deyəndə qeyd etdiyimiz islam,eyrovijnda soyunan qızlarımıza baxanda yadımıza düşmür.

bankir
Nostradamus qotur olmub,nə deyibsə düz çıxıb.Vəkillik etdiyin Zirəddinin ona çatması üçün əsrlər var:-)
mr13

Nə olsun quranda belə yazılıb,quran elm mənbəyi deyil axı.Onun kifayət qədər özünün də ziddiyyətləri var axı.Gələcəkdən xəbər verməyin mümkün olduğu təcrübü yollarla sübut olunub,siz bu sübutlara qarşı yenə də quranın mücərrəd normasını əks arqument kimi gətirirsiz.


Mənə dediyiniz hər kəlməyə tutarlı dəlil gətirin və mən hətta sizə də inanım və sitayiş edim.

eysar
Mənə inanıb sitayiş etməyinizə ehtiyyac yoxdur.Təəssüflər olsun ki, mən quranı tam şəkildə oxumamışam,sadəcə Karvan jurnalında gedən bəzi sürələrə nəzər yetirmişəm.
1.Quranda hər şeyin Allah tərəfindən yaradıldığını,ona şərik qoşamanın günah olduğu göstərilir.Lakin quranın bəzi ayələrində O əvəzinə Biz əvəzliyi istifadə edilir.Nəyə görə?
2.Quran iddia edir ki, yalnız allaha sitayiş olunmalı və ona and içilməlidir.Oda, Suya, dağa ,daşa and içilməsi kafirlik kimi qəbul olunur.Bəs biz Quranda biz nəyin şahidi oluruq:And olsun yaratdığımız dağlara, sulara və s.
Hələ mənim ötəri zidiyyətləri ortaya çıxarır,diqqətlə araşdırılsa gör nələr çıxardıla bilər.
mr13

gətirdiyiniz iddialar çox zəif dəlillərdir.


1. əgər mən sizə sən yox siz deyirəmsə deməli siz neçə nəfərsiniz?


2. Əslində İslamda çox and içmək yaxşı sayılmır və and içib yerinə yetirmədikdə isə kəffarəsini verməlisən (ya sədəqə, ya acı doyurmaq və ya oruc tutmaqla.) O ki, qaldı Allahın (c.c.) and içməsinə:


Allahın məxluqata and içməsi
Allahu Təalə mübarək kitabında bir çox yerdə məxluqata and içmişdir. Məxluqata and içmək məkruh, haram və ya şirk olduğu halda Allahu Təalənin məxluqata and içməsini necə anlamalıyıq? İmam Əbu Abdilləh Muhamməd bin Əli bin Ömər əl-Maziri — rahiməhullah — bu barədə deyir:

“Allahu Təalə demişdir: “Əncirə və zeytuna and olsun!” Bunun mənasının “Əncirin və zeytunun Rəbbinə and olsun” olduğu söylənmişdir. Ya da bununla qəsd olunan bu iki meyvədəki möhtəşəmliyə və onlarla Allahın insanlara etdiyi yaxşılığa diqqət çəkilmişdir və bununla and içmək qəsd olunmur. Əgər heç bir həzf və idmar olmadan and içmənin qəsd olunduğunu qəbul etsək belə Allahın – Subhənəhu – bu iki meyvəyə and içib bizə onlara and içməyi qadağan etməsi də uzaq bir ehtimal deyildir. Qüdrəti böyük olan Yaradanın əşyaları təzim etməsi bizim həmin əşyaları təzim etməyimiz kimi deyildir, çünki bütün haqlar Onun – Subhənəhu – haqqına münasibətdə dəyərsizdir və hər əzəmətli bir şey Allahu Təaləyə münasibətdə əhəmiyyətsizdir, çünki heç kəsin Allah üzərində haqqı yoxdur, lakin Onun hər bir şey üzərində haqqı vardır. Onun bəzi şeyləri təzim etməsi bizi onların qiyməti və dəyərindən xəbərdar etmək üçündür və yaxud da onları təzim etməklə Allaha ibadət etməyimiz üçündür və Allahın onlara and içməsi bizim onlara and içməyimiz ilə müqayisə olunmaz.”  http://favaid.com/meqaleler/39-eriet/165-allahdan-qeyrisin-and-icmk.html

mr13

Əgər gələcəyi və qeybi demək elmi cəhətdən sübut olunubsa onda bütün bu seymoloji, meteroloji və s. proqnozlar (Dəqiq məlumatlar yox ha «proqnozlar») niyə görə hələ də mövcuddur?

eysar
Buna heç elmi cəhətdən sübuta ehtiyyacı yoxdur,faktalar sübut edir.İkincisi bu imkan şəklində mövcuddur,deməyin mümkün olduğu göstərilib.Lakin bu görüntülər mücərrəd şəkildə olduğu üçün dəqiq vaxt söyləmək mümkün deyil.O ki qaldl elm məsələsin Eynşteyn nisbilik nəzəriyyəsi zamanda səyahəti mümkün sayır
Elsamir

qeybdən xəbər tutmaq mümkündür


necə? -bu ancaq cinlər vasitəsilə olur. Bu dünyada insanlarla bərabər cinlərdə var. cinlər Allahdan,ibadətdən,imandan uzaq olan insanlara yaxınlaşa bilirlər və qeybdən xəbər verirlər. Çünki cinlərə görə zaman anlayışı fərqlidir və onlarbunu bilirlər. Ama imanda,ibadətdə olan insana cin yaxınlaşa bilməz.


necə olur olsun istər cin vasitəsilə, istərsə yalandan qeybdən xəbər vermək və ya bu xəbəri gözləyib ona qulaq asmaq böyük günahdır.

ramzes

Hər birinizin fikrinə mümkün qədər hörmətlə yanaşıram, amma 4-cü cümlədə dediklərim düz çıxdı, baxmayaraq ki Zirəddin deyiləm, Eysar sən heç nə danışdığını bilirsən? Nostradamus qotur olsaydı öləcəyi ili, sovet hökumətinin neçə il və neçə gün yaşayacağını, Hitler kimi bir şəxsin adını, hətta öz qəbirinin neçənci ildə açılacağını (buna görə boynuna qəbirin açılacağı il yazılmış dəmir halqa taxdırmışdı, qəbir həmin il açılmışdı və halqa da boynundaydı). Amerikada Nostradamusu araşdırmalar mərkəzi də yaratmazdılar, əgər o qotur olsaydı. İstəsəz burdan ətraflı oxuya da bilərsiz.

eysar
Mən Nostradamus barəsində heç də boş yerə qotur(baxmayaraq ki,hər hansı bir şəxsi təhqir etmək mənim təbiətimə yaddır)sözünü işlətməmişəm .Əsas məqsəd oxuyucuların diqqətini yönəltmək idi,gizli məqsədimə çatmaq üçün.Mən nostradamusun qabiliyyətinə şübhə etmirəm,lakin onu bu qabiliyyəti Zirəədindən nəinki çoxdur, əksinə daha azdır.Əsas məsələ bizim özümüzünkülərə olan bu patoloji nifrəti göstərmək idi.Budur reklamın,marketinqin gücü.Verilən şərhlər də bunu sübut edir.Məqalədə azərbaycanlı təhqir olunur.Heç bir şəxs səsin çıxartmır,onu cadugərlikdə, falçılıqda ittiham edir.Amma mən Nostradamus haqqında bir söz deyən kimi az qala kayzençilərin hamısı onun müdafiəainə qalxır,baxmayaraq o da falçıdır.Nostradamus haqqında mən də bir sıra filmlərə baxmışam.Hətta orada deyilir ki,falçılığa başlamazdan əvvəl misirə səyahət etmiş,orada olan papiriusları öyrəndikdən sonra məhv etmişdir.
Qeybdən gələn məsələri niyə nostradamusa aid etmirsiz,əgər onun haqqında deyilənlər doğrudursa bu qeyb məsələsinin üstündən birdəfəlik xətt çəkir.
P.S.Sən Nostradamusa inanırsansa doğrudan da 4-cü cümlədə dediklərin düz çıxdı :))
Elvin85
Nostradamusun özü ilə işim yox, amma tarixən mövcud olan Nostradamusçular çox fırıldaq adamlardır, hadisələr baş verəndən sonra məharətlə PR aparırlar ki, bunu Nostradamus demişdi. Gələcəyə aid nəyisə desin, oturaq gözləyək, düz çıxsa o başqa məsələ, qaldı Zirəddinə, şəxsi fikrim budur ki, o sadəcə olaraq fırıldaqçıdır, mütəxəssislərlə debatdan qaçması, özünü ancaq dilarənin, aygünün verilişində göstərməsi də buna sübutdur. rusiyadakı çıxış isə çox güman ki həmin televiziyanın reytinq naminə uydurduğu fırıldaq idi. Əgər zirəddin gerçəkdən istedad sahibidirsə, zəbanilərlə oturub durursa :), onda buyursun isbat etsin mütəxəssislər qarşısında.(mütəxəssis deyəndə psixoloq,psixiatr, parapsixoloq, həkim və.s. nəzərdə tuturam.)
Magicboy
Gələcəyə aid yalnız təbii fəlakətlər, fövqəl-təbii hadisələr haqda proqnoz vermək olar. O proqnozların da heç biri düz çıxmayacaq. Düz çıxsa, həmin adam uzaqgörən sayıla bilər. Yoxsa adi insanların həyatına dair heç bir proqnoz vermək mümkün deyil. Gözləntilər nəzəriyyəsi (expectation theory) deyə bir şey var. Yəni bu gün hətta riyazi əsaslar üzərində qurulmuş bir model sabaha dair doğru proqnoz verirsə, bu yenə də düz çıxmayacaq. Çünki insanlar bu gündən özlərini həmin proqnoza uyğun olaraq hazırlayır. Eləcə də, əgər Zirəddin Turala desə ki, sabah səni çöldə maşın vuracaq, Tural həmin gün evdən bayıra çıxmamaqla bu proqnozu alt-üst edəcək. Bəlkə də Nastradamusun bu proqnozlarını ona görə sirr saxlayırlar. Bilmək olmaz :). Mən bir şeyi başa düşmədim. Zirəddin niyə görə həmin mütəxəssislərlə görüşməlidir. Məgər onlar Zirəddinin doğru və ya yalan dediyini analiz edə bilərlər ki?! Hamsı dəlilik diaqnozu qoyacaqlar. elə ona görə də Zirəddin ağıllı iş görüb onlardan qaçır:))))
Dior
Zirəddin Azərbaycanı nə ilə tanıdıb? Falçılığı ilə?
Bizə elmin təbliği lazımdı.Cin şeytanın dediyi bir iki kəlmə oğrun sözlərin yox.
Immortal
Zirəddinin Dünya Çempionatına aid öncəgörmələrinə inanmayan futbol fanatları arasında belə deyim var: «Min Zirəddinin olunca bir Zinəddinin olsun» :) Düz sözə nə deyəsən???  :) ))
bankir
Zirəddin hansı proqnozlar verib? bu barədə ətraflı məlumat verin.
Magicboy
Nastradamus həm də həkim olub. Onun dövründə yayılan taun xəstəliyinin müalicəsi üçün dərman icad edib. Öz ailəsin atıb bu yolda. Dərman əlində geri dönəndə ailəsi taundan ölmüşdü artıq. Biz Darvin haqda da belə fikirlər yürüdürük. Bunların çoxu da savadsız və düşüncəsi dar olan insanlardan gəlir. Darvin elm yolunda öz evin satıb. Onun ixtiralarından bu günəkimi istifadə olunur. Hər il İngiltərədə Darvin həftəsi keçirilir. Zirəddin də belə baxanda pis adama oxşamır. «Min Zirəddinin olunca bir Zinəddinin olsun» ifadəsin də ən avam futbol azerkeşi deyə bilər. Çünki Yer üzünə Zidan qədər şişirdilmiş, onun qədər çolaq oyunçu gəlməyib. Yaxşı ki Goal.com saytında məqaləni oxudum və mənim kimi düşünənlərin çox olduğunu gördüm. Xahiş edirəm, kimin futboldan başı çıxmır, danışmasın. Əlinizdə əsas və ya sübut olmadan danışmayın. Bir Zirəddin milyon Zidana bərabərdir. Ondan yaxşı məşqçi olar :)))
http://www.goal.com/en/news/1863/world-cup-2010/2010/06/07/1962729/world-cup-debate-were-zinedine-zidane-roberto-baggio-world
Elvin85
Söhbət biologiyadan getsə də, astronomiyadan getsə də fərq etməz, sən söhbəti fırlayıb nə vaxtsa Realda oynamış oyunçulara ilişməlisən. :) Ve Zidan haqda dediyinə nəinki özündən başqa heç kəs, hətta özün də inanmırsan. :) Zidan-ın 90 dəqiqə oynadığı oyunlara mən baxmışam, onun 90 dəqiqədə nələr etdiyini görməmək özü cahillikdir.:) Hətta ən sönük oynadığı oyunlarda belə əla oyun sərgiləyib.
Magicboy
Qoymazsan ki, təbliğatımızı aparaq, azərkeşləri haqq yoluna çəkib beyinlərinin pas atmış səthlərini cilalayaq… Əvvəl-axır haqq ədalət öz yolunu tapacaq və Zidan, Di Stefano, Maradona kimi şişirdilmiş futbolçular tarixin saralmış səhifələrində özlərini yanaşı görəcəklər… Mən onların pis futbolçu olduğunu demirəm, sadəcə bu qədər tərifə layiq deyillər…
tenqo
Nostradamusun həkimlik qabiliyyətindən və tibb elmi üçün xidmətlərindən, Darvinin elm uğrunda nələr qurban verməyindən getmir burada söhbət. Mövzu ilə bağlı Nostradamusun gələcəyi görmə qabiliyyəti  müzakirə olundu burada sadəcə. Ola bilər kimsə onu həkim kimi bəyənsin, amma «falçı» kimi yox. Fikirləri söyləyəndə əlaqəli məqamlara toxunun xahiş edirəm
Fortuna
Belə mənasız məsələləri kütləviləşdirib insanları yalançı falçıların ayağına salmaq düzgün deyil. Düzdü bəzi insanların xüsusi qabiliyyət var. Ancaq bunu papapsixologiya öyrənib elə məlumatlarıda belə qalmalıdı.

Kiminsə 10 dediyindən biri düz çıxırsa bununla məhşur olur və s.

Bir zamanlar səhv hava praqnozu verənləri öldürürdülər. Məncə özüm olmasada səhv praqnoza görə bunlara 100 şallaq vurmağa dəyər. Görək ağıllarına gələni deyəcəklər yoxsa falçılıqdan imtina edəcəklər. 1 dənə də falçı ağzını açıb praqnoz erməz.  

Qaldı ki bunların qabiliyyətlərinə insan beyninin cəmi 5% indən istifadə edir.Ola bilər onlar daha çox istifadə edə bilirlər. Çünki qeyriadi qabiliyyətlər telepatiya, telegineziya və s. mövcuddur. Ancaq bununla kütləni elmdən yayındıran və mənasız istiqamətə sürükləyən insanlara qarşı ciddi tədbirlər görülməlidi. Əgər həqiqətən belə unistutlarda qabiliyyəti təsdiqlənsə ona dövlət pul ayırsın. bu qədər. Yoxsa belə insanlara mənim bir az da hörmətim yoxdu. Azərbaycanlı olmasına isə daha çox təəssüf edirəm.

Belə mənasız verlişlər isə insanları mövhumata sürükləyir. Çünki həm bəlkə də az çox olan bəlkə də heç olmayan qabiliyyətləri şişirdilir ki əslində belə deyil. Bu insanlar isə verlişlərdə sadəcə özlərini göstərmək üçün 1000 yola əl atırlar. 
Bu sadəcə biabırçılıqdı.
mr13

Bu insanlar isə verlişlərdə sadəcə özlərini göstərmək üçün 1000 yola əl atırlar.


Sadəcə özlərin göstərmək üçün yox, pul qazanmaq üçün.

Xelil
Nostradamus kimi insanlar dunya tarixini yeniden yazmaq, dunya ictimaiyyetini bas veren her hansi qeyri adi hadiselere goz yumasi ucun yaradilib. men bunlarin dogruluguna inanmiram
mr13

İnanmayanlara və inamı olmayanlara heç bir sözüm yoxdur. Sözüm «Lə İləhə İlləllah» deyib özünü müsəlman sayanlaradır:


Bir səhih hədis:


“Kim bir arrafın (falçı, kahin) yanına gedib, onun söylədiklərini təsdiq edərsə, Muhamməd (s)-ə nazil ediləni inkar etmiş olur. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə qırx gün namazı qəbul edilməz.” (Təbərani)


Və birdə Qurani Kərimdən ayə:



“Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” [ən-Nisa 4:115]

Fortuna
Başqa Quran ayələridə var. Hansıki yadımda olmasada falşılığın şeytan əməli olduğu aşıq aşkar qeyd olunur.
Hə deyək ki Qurana inanmayanlar üçün bunlar yaxşı adamdı. Məntiqlə fikirləşək.
Praqnoza nə ehtiyac var ki? Olacaqsa olacaq da. Çox mənasız işdi. Bunları cəmiyyətə elə təqdim edirlər ki elə bir çox faydaları var.
Elsamir

axır ki bir düzəməlli nöqtə qoyan tapıldı

ramzes

4 və 5 -ci cümlələrdə deyilənlər öz təsdiqini tapdı. Zirəddinin verdiyi proqnozlardan biri " zaur mən aygün və namiqi yaxın 3 ildə xoşbəxt görürəm" belə proqnoz verən birisini nostradamusla eyniləşdirmək biabırçılıqdır. Kim bilir hər belə proqnoza görə aygündən nə qədər alır. Eysar burda heç kim təhqir olunmur (yazmısan ki, azərbaycanlı təhqir olunur, mənim üçün kimin hansı millətdən olması önəmli deyil), hansı cümlədə təhqir varsa qeyd et, tənqid olub, amma təhqir yox.

Immortal
Bankir, açığı mənim Zirəddinin DÇ ilə bağlı proqnozları barədə dəqiq məlumatım yoxdu, sadəcə bu deyimi eşitmişəm. )) Hər halda mən belə şeylərə inanmiram. Axı gələcəkdə nələrin olacağını Allah`dan başqa kim bilə və ya deyə bilər? Bunun özü elə Allaha şəkk eləməkdir.
girl_moon
Hər kəsin öz fikri var, amma heç vaxt inanmamışam belə insanlara.
bloqçu
inanmayacağam da!
ayxansevda
burada kim zinətdindi zirəddindi hər nədi məni maraqlandırmır, onu müdafiyə edirsə, şeytana vəkillik edir, kim Qurana əsaslanıb, onu və falı inkar edirsə Allah tərəfdədir. Kİm quranı ziddiyətli və s bu kimi olduğunu düşünürsə Allah ona hidayət etsin. bir az maariflənin, sonra danışın. Quran hər dövr üçün müasir, hər ayəsində də elm var.
Ona görə Yaponiya o günə düşdü. Allahsız olmayın, onun kəlamına hörmətlə yanaşın, mən hələ demirəm ki, riayət edin, hərə özünə və öz əməllərinə cavabdehdir.
2ral
Yaponiyanın bura nə dəxli var? Dindarlığın yaponlara nə aidiyyatı var? Eləyə qalsa o zəlzələdən dindar müsəlmanlar yaşayan Pakistanda,İndoneziyada da olub.
Yaponlar haqqında bir də heç kim artıq-əskik danışmasın. Ən azından saytın adı Kayzen olduğuna görəGöz vurur
ayxansevda

guya müsəlman olmaq mələk olmaqdı bəyəm? iranda içki də içirlər, haram işlərlə məşğul olurlar. burada hicab taxırlar, orada elə necə istəyir. burdan alnın möhürə qoyur, orda içki içir. soruşursan bu nə əqidədir? ya o yannıq ol, ya bu yannıq, deyir əməlim başqa, savabım başqa. nə ad vermək olar buna?!

ATTILA

Muselman?? — hansi o olkemizde bezi et token dindarlar var eey. gic-gic qaydalar da cixariblar guya quranda yazilib bu qaydalar(ama quranda bele sey yoxdu)… zombi kimi insanlardilat — muselman bunlari deyirsiz???   qiyebet gunahdi deyib qiybat edenlerdiler onlar.arvadagiz kisileer. dilleri saqqallarindan uzunlar. oturullar birlikde cerenleyirler-  «filankes namaz qilir basini baglamir, niye bele edir gunaha edir.  filankes sunnidi vahabidi siyedi ve sair. filankes nazaz qilir ama restoranda ofisantliq edir sufreye araq aparir gunah edir   ve sair......»


e adama deyeller sene ne.harda yazilir e namz qilan basini baglayir.lap yazilsin men istemirem sen kimsen menim haqqda danisirsan. bu qiybetdi. sonra filnkes niye ofisant islemesin eger o icen deyilse lap istese gedib araq sexinde de isleyer.


bax du  ve bu kimi ucuz qadaga;ar var.


basq olkeni bilmirem ama azerbaycanda namaz qilib dindarliq edenlerin hamisi mutrufdu yalniz ozunu dusunur.


o Allahin birliye and olsun Azerbaycanda dindarlarin hamisi qorxudan namaz qilir. cehennem,e getmemek ucun namaz qilir. cennnete getmek ucun namaz qilir. bu ise o denmekdir ki bunlar ozlerini dusunur mutrufdu. insan ibadeti ozune gore yox Allaha gore etmelidi. bu borcumuzdu. Allah qorxusu yox Allah sevgisi var. ama genc dindarlarimizi hansisa essek cehennem qorxusu ile qorxudub ibadete celb edir. yene deyirem men tanidiqlarim hamisi cehennenmden qorxdugu ucun namaz qilir ki cehenneme getmesin.Allah haqqi bu beledi!


ama qoru uste qurulan butun isler birgun mutleq dagilacaq. bu adam hecne ucun namaz tesevvur edirsiz?  yalandan dilde deyir Allaha gore qiliram ama heqiqet nedi «ozune gore qilamaq, cennete getmek ucun qilamq».


ey insan Allahdan qorxmaq yox onu sevmek lazimdi.ibadeti ise aAllahi agli ile derk eden qilir.O Allahin ucaligini aliliyini derk edir ve ozunden asli olmayaraq dizleri bu ucaliq qarsisinda bukulur yeni secdeye gedir ibadet edir.  ama dindarlarimizin coxu bunu derk etmir. ele bilirler namzi eskildseler cehenemde yanacaqlar. ama menim inancima gore- az ibadet et ama urekden ibadet et Allahi duy derk ele. odur seni yaradan senin secdegahin.


 


Azerbaycanda ibadet debdi..!!!!

Gülnar
Razıyam..Axırıncı abzas ilə lap razıyam..Axırıncı cümlə ilə lap çox razıyam)
elshad
atilla qiybəti pisləyirsən amma namaz qilanlarin qiybətin edirsən ibadət etmək vacib ...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!El Mumin 60. 0

mövzuya şərh isə Hz. Süleymanın Vəfatı

Beləcə onun (Süleymanın) ölümünə qərar verdiyimiz zaman, ölümünü, onlara, əsasını yeməkdə olan bir ağac qurdundan başqası xəbər vermədi. Artıq o, yerə yıxılıb-düşüncə, açıqca ortaya çıxdı ki, əgər cinlər qeybi bilmiş olsadılar beləsinə alçaldılıcı bir əzab içində qalıb-yaşamazdılar.

(Səba Surəsi, 14)

Bir çox peyğəmbərin ölümü haqqında Quranda çox məlumat verilməzkən, Hz. Süleymanın ölümü haqqında çox əhəmiyyətli bəzi detallar bildirilməkdədir. Ayələrdən aydın olduğuna görə, Hz. Süleyman öldüyü əsnada ətrafında cinlər olmaqda idi və ehtimalla bu cinlər özlərinə Hz. Süleyman tərəfindən verilən vəzifələri tamamlamaq üçün çalışırdılar. Ancaq cinlər, onun ölümünü fərq etmədikləri üçün işə davam etdilər. Bu ayədə, cinlərin qeybi bilmədiklərinə diqqət çəkilməkdədir. Əgər qeybi bilsədilər, heç şübhəsiz Hz. Süleymanın ölümünü də dərhal fərq edə biləcəkdilər. Çünki ayədə «alçaldılıcı bir əzab» sözüylə vurğulandığına görə cinlər son dərəcə ağır və yorucu bir iş etməkdə idilər.



Bu işi etmələrinin ən əhəmiyyətli səbəbi isə Hz. Süleymandan qorxmaları idi. Əgər qeybi bilib, Hz. Süleymanın öldüyünü fərq etsələr, işlərinə davam etməyib, buraxa bilərdilər. Ancaq onlar əsa qırılıb, Hz. Süleyman yerə düşüncəyə qədər, onun ölümünü fərq etmədilər.

ATTILA

Elsad men qiybet etmirem. sen sehv anladin. yeqin yazdiqlarimi anlamadin. men deyirem ki insan ibadet etmelidi borcumuzdu.ferqi yoxdu xristiansan ya muselman.hami ibadet etmeli. Allah tekdir!  ibadet etmek ALLAH ucundur.  duzgun ibadet etmek ise urekde ruhdan gelmelidi. cunki ruh Allahin bir hissesidi. biz hamimiz Allahin bir hissesiyik. biz bu dunyada qabimizda yeni cismizmizde(bedenizimizde) movcuduq ve ferqliyik. Allah qatinda hami beraberdi. sen ne deyirsen de men basibos ibadeti redd edirem.qorxu ile edilen ibadeti redd edirem!


insan ALLAHI sevmelidi.Allahi seven onu agli ile derk eden onun varligini ozunde duyan insan, neticede Allahin yartdiqlarina insana ve diger xelq olunmuslara hec bir zaman zerer vermez. ALLAHI sevenin yalniz bir qorxusu olar o da Allahin sevgisini nezerini itirmek.   bir daha deyirem qorxu uste qurulan ibadet hecdir!  ve bir gun mutleq qorxu uste ibadet edenler bezecek. tarix boyu mollalar bu milleti qorxu altinda talan edib. yasadigim rayonda 100lerle adam gostererem ki cehennem qorxusu ile qorxudub ibadete celb etdiler deb idi hami namaz qilirdi. 2 ilden sonra onlarin hamisi bezdi ve 1-1 ibadeti atib kohne peselerine qayitdilar. cunki bu agacin koku curuk idi. kokde ALLAH sevgisi yox idi.  mescidlerde Allahin varligindan cox Sunni shiye kimi sersem menmasiz sohbetelr mubahislere gedir. qoyunlar da gozunu doye doye qulaq asir. demiller ki a balam niye dinizmizi parcalayirsan. cunki qorxullar mola ele qorxudub ki sehvi duzu anlamirlar.  anlasalar da qorxuda demiller «sen sehv etdi ya dedin».


 


Amma sevgi ile ibadet eden hec bir zaman bezmez.eksine uca tanrini omrunun her aninada bir az da cox derk edib onu daha cox sevecek. bu dunyada en ulu hiss sevgidir! ALLAH sevgini yaradib ki evvel onu sevmeyi bacaraq sonra onun yaratdiqlarini..


insan eger Allahi qelben sevse o ALLAHIN varligini duyar ve onu gorer. menim niyyetim gozel gulleri bulaqlari hurileri- yeni cenneti gormek yox Allahi gormekdir.


 


Allah tek idi. yer uzunde heclik hokm sururdu. yeni hec bir xaliq yox idi yer uzunde. ve ALLAHIN 3 elameti var idi ki Allah isteyirdi ki bu 3 elameti goren duyan birileri olsun. ve Allah  OL dedi insani ve insanlar ucun bu dunyani nazu-nemati yaratdi. Allahin bu 3 alameti bunlar idi:


movcudluq,  gozellik,   yaxsiliq.


ve ALLAH insani yaradarken bu uc elmetinsana da verdi. yeni insan da ALLAH qeder pak idi. sonra ALLAH insana bunlarin eksini de verdi.  yeni:


Heclik(mocudlugun eksi),  Cirkinlik(gozelliyin eksi),   Pislik(yaxsiligin eksi).


Bu elave 3 elamet kecicidi. Allah buyurub ki insan eger bu 3 eks elameti ozunden uzaqwlasdirsa Allah qeder pak olar.


 


Ama menim bu sozlerimi anlamayanm bezi dindarlar deycek ki.- bunu yazan kafirdi, Adam da ALLAH qeder pak olar, bele sey olmaz  filan filan..?


 


niye olmur bizi Allah yartdi onun yaratdigi hers seyde Allah var onun pakligi var. bunlari derk eden ozunu  pakligini hetta melekden de ustun oldugunu derk eden insan hec bir zaman pislik cirkinlik etmez!


 


men qiybet etmirem. heqiqeti deyib insani YUALNIZ ALLAHI sevmeye yoneldirem. sehve ediller kli sehv edirsiz deyirem.


tebi ki bezi molla ve bu tip insanlari qiciqlandiraacq. axi insanlar yalniz Allahi sevse mollalarin sersem iddialarini dinlemese mollaralara yasin pulu catmaz axi. pul duyamali herisleridi bunlar. bu dunyada yetmir hele ustelik cennetde de arzulayirlar.


Cennet Allahin uzudur onu gormekdir ona yetmekdir.