Bloq: xiridar → Yaz yağışı-Yetim Eyvazın ifasında
Yetim Eyvaz adıyla tanınan Eyvaz Siyəzənli Azərbaycanın titulu,adı olmayan şairlərindədir. sözün düzünü deyən,əyrini yəri,düzü düz deyən bu şair Azərbaycandakı 5 kişidən biridir. Öz satirası ilə,şerləri ilə çoxlarının deyə bilmədiyi şeyləri deyir Eyvaz.Amma o həm də incə ruhlu,lirik təbiətli bir şairdir. Abşeron toylarında onun "Səni,yox,fotoşəklini", "Yağış yağır,ona qurban olum", "gör məni nə günlərə saldı məhəbbət", "qoca dünya" kimi mahnıları artıq şedevr sayılır. Onun ən gözəl,ən tanınmış mahnısı isə əlbəttə ki,"Yaz yağışı" sayıla bilər. Youtube-da gözəl musiqi ilə,lakin görüntüsü elə də yaxşı olmayan bir videosunu tapıb sizə göstərirəm. məxsusui olaraq söz qədrini başa düşənlər üçün şerin sözlərini də yazdım.
Yağış yağır...
yaz yağışı...yağ ay yağış,
Yağginən sən, sənə əhsən,
Sənə alqış, yağ ay yağış,
Yağginən sən,bu çöllərə,çəmənlərə yağginən sən,
Susuzluqdan xəzan olan çiçəklərə yağginən sən,
Yağginən sən arzulara,diləylərə yağginən sən,
Məhəbbətdən alovlanan ürəklərə yağginən sən,
Yağginən sən,yağa-yağa islatginən paltarımı,
Qaytar mənə gənclikdə ki,öz əhdimi,ilqarımı,
Elə yağ ki,qoy islansın əlimdəki qələm,vərəq,
Yadımdadı nəcə yağdın,düz otuz il bundan qabaq,
Elə gözəl yağmışdın ki,islanmışdı üz-gözümüz,
Oturmuşduq Qalaltında,bir palıdın altında biz,
Sən yağdıqca,damcıların səpilirdi üzümüzə,
İkimiz də isləmirdik durub gedək evimizə,
Qorxurduq ki,durub getsək,xələl gələr sevgimizə,
Sən elə bir şersən ki,sən elə bir nəğməsən ki,
Ağzın yoxdu,dilin yoxdu,necə deyim,biləsən ki?
Sən yağanda yamaclara, düzənlərə can verirsən,
Zəmilərdə sünbüllərin damarına qan verirsən.
Yağ ey yağış, qurban olum səhərəcən yağginən sən,
Dayanmadan, Qalaaltıdan şəhərəcən yağginən sən.
Yağginən ki, Giləzidə şoran düzlər çiçək açsın,
Bu ölkədən, bu diyardan, qüssə-kədər uzaq qaçsın,
Yağa-yağa nə olar ki,xəbər apar sevgilimə,
Aman gündü bu halımı,bu günümü ona demə,
Döyə-döyə pəncərəsin,deginən ki, gəlibdi yaz,
Qala altında Şirəliynən beş-beş vurur yetim Eyvaz.
Eyvazın bu mahnını artıq professional şəkildə səsyazma studiyasında oxuyanda bəzi dəyişikiklər var.Orada başqa şeirlər də əlavə olunub,musiqi də başqa cürdür(bir variantda Aşıqlar qrupunun Qönçə mahnısı var).
Eyvazın bütün populyar şerlərini istəyənlər isə onu burda endirə bilər.

1.Axırı yoxdur dünyanın
2.icmeliyem mən
3.Bu dünyanın
4.Dəmir qapılar
5.Haram deyil
6.Mehebbet
7.Pənco-pənco
8.Siyazen
9.Ya Məhəmməd Ya Ali
10. Özün kömək
11.Şairlər
12.Bu yaşımda
13.Derd çoxalır
14.Logalig edir
15.Men dünyadan gedən olsam
16.Pullarimiz
17.Xocali
18.Yapuyoruq
19.Yaz yağışı
Mənim fikrimcə bu şeirləri məhşur edən onların xalqa yaxın bir dildə ürəklə deyilməsidi. O qədər şair var ki, sözün həqiqi mənasında şedevr olan şeirlər yazır. Ancaq heç kəs kitabını alıb oxumur. Eyvazın məhşurluğunun səbəbi məncə elə budu. Bu şeirlər müəllifin ifasında yox adi kitab şəklində satılsaydı inanmıram ki, bu gün Eyvazı kimsə tanıyardı
məncə bu şeiri məşhur edən sadəliyidir
ona sadəlikdə deməzlər ilk baxışdan xoş gələn incəsənət nümunələridir bunlar
ömürləridə həmişə az olur
Seneka eşidəndə ki, məhşur olub bürün xalq onun yazdıqları ilə maraqlanır. Çox kədərlənib. Çünki başa düşübki kütlə üçün yazır. Doğurdanda bu şeirləri hətda tərcümə edib dünya səviyyəsində təqdim etməkdə imkansızdı. Halbu ki, Mirzə Şəfi Vazehin şeirlərinin Alman dilində tərcüməsi necədə məhşur olmuşdu.
Eyvaz dayını bəyənib-bəyənməmək üçün onu öz əksi olan adamla müqayisə etmək lazımdır. Nəsə mənə elə gəlir ki,Zəlimxan Yaqub və Eyvaz Siyəzənli bir-birinin əksidir.Biri tərifləyir,xalq şairidir,deputatdır,adı-sanı,imkanı var.biri isə tənqid edir,sadədir,kasıbdır,araq içir,ucuz toylara gedib şeir deyir.
Mən bir şeyi anlamıram ki, bizdə ancaq dahi insanlar şair olur. İngilisin Nyuton kimi, Yəhudinin lap çox başda dahi Eynşteyn olmaqla, Rusun Çexovunu bütün Avropa tanıyır ,amma Nizamini ,Füzulini Avropada heç kim tanımır, durub eyvazla fəxr edirik gör nə gündəyik ay allah…
şərh silinib

Şərhlər (18)
RSS qısalt / böyüt