Yaşadığın hər anın qiymətini bil
Bir zamanlar, litseyi bitirib universitetə girməyi cox istəyirdim;
Sonra,cox istəyirdim universitet bitsin, işə başlayım deyə!
Deyərkən, evlənim, uşaqlarımın olmasını cox istəməyə başladım.. .
Uşaqlarım oldu, onlar lap cox istəməyə düşünməyə başladım.
Böyüsünlər, yaxşı gələcəkləri olsun deyə həvəslə işləməyə başladım;
An gəldi, cox istədim təqaüdə çıxmaqı !
Dedim öz özümə!!!
İndi, cox qocalmışam
Və fərqinə vardım ki,
Yaşamağı unutmuşum!!!
Nə olar sən də özünə etmə bunu!!!
Yaşadığın hər anın qiymətini bil,
Hər gününü yaxşi yaşa...
Ey,
dost!!...
.
Pul qazanmaq üçün sağlamlığımızdan oluruq...
Sonra də, sağlamlığımı geri qazanmaq üçün pulumuzdan oluruq;
Heç ölməyəcəkmiş kimi yaşayıb,
Heç yaşamamış kimi ölürük....

Eflatundan soruşublar ki, heyatda seni teeccublendiren nedir?cavab verib ki 2 şey: uşaq olarken boyumeyi azulamagimiz ve boyudukden sonra uşaq olmaq istemeyimiz....biz insanlar ya kecmişi ya da geleceyimizi duşunerek heyatimizi yaşayiriq,bununla da BUGUNUMUZU elden vermiş oluruq....ELAA HEKAYEDİ DUŞUNMEYE DEYER,COX SAGOL...
Hekayə, B.Vahabzadənin «Səadət nədir?» şeirini xatırlatdı.
SƏADƏT NƏDİR?
Səadət nə demək?...-bu suala mən
Özümü çox yordum, tapa bilmədim.
Səadət nə demək?...bir tələbəykən,
Məktəbi axıra vurmaqdır — dedim.
Məktəbi bitirdim, işə də girdim
Səadət budurmu? Yox bu deyilmiş!
Böyük dahiləri oxuyub gördüm
Çoxları sevgini səadət bilmiş.
Sevdim! Gecə -gündüz yandım şam kimi
İztirab...Göz yaşı...Min qan, min qada
Tapmadım yenə də səadətimi,
Eşqin əzabları şirin olsa da...
Evləndim,həsrətə son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi də qayğılar artdı günbəgün
Dedim:-Ay səadət, hardasan, harda?
Səadət üfüqmüş...əl çatmaz ona,
Aydın görünsə də o, bizə gendən.
Arzular sığışmır onun yoluna,
Səndən uzaqlaşır yeridikcə sən.
Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bilim qaranı ağdan.
Yaxşı görmək üçün uca bir dağı.
Gərək sən baxasan ona uzaqdan.
Bəlkə də səadət elə budur. bu:
«Hardasan, hardasan,gəl-gəl»- deməkdir.
Bəlkə də səadət ömrümüz boyu
Nəyisə...gözləmək...hey gözləməkdir.
Tapdım səadəti dara düşəndə,Alıb öz gücümü xəyallarımdan.
Kiməsə...nəyəsə...hardasa...mən də.
Gərək olduğumu bildiyim zaman.
Çıraq ol! Nurunu artır günbəgün
Hər yerdə həyatın boz zülmətini.
Məncə, çıraq olub başqalarıyçün
Yananlar tapıbdır səadətini!

- _BUMERANQ_
- 04 fevral 2012, 21:15
- ↓

- Shabnam_Ilham
- 08 mart 2012, 12:27
- ↓

- HeRa_Queen
- 09 mart 2012, 09:21
- ↓

Şərhlər (11)
RSS qısalt / böyüt