Qınayıram!
Qanunu oyuncağa çevirən məmurları qınayıram!
Adi günlərində də toya gedirmiş kimi bəzənən tələbələri qınayıram!
Keyfiyyətsiz internətə görə bütün provayderləri qınayıram!
Ətrafa depressiya saçan,neqativ auralı adamları qınayıram!
“5 dəqiqəyə ordayam” deyib,amma yarım saata gəlib çıxmayan “punktual” azərbaycanlıları qınayıram!
Yalandan “bakirə olmayan qıza normal baxıram” deyib,amma evlənmək üçün “təmiz ev qızı” axtaran oğlanları qınayıram!
Yalnız ərə getmək üçün yaşayan qızları qınayıram!
Yolda gedə-gedə musiqi qoyub kənardakılara dinlətdirənləri qınayıram!
Qızları yalnız cinsi obyekt kimi görən yanıq oğlanları qınayıram!
Salam verən kimi “alassan məni?” sualını verən qızları qınayıram!
Ehtiras sözünü tərbiyəsiz söz və söyüş hesab edənləri qınayıram!
İl boyu vitrinlərə yalandan “Endirim” yazan mağaza sahiblərini qınayıram!
Hüquqlarını tələb etməyənləri qınayıram!
Dodağını büzüşdürüb qabağa gətirərək şəkil çəkdirən qızları qınayıram!
Bu topiki oxuyub bəyənən,normal reytinqi olub amma səs verməyən kayzençiləri qınayıram! :)
P.S.Bu yazı Facebook-da azərbaycanlı üzvlər arsında geniş yayılan “Ümumxalq Qınaq Kampaniyası” əsasında bəhrələnib yazılmışdır.Sizin də qınaq obyektiniz varsa,buyurun şərhdə yazın :)
69 şərh
İt hürər karvar keçər məsəlindəki iti qınayıram ©
Cücəni payızda sayan ataları qınayıram :)
Şəhərin mərkəzində səviyyəsizcəsinə qızlara söz atan kim varsa hamısını qinayıram)
Qadın alt paltarı satan kişiləri qınayıram :))
Kompüter və İnternetin yalnız əyləncə üçün olduğunu hesab edənləriqınayıram!
Ətrafımızda qınanılası çox şey var,bəlkə də bu qınayıram topikinin 2-ci hissəsini yazdım :)
Bashqalari rusca bir soz ishledende onu qebahet bilib, ozu de rusca «uje, davay» deyenleri qinayiram :)))
www.big.az/index.php?sid=23451
Kitab oxuyanları lağa qoyan şəxsləri qinayıram.
Sosial şəbəkələrdə qızları saytda görən kimi, tanışlıq təklif edən oğlanları qınayıram.
Reytinq xətrinə hər nə gəldi yazanları qınayıram.
Uşaqları və ya heyvanları incidənləri qınayıram.
Maşın sürən qızları pisləyənləri qınayıram.
Gününü qeybət eləməklə keçirənləri qınayıram.
Şagirdlər arasında fərq qoyan müəllimləri qınayıram.
Zibili yerə atanları qınayıram,qınayıram, qınayıram.
yaya vaxtları bəzi qızların geyimlərini bilməyənləri qınayıram və yol gedəndə bərk danışanları
öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranları qınayıram.
İncil, Lukanın kitabı 6:37.
Etiraz edənlər var?
Məncə qınanaq inkişaf edək :)
Qızla tanış olmağına görə bu dərəcədə şərəf və ləyaqətini alçaldan oğlanları qınayıram!
Başından böyük danışıb: «mən heç vaxt filan şeyi etmərəm» deyənləri qınayıram, çünki məhz həmən hərəkəti edirlər ( öz təcrübəmdən bilirəm :))))
Qızları əlcək kimi dəyişib, evlənməyə heç vaxt sevgilisi olmamış qız axtaran qaqaşları və oğlan dəyişməkdə heç də onlardan geri qalmayıb «həyatımda heç kim olmuyub» deyən qızları qınayıram.
İş vaxtının bitməsinə baxmayaraq sırf müdriyyətin gözünə girmək üçün işdə veyillənən işçiləri qınayıram.
«Allaha inanıram deyib» ibadət etməyən, üstəlik edənlərə geridəqalmış kimi baxanları qınayıram.
Yarıçılpaq «maska»ların yanındakı kişiləri qınayıram.
Özündə səhv axtarmayanları qınayıram.
İnsanları bir səhv ilə silənləri qınayıram.
Hələlik bu qədər, yadıma düşsə yenə yazacam.
P.S. Mənim də ürəyim dolu imiş ki… :)))))))
bu reklamı yerli-yersiz verəm marketoloqları qınayıram və onları bir az marketinq oxumağa dəvət edirəm
işıqforun sarı işığı yanan kimi yaşılı fitə basan ,gətiyyən yorulmuyan,və hətta siqnalla ritm tutan kalxoz sürücüləri qınıyıram...nə gədər olareee 6 ayligdilar eləbil ))