Рейтинг
+210.83

346 saylı marşrut

80 üzv, 98 topik

Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?

Məşhur teatrşünas Stanislavskinin  belə bir  fikri var:  «Teatrda mədəniyyət  qarderobdan başlayır». İnsanın   gün ərzində  rastlaşdığı   hər hansı  ilk xoş münasibət  onda  yaxşı ovqat  yaradır  və yaxud əksinə.  Bəlkə də  şəhərmizin  də mədəni həyatı  elə nəqliyyatdan start götürür desək,  yanılmarıq.  İctimai nəqliyyatdan  istifadə edən  insanlar mənim  fikirlərimi    təsdiqləyər.  Paytaxtımızda  sərnişindaşımada istifadə olunan   bəzi avtobuslarda  total  mədəniyyətsizlik baş alıb gedir.  Sürücünün  davranışı,   acgözlüyü    əsəbi atmosfer  yaradır.  Bu   ağrılı məsələ  haqqında   dəfələrlə  yazılıb,  fikirlər  səslənib. Düzdür,  nəqliyyatda  bəzi müsbət məqamlar qeyd olunmalıdır.  Dövlət vəsaiti hesabına   bir sıra  iritutumlu  avtobuslar  xaricdən  gətirilərək  istifadəyə buraxılıb,   magistral  yollarda inşaat   işləri  aparılır.  Avtomobillər xəttdə olarkən nəzarəti gücləndirmək məqsədilə  yol kənarlarında müxtəlif  qurğular quraşdırılıb.
Ardı →
 

Tısbağa sürətli nəqliyyat

Funikulyor kanat dartımı ilə relslərlə hərəkət edən vaqonlarda sərnişinlərin və yüklərin sərt yoxuşla qısa məsafəyə daşınmasını təmin edən nəqliyyat vasitəsidir. Elə latın sözü olan «funikulyor»un mənası da ip, kanat deməkdir. Bu nəqliyyat vasitəsindən çətin relyefli yerlərdə istifadə olunur.
Dəmir yolu ilə sərnişin daşımaq üçün kanatdan istifadə etmək ideyası 1825-ci ildə meydana çıxıb. Həmin ideya ilk dəfə 1854-cü ildə İtaliyanın Genuya və Avstriyanın Zommeriq şəhərlərində gerçəkləşdirilib.   Funikulyorlar müxtəlifdir. Onlardan həm sərnişin, həm də yükdaşımada istifadə olunur.
Ardı →
 

Rayonla şəhərin fərqi

Nədən Azərbaycanda şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur, qalan bütün şəhərlər isə rayon adlanır?

Azərbaycan əhalisi arasında yayılmış ifadə stereotiplərindən biri də yer adlarının təsnifatı ilə bağlıdır. Məsələn, bizim ölkədə şəhər deyiləndə ancaq (Bakı) nəzərdə tutulur. Tutaq ki, biri ölkənin başqa bir şəhərindən- məsələn, Mingəçevirdən paytaxta qayıtdıqda ondan soruşurlar ki, «kənddə nə var nə yox» və ya «irayonda vəziyyət necədir»? Halbuki, Mingəçevir nə rayon deyil, nə də kənd, 100 mindən artıq əhalisi olan şəhərdir.
Ardı →
 

Qız qaçırma və ona münasibət

Azərbaycanını bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.
Ardı →
 

Rayonlarda qadınlar, Bakıda isə kişilər həyat yoldaşlarından qorxurlar

Həm dinimizdə,  həm də Konstitusiyamızda kişi və qadın hüqüqlarının bərabərliyi göstərilsə də, etiraf etmək lazımdır ki, bir çox məqamlarda hər birimiz bu bərabərliyin pozulmasının şahidi oluruq.

Məsələ ondadır ki, rayonlarda, xüsusən də kəndlərdə qadınlar demək olar ki, kişilərldən çox işləyirlər, bununla belə ərlərindən qorxurlar, öz hüqüqlarının  müdafiəsinə qalxa bilmirlər. Şəhər mühitində isə vəziyyət bunun əksinədir. Qadınlar ya işləmir, ya da asan sahədə çalışırlar. Buna baxmayaraq Bakıda kişilər qadınlardan qorxurlar. Hər halda çox maraqlı və maraqlı olduğu qədər də qəribədir.
Ardı →
 

Söz mətbəxi

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri
Ey mərifət sahibiyəm deyənlər, öz qövmunə və başqalarına nəyisə söyləmək istəyənlər! Əvvəlcədən özünüzlə duz götürün ki, öncədən fikirlərinizi yaxşı — yaxşı duzlayasınız, bəzi fikirləri isə şoraba edib uzun müddət duzluqda saxlayasınız ki, ağzınızı açanda duzsuz — duzsuz danışmayasınız. Yoxsa duzsuz sözlərinizə bişmiş toyuğun da gülməyi tutar. O qədər gülər ki, gülməkdən qarnı partlayar, ləvəngisi tökülər.
Ardı →
 

Tərbiyəsizin tərbiyəsi

O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun «bir az da mehriban olun!» ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: «vay öldüm!»; «adam ol da, ayağımın üstünə niyə çıxırsan?; „bir az aralı dur da!“; „yavaş, böyrəyim deşildi!; “vay qoluuum!»… Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.
Ardı →
 

Azərbaycanlılar niyə teatra getmir?

Biz öyrəşmişik ki, bir az bərkə-boşa düşəndə xalqı günahkar çıxaraq.
Kitab satılmır — günahkar oxucudur. Teatrlar boş qalıb — günahkar tamaşaçıdır. Ciddi musiqinin dinləyicisi yoxdur — günahkar yenə xalqdır. Heç kim bu sadaladıqlarımızın daha dərin səbəbləri üzərində düşünmür. Heç kim özünə sual vermək istəmir: məgər cəmi 20 il əvvələdək bu ölkədə kitablar 100-200 min tirajla satılmırdımı? Opera və Balet Teatrının kassaları önündə uzun-uzadı növbələr yaranmırdımı? İnsanlar üçün ən gözəl və mənalı istirahət teatrlara getmək deyildimi? Birdən-birə nə baş verdi ki, xalq mədəniyyətdən bu qədər uzaq düşdü?


Ardı →
 

Bəyi gərdəkdən nə qaçırır?

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...
Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan… “Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik kəndə getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz “yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda “Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.


Ardı →
 

Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.
Ardı →