Milli Azərbaycan toyu necə olur?

Marşrut nə qədər yazmalı mövzu olsa da, finişdə toy onu arxada qoyur.
  • Toyda tərəkəmə var, yanıq kərəm var, əli hasalı başı heçnədən çıxmayan ağsaqqallar var, şillağlayıb oynayanlar var, əhd edib düşük düşük ayağıyalın oynayanlar var. Fit çalıb məclisi şurlu keçirənlər var,
  • milli mətbəxin gözü olan bozbaş var,
  • 50 qram içki içib anqıranlar, bağıranlar, ağnayanlar,
  • ağacdan sallaşanlar var,
  • mollanın xeyir duası ilə kəbinin kəsilməsi var,
  • camaata özünü bomba oğlan kimi göstərmək üçün manısa şabaş verənlər var,
  • qız seçimi etməyə gələnlər var,
  • əl dəsmalı(salfetka) üstündə var-yox söyüşü söyənlər var,
  • bozbaşdan sonra sintizatorun müşaiyəti ilə kartoşkanın nəlbəkilərlə paylanması var,
  • bəygörmə mərasimi var,
  • bəylə gəlinin üzündən ardı arası kəsilmədən öpən arvadlar var,
  • bəyin gəlinə baxıb gülümsünməsi var,
  • sağdış, soldış və digərləri var,
  • xonçalarla şirniyyat var,
  • ağsaqqalların və qonşuların ünvanına sağlıq dastanlarının deyilməsi var,
  • tamadanın(tamatanın) çaypulu tutması var,
  • bəyin oynayanda camaatdan pul yığması var,
  • gəlinin özünü çəkib utanmadan,
  • qızarmadan gəlin kreslosuna oturmaması var,
  • bəy atasının 100 dollara gəlini əyləşdirməsi var,
  • vəhşiləşmiş uşaqlar var,
  • uşaqlar arasında yerdən pul yığmaq üstündə gedən rəqabətli mübarizə var.
Müsbət sonsuzluğu kəşf etmək istəyənlər üçün toy bir növ mənbə, qaynaq rolunu oynaya bilər, amma dolmanı yaddan çıxarmaq olmaz.
Milli toyda şampan mərasimi:

 

Gəlingətirmə mərasimini yazmasaq bəyin kefinə dəyər. Hələ də dərvişlərin müşaiyəti ilə keçən toylar öz varlığını, suverenliyini qoruyub saxlamaqdadır. Gəlinin ardınca yaxınlarının yalandan ağlaması, kişilərinsə muğama qulaq asa-asa qəhərlənməsi dərviş adətinin hələ də ölmədiyini, bu qədim və unikal sənətin ürəklərdə yaşamasını göstərir. Əbəs yerə ATV-də folklorumuzun dərvişlərdən gəlməsi sübut olunmub. Bu isə o deməkdir ki, məclişdə meyxanaçıların cırışması, didişməsi var.

 

Toylarda düşən davaları yazmasaq Koroğluyla Nəbi küsər. Toyda iki kasa yağlı bozbaş yedikdən sonra həzm prosesinə ehtiyac yaranır, belə olduqda qədim güləş ənənələrinə müraciət olunur, qapışırlar, 3 dəfə arxaya şillağ atırlar, axırda söhbəti fırladırlar. Söhbəti xəncərlə həll edənlər və baş kəsənlər də olur. Yekə peysərli ərənlərimiz var, kim nə deyir, desin, gələcək bizimdir.

Milli Azərbaycan touyu çox vaxt belə olur:

 

Fikrimdən çıxmamış bir müasir cihaz haqqında da məlumat verim. Gənclər arasında qız tutmaq əməliyyatının mümkün qədər asanlaşdırılması üçün “lazer” adlandırılan şüa vurandan geniş istifadə olunur. Düzdür son dövrlər restoran toyları dəb düşüb, amma lap istəyir toy Kanar adalarında ola, xeyri yoxdur, orda bozbaş var, limon suyuyla, narşərabla şirənin qatışması var. Restoranlarda çaypulu(tələffüzdə çaypı) tutmaq üçün bütöv bir gün toy mərasiminin başlaması anını gözləyən ofsiantlar var. Ofisiantlar ağalara elə xidmət edirlər ki, az qalırlar ağaları yedirsinlər(feeding). Pivə bidonları 7 saat yedikdən sonra özlərinin dedikləri kimi paxmil və piyan olurlar. Özləri demişkən lomkada olurlar. Bütün bu dəhşətləri dünyaya yaymaq istəyən səyyahlar, banular əzmlə çalışırlar Nə isə belə gəlib belə də gedəcək, özünüzə yaxşı baxın,

“quruldu meydan, ay can ay can,hər tərəf hər yan ay can ay can” meyxanasına qulaq asın gələcəyə ümidlə baxın… Xoşbəxtlık, xəlq, Göyəzən dağı, Qoşqar,Kəpəz,Kür,Araz...

18 şərh

bloqçu

DAva-dalaş hər toyda olmur. Elə toy var ki, sakit keçir. Amma, məsələyə ümumi spektrdan baxsaq, burda sadalananların doğruluq payı var və əlavələr də etmək olar… Maraqlısı budur ki, əslində bunları deyirik, amma, fikir vermisinizsə nədənsə indiyənədək bunlardan danışanların da toyu belə keçib və keçməkdədir. Bəlkə də əksi var, kimsə bütün bunlara qarşı da çıxıb, istədiyi kimi də toy edib, amma, mən görməmişəm. Hamı narazılıq edir, lakin, narazılıq etsən də çoxluğun qarşısını alıb istədiyi kimi toy edənlər azdır; Necə deyərlər azlıq çoxluğa tabe olur.

nərgiz
Toylarımızda pis hallar çox olsa da maraqlı adətlərimiz də az deyil.Yəqin sizin gördüyünüz toylar yazınızdakı kimi olur.
ramzes
Maraqlı adətlərdən bərk yapış, Görünür baxıcılığın da var, şəxsən mənə maraqlıdır, siz mənim getdiyim toyları harda görmüsüz, niyə uydurursuz?
tenqo

Yəqin sözünü hansı mənada yazmağından asılıdır hər şey. Ola bilsin, ehtimal ki mənasında yazılıbsa, onda o fikrə nə söyləmək olar ki? Qətiyyətlə demir ki, belədi. Düşünür ola bilsin ki, ehtimal var ki, belə olsun. Yəqin etmək həm də qətiyyət mənasını verə bilər. Bu halda siz haqlısınız. Onu deyim ki, qətiyyət mənasında çox nadir halda işlədilir yəqin sözü. Hər halda sizin aşağıdakı şərhinizi oxuyub, qərara aldım ki, münasibət bildirim. Heç kəsin də tərəfini saxlamaq niyyətim yoxdu. Hamımıza mehribanlıq arzu edirəm :) Lyapoldun sözü yadıma düşdü lap :)

Dior
Çox vaxt arağı içib,böyükağanı çağıranlar da olur.
papatürk
Böyükağa kimdir?
Dior
Özüdəki bəziləri ölüre lap diskoteka mahnıları oynamaq üçün.
Dior
Böyükağanın tərifi:
Yəni o qədər içirlərki,axırda yediklərinin hamısını «böööldəyib» qaytarırlar,yəni qusurlar.)))
Burda həmin «böööldəmək» Böyükağa mənasında işlənir el içində.
Magicboy
Toya pul salmaq söhbətini, şabaş salmaq söhbəti kimi yığışdırsalar əla olardı. Yoxsa yaxın gələcəkdə dəvətnamələrə bir stulun xərci də yazılacaq...Bəlkə də yazılır, xəbərim yoxdu…
Dior
Dəvətnaməyə yazılmasada,toy yiyəsi dəvətnamələri paylayanda,mədəni surətdə hamıya birnəfərlik stolun qiymətini deyir.
tenqo
Fikrimi yazmağa başlayanda sizin şərhinizi oxumamışdım. Yoxsa istinad edərdim
tenqo
Dünən tələm-tələsik yazdım şərhi, indi gəlib görürəm minuslanıb :) Fikrimi düzgün çatdıra bilmədim deyəsən. Mən aşağıdakı şərhimi yazmağa başlayanda Magicboy-un şərhi hələ yazılmamışdı, ona görə oxumamışdım. Şərh yazmamışdan bütün şərhləri oxumuşdum. Yazıb bitirənə kimi isə 2-3 şərh əlavə olunmuşdu. Minusun səbəbini yəqin düz başa düşdüm
ilham
Sənin xəbərin yoxdu. Yazılır=)
tenqo

Bu cür toylar nisbətlə götürəndə azdı, ya çoxdu bilmirəm, amma qeyd olunan mənfi məqamların bəzilərinə müxtəlif toylarda rast gəlmişəm. Əvvəla, onu deyim ki, bəzi məqamlar adət-ənənələrlə bağlıdı və kiminçünsə mənfi, kiminçünsə müsbət hal ola bilər. Məsələn, xonça bəzədilməsi və digər adətlər. Bunu sırf mənfi hal kimi qəbul etmək olmaz. Digər hallarda qeyd olunan mənfiliklər sırf insanların şəxsi keyfiyyətlərindən asılıdır və səviyyəsizlik kimi qəbul olunan bəzi hallar tək toyda deyil, elə gündəlik həyatda da rast gəlinir. Yəni bu toyla deyil, insanların xarakteri ilə bağlıdır. Bütün toylar mövzuda qeyd olunan kimi keçmir ki. Fərqli toylarda olmuşam. Ümumi şəkildə hər şey normal, xoş və ürəkaçan keçib. Mövzunun ümumi axarından milli Azərbaycan toyunun pislənməsi ab-havası duydum. Demək istəyirəm ki, toyun özünü yox, həmin hərəkəti edən insanları pisləmək lazımdı. Toyun nə günahı var? :)


Toyların keçirilməsi ilə bağlı bir fikir də söyləmək istərdim. Bakıda toyların əksəriyyəti eyni formatda keçirilir, yəni müəyyən standartlara uyğun təşkil olunur və bəzi adamlardan eşitmişəm ki, onlar bu cür formatı bəyənmir və toylarının fərqli keçməsini istərdilər. Bəlkə də elə mənim özüm də istərdim bunu, amma mənimçün vacib deyil bu. Əsas qurulacaq ailənin xoşbəxtliyi və sağlamlığıdır. Toyunu fərqli qeyd etmək istəyib, amma edə bilməyənlər çox vaxt imkansızlıqdan, ya ictimai fikrə görə və s. kimi bir çox amillərdən irəli gələrək edə bilmirlər. Çünki toy təşkili çox çətin bir şeydir və çox vaxt da məcbur olaraq nələrisə qəbul etməli olur insan. Yoxsa həmin insanların fantaziyalarını soruşsan kimisi deyəcək səfalı yerdə, açıq havada, havanın mülayim və sakit vaxtında, yalnız yaxın adamların ətrafında (yoxsa elə olur ki, toy yiyəsi özü də hərdən tanımır ki, gələn qonaq, görəsən, kimdi? :) Sonra məlum olur ki, filankəs gələ bilməyib və yerinə bunu göndərib) keçirmək istərdi. Kimisi deyəcək ki, yaxtada keçirmək istərdi və s.


Mən özüm pul yığmanın tərəfdarı deyiləm, çünki toy şadlıqdır və sən bu şadlığını yaxınlarınla, dost-tanışlarınla bölüşürsən, onu satmaq lazım deyil, qarşılıqsız bölüşmək lazımdır. Fikrimi dəstəkləyib, amma başqa cür edənləri qınamıram, imkansızlıqdan irəli gəlir bu. Toyu bazara çevirmək, məncə, düz deyil. Pul yığmadan toy edə bilmirsənsə, yığılacaq pulun xərclə başabaş gəlməsini istə heç olmasa. Yoxsa bəziləri kimi: «Toyu gərək elə edəm ki, filan qədər də pul qalsın və qalan pula da filan şey edim». Toya nə qədər pul qoyacağını və nə qədər pul yığacağını fikirləşir. Yenə də qeyd edirəm ki, maddi imkanı zəif olanları başa düşmək olar, amma imkanı  yaxşı olanların içərisində də var bu cür adamlar. Bəlkə də onlar haqlıdırlar, amma mənim fikrim fərqlidir.

ramzes
Şərh yaza bilmirsizsə, mövzunun mənasını tuta bilmirsizsə, yuxarıdakı nərgiz adlı istifadəçinin heç bir tutarsız, faktsız, uydurma şərhinə cavab yaza bilmirsizsə, ona + verirsizsə,  sizə də gərək ayrı post yazıla, nadir istisna istifadəçiləri çıxmaq şərtilə. Siz dəyişən deyilsiz, sizin instinktiniz sizi dəyişməməyə məcbur edir, qozbeli qəbir düzəldər
rdgr
inanmıram ki gelin arxasınca aglayanlar yalandan aglasın .istisnalar ola bilər .toylarda arağın təsirinden dava düşür .qaldı ki yığılan pula zəmanə belə tələb edir.toy sahibi neynəsin .bu zəmanədə toydan pul qalacağını da zənn etmirəm.həddim olmayaraq bir söz de demek istedim ki hamının fikrine hörmət edək.
rdgr
üzr istəyirəm hərfləri hələ də qarışdırıram
nimi
Mence bizim toylar chox guluncdur! Bu toylari chox t'nqid elemek lazimdi!!! Artiq insanlarda toylarimiz kimi gulmeli olublar!