Bəyi gərdəkdən nə qaçırır?

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...
Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan... “Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik kəndə getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz “yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda “Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.

Bu durum ailəsini çox üzdüyündən biz də məyus olurduq. Amma əlimizdən bir şey gəlmirdi. Bakıya qayıtmamış dedim ki, dostumun xəbəri olmadan valideynləri ilə məsləhətləşim. Belə də elədim, qərara gəldik ki, mən məsələni araşdırım. Uyğun bir vaxt tapıb dostumu söhbətə çəkdim. Xeyli nəsihət-məsləhətdən sonra hansı səbəbdən evlənmək istəmədiyini soruşdum. Öncə sualdan qaçıb müxtəlif bəhanələr gətirsə də, nəhayət dərdi açıldı. Doğrusu eşitdiyim cavaba gülməyim tutdu. Bir xeyli güldükdən sonra dayandım ki, ey dili-qafil bəs mən nəyə gülürəm?

Açığı indiyəcən bu haqda heç düşünməmişdim. Özüm də subay olduğumdan sözügedən problemlə üzləşməmişdim. Odur ki, dostumun gətirdiyi tutarlı arqument qarşısında aciz qaldım. Onu evlənməyə razı salmağa çalışdığım halda, öz fikirlərim alt-üst oldu. Məyus halda evə döndüm və bir daha bu mövzuya qayıtmayacağıma söz verdim.

İnsanın ağlına gəlməyən başıma gələrmiş deyiblər. Şəhərə qayıdandan sonra evdə yaxamdan yapışdılar ki, evlənmək vaxtıdır. Ürəyim düşdü mədəmə, qarnımda döyüntülər artdı, başım gicəlləndi. Dostumun çəkdiyi dərdi indi anlayırdım. Qəti şəkildə “evlənmirəm” deyib evdən uzaqlaşdım. Arxamca səslənən “Niyə ay bala?”, “Dərdin nədir?” suallarını eşitməzliyə vurub özümü bayıra atdım. Elə bu dəm dostumla aramızda gedən dialoqu xatırladım. Deyəsən, Sizi də maraq bürüyüb ki, dostumun məni mat etdiyi arqiment nədən ibarətdir. Elə isə xatırlamağa çalışacam:

- Niyə evlənmirsən?
- Utanıram...
- Nədən əəə? Kişi də evlənməkdən utanar?
- Evlənməkdən yox, toy gecəsindən utanıram.
- Heç belə gecə keçirməmisən?
- Keçirmişəm, amma sakit formada.
- Başa düşmədim...?
- Qardaş, təsəvvür elə ki, toy gecəsi gəlinlə birgə gərdəyə girirsən. Bir də baxırsan ki, sağ tərəfində gözlərindən hərislik yağan yengə, sol tərəfində isə əli tüfəngli qardaşlıq dayanıb işin sonunu gözləyirlər. İndi gəl bunların yanında iş gör. Özü də işin altından üzü ağ çıx, görüm necə çıxırsan!
- Eyvah!!!
- İndi anladın niyə evlənmək istəmirəm?
- Anladım, vallah anladım.

Bunları düşündükcə canıma üşütmə düşürdü. Ən abırlı və naməhrəm məqam olan evliliyin ilk gecəsini kollektiv marağa çevirməyi anlamırdım. İndi evdə necə deyəydim ki, evlənməkdən utanıram? Necə başa salasan ki, yengənin və əlitüfəngli kişinin par-par yanan gözləri qarşısında, həm də qapının o tayında hazır vəziyyətdə duracaqlarını bilə-bilə gərdəyə girməyə üzüm gəlmir? Hansı formada izah edəsən ki, eyvanda qapının ağzını kəsdirmiş əminin əlindəki tüfəngi görüncə, yüzlərlə adamın qulaqlarını şəkləyib güllə səsini gözlədiyini bilincə abrımdan ölərəm?

Təsəvvür edin ki, axşamlar kəndin bir başından o biri başına toy mağarına gələn gənc-cavan dəstəsinin (hələ uşaqları demirəm) marağı bəydən qabaq gərdəyə girir. Prosesin nə qədər çəkəcəyi, tüfəngin nə vaxt atılacağı və işin sonunun necə bitəcəyi üzərində mərclər gəlinir. Gözlərini bəydən ayırmayan toplum onu ta otağadək müşayət edir. Ardınca dərhal yaşı çatan-çatmayan hər kəs saatını qurub həris nəzərlərini əlitüfəngli qardaşlığa zilləyir. Vay o günə ki, güllə normal vaxtından 1 dəqiqə gec açılsın! Bütün kəndi yeni lətifə başına alır.

Özü də nəzərə alsaq ki, tüfəngdən havaya güllə açılması bəy-gəlin otağında “prosesin” uğurla başa çatmasına, yəni gərdəkdən gələn yaxşı xəbərə işarədir, onda vay o günə ki tüfəng səsi eşidilməyə də...

İşin zülümü var hələ, o da camaatın səbirsiz olmasıdı.
Ay balam, bəlkə bəylə gəlin əvvəlcə 5-10 dəqiqə söhbət ediblər? Yaxud yengənin məsləhətlərinə qulaq asan gəlin 3 dəqiqə gecikib. Və ya bəy gərdəyə girməzdən qabaq siqaet çəkərək həyacanını öldürməyə çalışıb. Vaxud, bəyin şalvarının kəməri ilişib, bir az gec açılıb, ya da gəlin həyəcanını ötürmək üçün su içmək istəyib. Yə ya mümkündür ki, qardaşlığın əli yad tüfəngə yatmayıb və bir-iki dəqiqə məşq edib. Ola bilər ki, barıt nəm olub, güllə dərhal açılmayıb. Bütün bu obyektiv səbəbləri nəzərə almaq lazımdır axı. Heç olmasa gecikmənin səbəbini öyrənin, sonra dünyaya car çəkin. Boş yerə niyə günaha batırsınız, camaatı da yersiz yerə biabır edirsiz?

Deyirəm, yaxşı ki, kənd-kəsəkdə müasir texnika inkişaf etməyib, və ya ən son informasiya texnologiyaları oralara qədər gedib çıxmayıb. Yoxsa bu adətləri daha da təkmilləşdirib (müasirləşdirib) gərdəkdə LCD monitorlar quraşdıraraq bayırda qulaqlarını şəkləmiş bütün kəndi canlı yayıma qoşardılar. Canlı bağlantıda olan müxbir (yengə) də hadisə yerindən ən son yenilikləri isti-isti camaata çatdırardı. Yoxsa ki tüfəndən havaya atəş açılmasına, nə bilim yengənin içəridən bayıra hansısa ağ mələfəni çıxarıb aidiyyatlı orqanlara (əsasən, qızın və oğlanın anasına) təqdim etməsinə, və yaxud marağından qarnına ağrı dolmuşların qapı dalından busmağına ehtiyac qalmazdı. Proses tam şəffaf şəraitdə aparıldığından ictimaiyyətdə də hər hansı şübhəli məqamlar, dezinformasiyalar da yaranmazdı.
Əlbəttə, şəffaflığın təmin olunması baxımından bu, yaxşı olardı. Amma digər tərəfdən də nəzərə alsaq ki, hələ abır-həyasını itirməyənlərimiz var, onda yenə əvvəlki fikrimizə qayıdırıq ki, yox, elə oralarda müasir texnikadan xəbərləri olmasa yaxşıdı!

Əslində ölkəmizin bəzi bölgələrində yaşadılan bu adət heç bir normaya sığmır. İstər namus və iffətə söykənən milli kökümüz, istər əxlaq və paklıq üzərində qurulan dinimiz, istərsə də inkişafa doğru irəliləyən müasir dünyagörüşümüz bu cür biədəb vərdişə müsbət yanaşmır. O zaman zifaf gecəsinin naməhrəmliyinə xələl gətirən adətin kökü nəyə dayanır? Bu sualın izahını verən tapılarsa, bəlkə də evlənməkdən utanan onlarla gənci razı salmaq olar...

Müəllif: Nihat Tur
Mənbə: http://www.milli.az/news/society/5114.html

 

43 şərh

lili95

Mən hər cəhətdən müasir fikirli insan olsam da milli mentalitetimizə, adət-ənənəmizə sonsuz hörmət və sədaqətlə yanaşıram.Amma bunu YENGƏ məsələsinə aid edə bilmərəm.Şəxsiyyətin hər cəhətdən bakirəliyi mühümdür.Ələxsus qadın üçün.Və bunun abartılaraq gündəmə gətirilməsi zamanı hansı nnaməhrəmlikdən söz gedə bilər anlamıram.Hekayədəki kişi «qəhrəman»ın məsələyə «allergiya»sı tərəf müqabilinə də təsirsiz ötüşmür.Hələ deyərdim ki, ən böyük təsir elə ona dır.Məqalədə bir adətimiz unudulub.Səhəri gün "üzaçma" mərasimi.Bu daha da dəhşətlidi.Yenə şəhər yerlərində biraz ötəri yanaşılır.Ətraf kənd və qəsəbələrdə toya bərabər vəziyyətdə keçirilir.Təsəvvür edək ki, «təzə gəlin» nə günə düşür və ona zillənən, min səhnə fikirləşən gözlər.Utancından camaatda gizlənən təzə bəy.Yenə də neyniyək ki, ibtidai icmanın qalığı olan adətimizdən ayrıla bilmirik.Məcbur boyun əyirik.Və yenə şükür ki, biz Filippin adalarında yaşamırıq.

MaksiMuS
Hamisi savadsizligin; cahilliyin elametidi. Qellet eliyir yengede, qardas da. Duzdu her kes oz yasadigi, yaxud da doguldugu muhite uygun hereket edir, ama evlenen cutluklerden cox sey asilidi. Kul o kisinin basina ki o gece sozu kimdense, hansisa adetden kesersiz olur. Olmaz, znacit olmaz. Gelini qinamiram. Bes beyin kisiliyine, heysiyyatina, qururuna ne gelib? Olan qalan abir heyamizi da itireceyik bele getse. Qazanan ise yengeler olacaq:) Allah elelerine abir heyadan once agil versin.
Rene
Həqiqətən də tragikomediyadı… Özü də təəssüf ki, bu təkcə kəndlərdə baş vermir, elə Bakının özündə də havaya tüfəng atmasalar da, mələfəni aidiyyatı olan orqanlara göstərməyi özlərinə müqəddəs borc bilirlər. Ayrı vaxt mədəniyyətdən, namusdan, iffətdən danışan insanlar, toy gecəsi bəylə gəlinin «işi uğurla başa çatdırmalarını» dörd gözlə gözləyirlər. Vay o gündən ki, nəsə yolunda getməsin… Tez qıza «bakirə deyil» damğası vuranlar da az deyil. Çox yox, təxminən bir həftə bundan qabaq olmuş hadisəni danışım. Yaxın qohumum ərə getdi. Sabahısı gördüm, qızın anası, qohumlarımız pərişandı, sanki dünən toy yox, yas olub. Nə olsa yaxşıdı? Bəylə gəlin toy gecəsi «prosesi uğurla başa çatdıra bilməyiblər». «Burda nə var ki? Oğlan da, qız da azyaşlıdı,  utanıblar yəqin»- mənim ağlıma ancaq bu gəldi. Həm düşünəndə ki, bütün qohum-əqrəba bu möhtəşəm anı gözləyir, lap yetkin insan da caşıb qalar məncə. Oğlanın anası, qızın anası düşüb ortalığa, sabahısı tez gəlini həkimə aparıb yoxlatdırdılar… Həkim də eynən mənim düşündüyümü dedi. Həmin gün eşitdim ki, gözlənilən möhtəşəm hadisə nəhayət ki, baş verdi və qızın anasının üzü güldü. Hamıya gözaydınlığı verildi. Bu cür adətləri aradan qaldırmaq lazımdı, bunu da biz, gənc nəsil etməliyik. Bəydən çox şey asılıdır, bir kəlmə desin ki, sizə nə?  Gəlin bir şey desə, tez deyərlər «nəsə zibili var yəqin, qorxur».
Refsan

Əgər gərdək gecəsində oğlan qızın qızlığına şahid olmursa aləmi bir-birinə qataraq qızın adına ləkə yaxmamış həkimə aparıb yoxlatmalıdır. Əgər həkim təsdiqləsə ki həqiqətən də qız deyil o zaman qərarını özü verər. 

Rene
Siz mənim yazdığımı ya tam oxumamısınız, ya tam başa düşməmisiniz. Çünki yazdığınızın şərhimlə əlaqəsi yoxdur.
Refsan

Yazınızda deyirsiz bu cür adətləri aradan qaldırmaq lazımdır. Hansı adətləri bəs aradan qaldırmaq lazımdır?

Rene
Məncə mən çox aydın ifadə eləmişəm axı fikirlərimi…
Refsan
Sizin yazdığınızdan belə çıxır ki, Azərbaycanda da bəzi ölkələr kimi bakirəlik anlayışını ləğv edək. Qızlar necə istəyirlər hərəkət etsinlər.
Rene
Mənim yazdığımdan belə çıxmır, siz bu nəticəni çıxardınız. Bu isə sizin probleminizdir.
Refsan

Sənin yazından sitat:  «Bu cür adətləri aradan qaldırmaq lazımdı, bunu da biz, gənc nəsil etməliyik. Bəydən çox şey asılıdır, bir kəlmə desin ki, sizə nə? ». Yəni ki qız alsın qadın çıxsın. Valideyninə isə desin ki sənə nə.

Rene

Birincisi, sənin yox, sizin. İkincisi, dırnaq işarəsindən sonra yazılanlar sizin şəxsi qənaətlərinizdi. Ruslarda bir söz var: kajdiy sudit po mere svoey isporçennosti".

Rene

Primitiv düşünürsünüz, qız alsın, qadın çıxsın, ay nə bilim nə. İndi müasir tibb inkişaf edib, narahat olmayın, o dediyinizə çarə tapan qızlar az deyil. Mənim dediyim odur ki, intim həyat məhrəm mövzudur. Toy gecəsi gəlinlə bəyi gözləmək, qızın «təmiz çıxmasını» hamıya bildirmək abırdan, həyadan çox uzaq hərəkətdir.

Refsan
Onunla razıyam. Toy gecəsi bəylə gəlin arasında qalmalıdır.
asel
ÇOX GERİDE QALMIŞIQ
Medikamentoz
Çox adamlar heç toy gecəsi münasibətdə olmur,bu zövqü bal ayının sonlarında yaşamağı üstün hesabçedirlər.
asel
yox ne danışırsız.bizde mütleq her şey ele hemin gün olsun:(((
Medikamentoz
Qız qaçıranlar isə toydan qabaq da münasibətdə olurlar.
asel
bezi-bezi hallarda. əksəriyyetinə aid etmək olmaz
Medikamentoz
Mən yazanda -hamı- ifadəsindən istifadə etməmişəm.Ancaq müasir dövrdə ətrafımdakıların çoxusu belə edir.
asel
QIZ QAÇIRANLAR ELE QACIRMAQLA 1Cİ SEHVLERİNİ EDİRLER.
Medikamentoz
İnanın ki,qızlar tanıyıram ki,özləri qaçmağa həvəsli idilər və qaçdılar :)
asel
FİKRİNİZE HÖRMET EDİREM. AMMA BİLİB-BİLMEDEN BU BAREDE DANIŞMAQ İSTEMİREM
Medikamentoz
Mən bildiklərimi deyirəm,bilmədiklərimi demək nə yaşıma uyğundur,nə də başıma ):
asel
SİZİ DEMEDİM. ÖZÜMÜ DEDİM 
Medikamentoz
Elə mən də Özümü dedim :)
Medikamentoz
Mütləq bir şəkildə reaksiya etməlisən də-deyə düşünməmək üçün sonuncu cavabı yazıram.
asel
NEZERE ALARAM YOLDAŞ MEDİKAMENTOZ 
Medikamentoz
Tural Yusif oğlu Xəlilzadə
asel
BİLMİRDİM. 
Medikamentoz
Adminlər bugün yəqinki,mənə xəbərdarlıq göndərəcəklər ki,mövzudan kənar yazışmayın.medikamentozun izahını Sizə yazmışam,Aminin də,Tural isə ŞV yazılan adımdır!Hələlik,Sağolun!
asel
DA NİYE HİRSLENİRSİZ Kİ, SİZİN ŞV-Nİ OXUMALIYDIM Kİ, BİLMİRDİM, ÖYRENDİM
Medikamentoz
Yox,nə hirslənmək,mən ümumiyyətlə hirslənən birisi deyiləm,görürəm ki mühit məni hirsləndirir sakitcə uzaqlaşıram.İndi isə çox sakitəm :)
asel
MÖVZUDAN DANIŞIRDIQ HARALARA GELDİK. 
Medikamentoz
Caps Locku söndürün,mövzu mövzudur ki(((
asel
 dediyim mövzunu yerleşdirin, mütleq mene maraqlı mövzu olacaq
Medikamentoz
Ok,yaxın zamanlarda mütləq yazaram.Niyə əziyyət çəkirsiniz ki? Yoxsa  ailədə xəstə olan var?
asel
bilmek maraqlı olar. teyziq düsende, qalxanda ilk yardım
Medikamentoz
Tamam,anlaşıldı yazaram.Şükür ki,belə xəstələriniz yoxdur.Bizim ailədə var,uşaq kimi gərək qeydinə qalasan.
asel
ALLAH şefa versin. menim özunde de teyziq aşağıdı. amma bu meni narahat etmir
Medikamentoz
Yəqin ki,artıq bu Sizin işçi təzyiqinizdir.Boyunuz neçədir,təzyiqiniz neçədir?
asel
ARTIQ ÇIXIRAM. BU HAQDA MÖVZU YERLEŞDİREM OLSA ETRAFLI MÜZAKİRE EDƏ BİLEREM