Yuxu və Ölüm
Şərif Quran ayələrindən belə məlum olur ki, yuxu və ölüm eyni kök və eyni cinsdəndir. Ölüm zamanı ruhla cism arasındakı rabitə kəsildiyi kimi, yuxu zamanı da uyğun rabitə yox olur. Sadəcə yuxu zamanı bu rabitənin kəsilməsi ölüm yox, onun bənzəridir. Allah-taala buyurur:
— «Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər (ölümünə hökm oxunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar». (əl-Zumər, 42)
Digər bir ayədə isə belə buyurulur:
— «O, elə bir Allahdır ki, gecə yuxuya getdiyiniz zaman sizi öldürür».
Bu ayələrdə həm yuxu, həm də ölüm haqqında «təvaffə» (Quarni-kərimin hansı hissəsində ölümdən söhbət düşürsə, «təvaffə» sözündən istifadə olunur. Bu söz özüdə mühüm mətləbləri bəyan edir. «Təvaffə» bir həqiqəti tamamilə əldə etmək imkanıdır. Borc sahibi bütün borclarını geri aldıqda, ərəblər həmin sözdən istifadə edirlər. Ölümə münasibətdə «təvaffə» sözünün işlədilməsi insanın özünü bütünlükdə tapması, axirət dünyasına qədən qoyması mənasındadır) sözü işlədilmişdir. Yəni o, həmin Allahdır ki, insanların canlarını «təvaffə» edir. Bu sözün ölüm və yuxu haqqında müştərək şəkildə işlədilməsinin səbəbi hər iki halda ruhun cisimdən istifadə etməməsidir. Nə yuxu, nə də ölüm zamanı insanın ruhu onun cismindən faydalanmır. Sadəcə ölüm zamanı ruhun qayıdışına yol olmur və onun cismlə əlaqəsi büsbütün kəsilir. yuxu zamanı isə əlaqə yenidən bərpa olunur. Yuxu zamanı ruhun cisimdən ayrılma dərəcəsi ölümdə olduğundan daha zəifdir.
Ayətullah Cavadi Amuli bu barədə belə buyurur: «Yuxu zamanı insanın ruhu cismlə əlaqəsini kəsir. Bitki həyatında olduğu kimi, bütün bağlılıqlar insan bədənindən alınır. Qurani-kərimin nəzərincə, bu mərhələdə Allah və ya onun mələkləri insanın ruhunu alır və müəyyən bir fasilədən sonra onu geri qaytarır. Möhlətləri başa çatmış ruhlar isə bir daha geri qayıtmır...»
İmam Cavad (ə) ölüm həqiqətini belə aydınlaşdırır: " Ölüm hər axşam sizin sorağınıza gələn həmin yuxudur. Fərq budur ki, ölüm uzunmüddətlidir və insan qiyamət gününədək bu halda qalır. Hər bir insan ölüm yuxusu gedişində hesabsız sayda sevinc və dəhşətlə qarşılaşacaq. Yuxuda olarkən də bu sayaq sevinc və qorxu ilə qarşılaşmaq olar. Bu, elə həmin ölümdür, ona hazır olun".
— «Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər (ölümünə hökm oxunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar». (əl-Zumər, 42)
Digər bir ayədə isə belə buyurulur:— «O, elə bir Allahdır ki, gecə yuxuya getdiyiniz zaman sizi öldürür».
Bu ayələrdə həm yuxu, həm də ölüm haqqında «təvaffə» (Quarni-kərimin hansı hissəsində ölümdən söhbət düşürsə, «təvaffə» sözündən istifadə olunur. Bu söz özüdə mühüm mətləbləri bəyan edir. «Təvaffə» bir həqiqəti tamamilə əldə etmək imkanıdır. Borc sahibi bütün borclarını geri aldıqda, ərəblər həmin sözdən istifadə edirlər. Ölümə münasibətdə «təvaffə» sözünün işlədilməsi insanın özünü bütünlükdə tapması, axirət dünyasına qədən qoyması mənasındadır) sözü işlədilmişdir. Yəni o, həmin Allahdır ki, insanların canlarını «təvaffə» edir. Bu sözün ölüm və yuxu haqqında müştərək şəkildə işlədilməsinin səbəbi hər iki halda ruhun cisimdən istifadə etməməsidir. Nə yuxu, nə də ölüm zamanı insanın ruhu onun cismindən faydalanmır. Sadəcə ölüm zamanı ruhun qayıdışına yol olmur və onun cismlə əlaqəsi büsbütün kəsilir. yuxu zamanı isə əlaqə yenidən bərpa olunur. Yuxu zamanı ruhun cisimdən ayrılma dərəcəsi ölümdə olduğundan daha zəifdir.
Ayətullah Cavadi Amuli bu barədə belə buyurur: «Yuxu zamanı insanın ruhu cismlə əlaqəsini kəsir. Bitki həyatında olduğu kimi, bütün bağlılıqlar insan bədənindən alınır. Qurani-kərimin nəzərincə, bu mərhələdə Allah və ya onun mələkləri insanın ruhunu alır və müəyyən bir fasilədən sonra onu geri qaytarır. Möhlətləri başa çatmış ruhlar isə bir daha geri qayıtmır...»
İmam Cavad (ə) ölüm həqiqətini belə aydınlaşdırır: " Ölüm hər axşam sizin sorağınıza gələn həmin yuxudur. Fərq budur ki, ölüm uzunmüddətlidir və insan qiyamət gününədək bu halda qalır. Hər bir insan ölüm yuxusu gedişində hesabsız sayda sevinc və dəhşətlə qarşılaşacaq. Yuxuda olarkən də bu sayaq sevinc və qorxu ilə qarşılaşmaq olar. Bu, elə həmin ölümdür, ona hazır olun".
- ?
- 20 fevral 2012, 21:50
- Ferid_Zeynalli
Dünya bir tamaşadır
yuxu da olum kimidir.ona gore cox yatmayin.oluden cox yatan yoxdu........................

- alan delon
- 22 fevral 2012, 19:13
- ↓

Şərhlər (3)
RSS qısalt / böyüt