Hamburqda bir saat...

Avtobusun lap arxa oturacağında əyləşib şütüyüb kəçən maşınlara, ətrafdakı binalara baxıram... Hamburqda təhsilimi bitirdikdən sonra mənim təhsilimi maliyyələşdirən şirkətin Hamburq filialının işlərini nəcə quracağım barədə fikirləşirəm... Məni bura oxumağa göndərərkən şirkətin qərarı üçün əsas üstünlüklərim həsab olunan türk, rus, ingilis dili biliklərim, burda qazandığım alman dili biliyimdən və Azərbaycan ofisində 3 ildən artıq uğurlu iş təcrübəmdən nəcə istifadə ədəcəyim barədə planlar qururam... İş prosəsi barədə təsəvvür yaratmağa çalışıram... Hamburq ofisimizdə digər rus və türk dillərini bilən əvəzədicinin olmaması ucbatından Azərbaycana gəlmək, Bakıdan 7-8 saatlıq yolda olan Rayona gedib ata-anamı, yaxınlarımı görməyin necə müşkül olacağını anlayıram... Eybi yoxdu, onlar Bakıya gələr, mən də 2-3 günlüyə də olsa arada gəlib görüşə bilərəm deyə özümə təsəlli verirəm... Bu məqamda yadıma düşür ki, anam kənddən mənə mürəbbə, dovğa, turşu filan göndərmək istəyirdi. Bu məsələni həll ətmək lazim idi. Əslində probləmli bir şey olmamalıdı, şirkətimizin Almaniyadakı tərəfdaşının hər həftə Bakıya gədən və geri qayıdan TIRlari olur, Atam kənddən 3 kilometr aralı keçən İpək Yoluna çıxıb karobkanı bizim şoferlərin birinə verməlidi və mən onu burdan gedib götürəcəkdim... Bakıdan sevdiyim qız da mənə ən sevdiyim şirniyyat - səkərbura göndərəcək. Ona da iş yoldaşım, yaxın dostum kömək edər yəqin, qızdan götürüb TIR terminalda şoferə verər... Bu məsələləri də fikirləsib yoluna qoyandan sonra lap içim rahatlaşdi... Şəhəri seyr etməyə davam etdim.. Bir də baxdım ki, qabaqda şoferin lap yanında xoşum gələn yer artıq boşalıb. Tez yerimi dəyişib ora keçdim.. Qabaqdan gələn maşınların gur sarı işıqları, ötüb keçənlərin arxasındakı qırmızı işıqların sayrışması bir başqa aləmdi sanki..

Şəhərin gözəlliklərinə dalmışkən, bir kişinin əlini mənə vurduğunu, sonra da mənə nəsə dediyini gördüm.. Qulaqcıqları çıxarıb kişinin nə dediyini anlamağa çalışdım, o da əli ilə arxa oturacağı işarə edib “sumka, sumka” dedi.. bir neçə saniyəlik donuqluqdan sonra sanki yuxudan ayıldım, əlimdə axşam evdə baxmaq üçün götürdüyüm iş faylları olan çanta var idi, onu arxa oturacaqda qoymuşdum.. Bununla həm də dərk etdim ki, mən Bakıdayam, 346 saylı marşrutda işdən evə qayıdıram.. Başa düşdüm ki, Hamburq xəyallardan artıq bir şey deyil.. anladım ki, sevdiyim qızın məni sevməsi, mənə şəkərbura bişirməsi də xayallarımın uydurmasından ibarət imiş...

Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun! İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo

5 şərh

Samir012
Bucür yazılara + verməmək insafsızlıq olardı, super yazı alınıb. Halaldı eGo, en maraqlı hissə isə sonudu
eGo
təşəkkürlər )
Karizma
bu 346 sayli marsurut yaman xod gedir ha burda
eGo
Şofir aftoş olub yəqin əvvəllər )