Fonetika testləri -2

  1. Hansı sözlər hecalara düzgün ayrılmayıb?

a)  A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız

b)  Sev-dik-lə-ri-miz-dir, o-dun-çu-lar

c)   Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər

d)   Na-mə-lum, mü-şa-hi-də

e)   Mu-si-qi-şü-nas, mü-ka-li-mə

 2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır?

a) Saydır  b)Oxdur  c) Dərddir  d)Bağdır e) Lakin

3. Hansı sözdə nöqtələrin yerinə  y  yazılmalıdır?

a)      Külə…dən b) Çiçə…lər  c) Idra…mız d) Mələ…im e) Ürə…siz

4. Hansı fikir doğru deyil?

a)  Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir?

b)  Səs uzanması sözün ilk hecasında da ola bilər

c)  Mürəkkəb sözlərdə ahəng qanunu pozula  bilər

d)  Simfoniya, ambulans, qumbara, gümbəz  sözlərinin yazılışı düzgündür

e)  Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər

5. Sözlərdən biri vurğusu əvvələ düşən, milli sadə sözdür

a) Ağdaş  b)Tabel c) Bayaq d) Inam e) Elat

6. Hansı sözlərdə vurğu işarəsi düzgün qoyulmayıb?

a)  Silahda'ş b)Sici'liya c) se`ntner   d)pana'ma  e) mona'stır

7. “ Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz.

a)  Vurğusu son hecaya düşür

b)  Ahəng qanunu pozulub

c)  Bir dodaqlanan, üç dodaqlanmayan sait var

d)  Bir kar samit var

e)  Bir cingiltili samitin kar qarşılığı var.

8. Ahəng qanunu pozulmuş sözlərdən birində səs uzanması birinci hecadadır

a)  Cinayət  b) Mənəvi  c) Kabus  d) Məşuq  e) ədalət

9. Birində səs uzanması yoxdur

a) Yekun  b) Qadir   c)Siyasət  d) Sitayiş e) Tövbə

10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir?

a) Qoruq  b) hüquq  c) külək  d) kənddən  e) şəffaf

11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz?

a) Dilarxası b) dilönü c) gen d) dar e) dodaqlanan

12. Tələffüzü düzgün verilməyən sözü seçin

a) [lentva:ri]  b) [rüşeyimsiz]  c) [ka:perativ] d) [bərbatcasına] e) [mə:dəniyət]

13. Biri düz yazılmışdır:

a)      Kinematoqraf  b) kineteatr  c) kinerejissor  d) kinefilm  e) kinekomediya

 14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib:

a)  Nanə [na:nə  b) pansion [pansiyon] c) etinasız [e:tina:sız] d) pıqqıltı [pık'qıltı] e) zooloji [za:loji]

15. Sözlərdən birinin yazılışı səhvdir:

a)   Karnaval b) doğramac c) başısoyuq d) arxioloji  e) süxur

16. Hansı sözün tələffüz şəkli səhv göstərilib:

a)  [o:xalamax] b)[ xoşbaxlıx] c) [si:ma:sız] d) [bosdan] e) [k'lub]

17. Sətirdən sətrə keçmək baxımından biri  fərqlidir.

a) 100% b) ilan c) 3 sot d) DQT e) ailə

18. Biri defislə yazılmır

a)  Dəymə-düşər  b) gündən- günə c) bəzək-düzək d) tör-töküntü  e) stəkan-zir

19. Hansı sözdə eynicinsli sait qoşalığı yoxdur?

a)  Təəccüb b) nailiyyət c) təəssürat d) təəssüf  e)bədii

20. Hansı sözdə yazılışından fərqli tələffüz olunan samit var?

a) Döyüş  b)əzgin c) vurhavur d) qulaq e) elan 

 

8 şərh

babayeva_sabina
1.c                                                                             
2.a
3.d
4.c
seyidova
1.c                                                                              
2.a
3.d
4.c
5.c
6.e
7.a
8. d
9.a
10. d
11.?
12.?
13.a
14.d
15.d
16.e
17.d
18.e
19.e
20.d 
ayxansevda
cavablar: 1 c 2a 3d 4d 5 c 6 e 7c 8d 9a 10 e 11a 12e 13a 14c 15d 16e 17 e 18a 19b 20 d  
 
ayxansevda
10 testdə ff heç bir dəyişikliyə uğramayan samitdir qoruq sözündə (qorux) kimi tələffüz var burda q samiti həm q həm x saəsini verir, hüquq sözündə q samiti q və k səsini və s 11 ci test   qalın saitlər dilin üfüqi halında dilarxasında tələffüz edilir buna görə qalın saitlər kimi dilarxası saitlər terminini işlətmək olar. 12 ci testdə isə mədəniyyət sözündə uzun sait yoxdur cavab e
seyidova
18i başa düşmedim stekan-zir defisle yazılır? ilk defe eşidirem ....17 maraqlıdı a-ile :)
ayxansevda
18 -də dəymədüşər birlikdə yazılır cavab budu 
Ramil
Amma cavabları yazmaqda nahaqdan tələsmisiniz.