5 tip avara

- "Hər şeyi bilənlər, hərşeyşünaslar".

Bunlara dırnaq içində dahi də demək olar. Bu adamlar hər yerdə qarşımıza çıxa bilər. Bir məqsədləri var: qarşısındakını çərlədib, öldürmək. Əslində heç nə bilmirlər. Qəzetlərdə "siz bunları bilirsinizmi" başlıqlarını əzbər öyrənirlər. Kitabların özətlərini oxuyurlar. avara tipləri müxtəlifdir

- Seksual yalanlar

Bu əsasən kişilərə aiddir. Qadınlarla münasibətləri haqda uydurmalar qurmaqda peşəkardırlar. Bir dəfə salam verdiyi xanımla yatdığını iddia edir.

- Beynəlxalq siyasətdən danışanlar

"Amerika İranı vuracaqmı?"... "Qarabağ məsələsində Rusiya və Amerika faktoru"... Bu adamların ən çox danışdıqları mövzulardır. Televiziya xəbərlərinə baxıb dünyada gedən prosesləri şərh etməyə çalışırlar.

- Söyüş söyənlər

Daş atmaq əvəzinə söyüş söyən insan ilk ağıllı insandır. Freyd belə deyib. Bəziləri əsasən Facebookda özünü təsdiq etmək, komplekssiz olduğunu göstərmək üçün söyüşlə, açıq-saçıq ifadələrlə danışırlar. Bunların ilk ağıllı insandan fərqi yoxdur.

- Maşınlı oğlanlar

Onları çoxsunuz görmüsünüz. Çoxunun "07" maşını var. Maşından düşəndə dar köynəyini düzəldir, açarı, siqareti, pul qabını, iki telefonu bir əlində tutur.

Müəllif:Elmin Həsənli

 
loading...

11 şərh

Gülnar
Sonuncu tip əla təsvir edilib ))
2ral
14 günlük həyatdır,
İkis düşür vıxodnoya.


BaKiNeC
Axrıncı lap yerinə düşdüyee :))))hələ bu 07-dən düşübee.
Karizma
men de televizora baxib dostlarimla beynelxalq siyasetden sohbet eliyirik.amma avara deyilem.Bunu niye bele yaziblar anlamadim.Yeqin texniki sehvdir.
ayxansevda

super! elə qocalar var ki, -a bala, sən bilmirsen eyy, bu siyasət elə-belə şey deyül-, deyib təsbehlərini çevirirlər adamı gülmək tutur .


indi bilmirəm onların bu avara adamlara aidiyatı var ya yox.


burdakı avaralar düz təsvir edilib

Shabnam_Ilham
Lap ürəyimdən xəbər verdiz eee… həqiqətən də belə adamları görəndə əsəbləşirəm… özlərini niyə dağın başına qaldırırlar, başa düşə bilmirəm…
Responsible
Sonuncu tip bəzən özündə bir neçə tipi birləşdirə bilir :)
məryam
Allah 2-ci tipdən qorusun adamı. Bu arada siyaset elə-belə şey deyil. Bu siyasetde bir söz düşən kimi, iki ölkə bir-birinə düşmən kəsilir. Sonra muharibə. Yəni siyaset oyuncaq deyil!
Aysel218
nifret edirem belelerine..en cox da sonuncu tiplere nifretim boyukdu
MaksiMuS
1ci ve 2ci tipi görmeye gözum yoxdu.ne DIYIME, adi ustunde avaradida.