Sevgi... Dostluq... Güvən

Bir zamanlar üç dost varmış. Sevgi, Dostluq və Güvən... Gün gəlmiş sevginin işi çıxmış... Amma dostlarından ayrılmadan əvvəl onlara söz vermiş.
"Mənimçün darıxdığınızda gəlin, uzaqlarda olmayacağam. Harada gözləri arzuyla dolu bir-birlərinə baxan bir cütlük görsəniz mən orda olacam" - demiş və onlardan ayrılmış...
Yaxşı demiş Dostluq Güvənə; "Madam elə mən də yoluma davam edim... Vəzifə çağırır... Amma narahat olma, harada birlikdə ağlayan iki insan görsən məni orada taparsan..."
Güvən ağızını açmış vidalaşmaq üçün amma Dostluq ayrılmış. Dostunun yanından, onun son sözünü dinləmədən uzaqlara getmiş...
Güvən səssizcə içindən keçirmiş əlində olmadan... "Məni itirsəniz, bir daha əsla tapa bilməzsiniz..."
 

0 şərh