İqlim tipləri

Ərazinin geniş hissəsi subtropik, yalnız Lənkəran və Böyük Qafqazın cənubu (Qanıx-Əyriçay) rütubətli subtropik qurşaqdadır. Ə.Şixlınski Azərbaycanı 8 iqlim tipinə ayırıb. Buna səbəb coğrafi enlik və relyefin müxtəlifliyidir.
I. Yarımsəhra və quru çöl iqlimi Azərbaycanın 50%-dan çoxunu əhatə edir. Bu iqlim əsasən Azərbaycanın düzənliklərini — Kür-Araz, Samur-Dəvəçi və Naxçıvanın Arazboyu düzənliklarini əhatə edir. Bu ərazilərdə arid (quraq) təbiətin olması bu iqlimlə əlaqədardır. Iki yarım tipi var:
a) Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (və ya quru subptropik iqlim) yaranıb. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Bu iqlim şəraitində pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik meyvəçilik inkişaf edib. Qış otlağı kimi istifadə olunur.
b) Naxçıvanın Arazboyu düzənliklərində qışı soyuq, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi yaranıb. Iqlimi kəskin kontinentaldır (yayı isti, qışı sərt soyuq). Kəskin rütubət çatışmazlığı olduğu üçün ərazinin bütün sahələrində suvarmaya böyük ehtiyac var. Çəyirdəkli meyvəçilik inkişaf edib.
II. Mülayim-isti iqlim Azərbaycanın 30%-dən artığını əhatə edir. Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın, Talışın alçaq və dağlıq zonaları üçün səciyyəvidir. 3 yarım tipi var:
1. Qışı quraq keçən mülayim-isti iqlim.
2. Yayı quraq keçən mülayim-isti iqlim.
3. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim. Talış dağlarını, Böyük Qafqazın cənubunu əhatə edir. Yay nisbətən quraq keçir. Bu iqlim çay, meyvə-tərəvəz, bostan və sitrus bitkiləri üçün əlverişlidir.
Mülayim isti iqlimdən dəmyə əkinçiliyi, üzümçülük, taxılçılıq, bağçılıq, maldarlıqda istifadə olunur.
III. Soyuq iqlim Azərbaycanın 20%-dan azının tutur. Böyük və Kiçik Qafqazın və Naxçıvanın orta və yüksək dağlığını tutur.
1. Yayı quraq keçən soyuq iqlim Naxçıvanda yayılıb.
2. Qışı quraq keçən soyuq iqlim Böyük və Kiçik Qafqazın orta və qismən də yüksək dağlığı üçün səciyyəvidir.
3. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənub yamaclarında, 1500-2700 m yüksəklikdə müşahidə olunur.
Soyuq iqlimdən- subalp və alp çəmənləri, yay otlaq və biçənəkləri kimi istifadə olunur.
IV. Dağ tundra iqlimi Böyük və Kiçik Qafqazın 2700 m-dən artıq olan hissələrini əhatə edir. Yağıntısı və temperaturu çox aşağı olur. Bu iqlim tipi təsərrüfat üçün yararsızdır.
Böyük və Kiçik Qafqazda, Naxçıvanda dolu; Kür-Araz, Abşeron-Qobustan və Ceyrançöldə quraqlıq və isti-quru kü1ək1ər təsərrüfata güclü ziyan vurur.
Azərbaycanda bataqlıqların qurudulması temperaturu artırır, rütubəti azaldır; Süni sututarların yaradılması buxarlanmanı artırır, torpağın nəmlənməsinə səbəb olur.
Azərbaycanın iqlim tipləri

  1. Qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi.
  2. Qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi.
  3. Qışı quraq keçən mülayim-isti iqlim
  4. Yayı quraq keçən mülayim-isti iqlim.
  5. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim
  6. Yayı quraq keçən soyuq iqlim.
  7. Qışı quraq keçən soyuq iqlim.
  8. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim.
  9. Dağ-tundra iqlimi.

0 şərh