Ana olmaq...

Stol arxasında oturub axşam yeməyi yeyirdik.Birdən qızım öz həyat yoldaşı ilə ailə üzvlərinin sayını artırmağını düşünüklərini söylədi.

         -Biz burda sorğu keçiriik.Soruğunun nəticələrinə əsasən qərar verəcəyik,-zarafatyana qızım söylədi-Səncə düzgün qərar qəbul etmişəm?

         -Bu sənin bütün həyatını dəyişdirəcək,-emosiyalarımı gizlətməyə çalışaraq söylədim mən.

         -Bilirem.Həftəsonları adət etdiyim qədər yata bilməyəcəm.Əvvəllər edtiyim istirahətdən məhrum olacam.

         Amma bu hec də mən demək istədiklərim deyil.Mən qızıma baxıb fikirlərimi ona necə daha aydın şəkildə söyləyim deyə düşünürdüm.Mən istəyirdim ona heç bir yerdə öyrənə bilməyəcəklərini söyləyim.

         Mən ona demək istəyirdim ki,doğuş zaman ortaya çıxan yaralar tez sağalacaq, lakin analıq ona heç vaxt sağalmayacaq dərin emosional  yaralar verəcək.

         Bundan sonra oxuduğu hər bir qazet xəbərindən sonra "Bu mənim övladıma olsaydi mən nə edərdim?" deyəcək.hər bir təyyarə qəzası, hər bir yanğın onu addımbaaddım izləyəcək.Aclıqdan ölən uşaqların şəkillərinə baxdıqda düşünəcək ki, övlad ölümündən acı dünyada heç nə yoxdur.

         Mən onun yeni manikür edilmiş dırnaqlarına və dəbli kostyumuna baxdım və özüm özümə düşündüm ki, nə qədədr incə olursansa ol analıq səni öz balasını qorumaq üçün hər şeyə hazır olan bir primitiv səviyyəyə endirəcəək .Övladının tək bir dəfə təşvişli halda "ana" qışqırışı onun əlində olan hər şeyi təəsüf etmədən tmağa vadar edəcək-sufledən tutmuş ən bahalı xrustal bokala qədər.

         Mən istəyirdim onu xəbərdar edim ki, işinə neçə il sərf edirsə etsin onun karyerasında uşaq dünyaya gədikdən sonra nəzərə çarpaçaq dərəcədə dəyişiklər olacaq.Düzdür,o dayə tuta bilər,lakin bir gün gələcək və o çox önəmli bir iş görüşməsinə getməli olacaq.Amma həmin görüşmədə o iş haqqında deyil övladının istiliyini, qoxusunu düşünəcək.O  an  o, həmin görüşmədən qaçıb övaldının yanəna gəlməmək üçün bütün iradəsini toplamalı olacaq.

         Mən gözəl qızıma baxaraq demək istəyirdim ki,o, hamiləlik vaxtı aldığı kilolardan azad ola biləcək, lakin analıq hissindən  heç vaxt azad ola bilməyəcək.Belə önəmsədiyi şəxsi həyatının övladının dünyaya gəlməsindən sonra heç bir əhəmiyyəti olmayacaq.Övladını xilas etmə anında özü də daxil olmaqla hər şeyi unudacaq.Umid edəcək ki bütün arzuları həyata keçəcək.Özünü deyil..Övladının.

          Mən demək istəyirdim ki, onun bədənində qalan çapıq izləri onun üçün şərəf izləri olacaq.Onun həyat yoldaşı ilə münasıbətləri o gözləmədiyi dərəcədə dəyişəcək.Mən istərdim ki, o, övladına sevgi dolu gözlərlə baxan və onunla oynamaqdan heç vaxt boyun qaçırmaya kişini necə sevmək olar.

          O anlayacaq ki, indi heç də romantik hesab etmədiyi bir səbəbə görə yanındakı insana necə yenidən aşiq olmaq olar.

          Mən qızıma övladıdın ilk addımlarını görən.ilk sözlərini eşidən ananın keçirdiyi hissləri təsvir etmək istdədim.Ağrı verə biləcək qədər sevinch hissini anlatmaq istədim.

          Qızımın təəcüb dolu baxışları mənim gözlərimdən yaş axdığını mənə söylədi.

          -Sən heç vaxt peşman olmayacaqsan,-nəhayət mən söylədim.

Əlimi masanın arxasında mənlə üzbəüz əyləşən qızıma doğru uzatdım.Onun əllərini oz ovuclarımda sıxdım və onun üçün, özüm üçün və bütün qadınlar üçün dua etdim.

           Qoy ətrafınızda daimə sevdiyiniz şəxslər olsun!

Müəllif: Djin-Lu trintiqnant
Rus dilinə tərcümə: Elvira Boyarskaya                                                                                                                                     Azərbaycan dilinə tərcümə:Aysel Əliyeva

 

4 şərh

Shabnam_Ilham
Maraqlı məqalə idi. Tərcümə də yaxşı alınıb. Təbii ki, analıq hissini ancaq yaşayan bilir. Yaxşı ki, düşündüklərini söyləmədi, çünki hələ ana olmayan birisinin bu hisslərin necə ülvi hiss olduğunu anlaması bir az çətin olardı məncə..Topik üçün təşəkkür.
BaRLeLiTa
suupeer alinib..10/10
Aysel77

Bu mənim ilk  topikimdir.Bəyəndiyinizə sevindim!)