Kişi ədəbiyyatının şorgözlüyü
Üzüm ayağınızın altına, bir oxucum var, hər gün yeni şeir istəyir məndən. Lap nağıllarda hər gün qurban istəyən əjdaha kimi. Dünən dedim ki, bəs qışın gəlməsi şeir deyilmi? Yemədi.
Yenə üzr istəyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm, başqa bir oxucum da var, adama qəribə-qəribə suallar verir. Bir dəfə soruşdu ki, sizin ən, ən, ən böyük arzunuz nədir? Qaldım gözlərimi döyə-döyə.
Nə qədər axtardımsa, bu ən böyük arzu şoğəribi ürəyimin heç bir küncündə tapmadım. Yadıma düşdü ki, əslində mənim ən böyük arzum-filan yoxdu, eləcə su üzündə gəmi kimi yaşayıram özüm üçün. Amma bunu oxucuya deməkmi olar, biçarənin həyatdan əli üzülər, xəyalqırıqlığına uğrayar. Yenə sağ olsun, özü məni vəziyyətdən çıxardı, nəsə anlamadığım fəlsəfi şeylər danışdı, mən də dedim, elə sən deyəndi.
Ardı →