Fonetika testləri

1. Hansı xüsusiyyətlər sait səslərə aiddir?

1. Maneəli tələffüz olunur
2. Heca əmələ gətirmir
3. Uzun tələffüz olunur
4. Küylü olur
5. Heca yaradır

2. Hansı sözdə beş səs var?

a) Xaos b) təbiət c) müasir d) teatr e) Səidə

3. Hansı sözdə yazıda işarəsi olmayan səs işlənib?

a) Səkkiz b) məktub c) qatıq d) tələffüz e) bərk

4. Hansı samit qoşalığında tələffüz fərqi əmələ gətirmir?

a) Kk b) qq c) tt d) yy e) ff

5. Hansı sözdə eyni hərf müxtəlif səsləri ifadə edir?

a) Kələk b) təklif c) güclü d) təqsir e) lampa

6. Hansı söz birləşməsinin birinci tərəfinin son cingiltili samiti kar tələffüz olunur?

a) Kənd adamı
b) Külək qasırğası
c) Zavod müdiri
d) Qənd alan
e) Hicran yarası

7. Birində sait qoşalığı tələffüzdə fərq yaratmır?

a) Təbiət
b) Bədii
c) Bəraət
d) Müəyyən
e) Bioloq

8. Hansı fikir doğru deyil?

A) Eyni sait qoşalığında səs uzanması tələffüzdə fərq əmələ gətirə bilər
B) Beş samit səsin qarşılığı yoxdur
C) Səs uzanması Avropa mənşəli sözlərdə də olur
D) Səs uzanması ilə vurğu heç zaman üst-üstə düşmür
E) Eynicinsli sait qoşalığı olan sözlərin hamısı tələffüzü fərqli olan sözlərdir

9. Hansı sözdə səsdüşümü, səs uzanması, səsdəyişimi və səsartımı fonetik hadisələrin hamısı var?

a) Təəccüblə
b) Dovğa
c) Arifanə
d) Qabiliyyət
e) Səadət

10. Sözlərdən birində qalın, açıq və dodaqlanmayan saitin ahəngi gözlənilib.

a) Qarabağlar
b) Orduxan
c) Odunçuluq
d) Vətənsevərlər
e) Qoruqdakılar

11. Hansı sözün yazılışı düz tələffüzü səhvdir?

a) Mütəxəssis – ( mütəxəsis)
b) Müsaidə — ( müsa:yidə)
c) Namünasib –( na:müna:sib)
d) Müsdəsna – (müstəsna)
e) Monoloji – ( manaloji)

12. Hansı sözün yazılışı səhvdir

a) Miniatur
b) Saymazlıq
c) iztirab
d) motoskilet
e) Nəvaziş

13. Nümunədə neçə söz səhv yazılıb?

Anadı hər kişiyə öz vətəni
Bəsliyib sinəsi üstündə onu

a) 1
b) 2
c) 3
d) 4
e) 5

14. Səhv yazılan söz hansıdır?

A) Mazıt
B) Portret
C) Paraşüt
D) Vermişel
E) Respublika

15. Aşağıdakılardan hansında səs və hərf tərkibi arasında fərq yoxdur?

A) Diqqətli
B) Ayaqaltı
C) Müəyyən
D) əvvəlcədən
E) qayıqçı

16. “palıdlı” sözünün fonetik təhlili ilə bağlı səhv cavab hansıdır?

a) (palıtlı) kimi tələffüz olunur

b) Iki kar samit var

c) Ancaq qalın saitlər işlənib

d) Vurğu son hecaya düşür

e) Üç cingiltili samit var

17. “pıçıldaya-pıçıldaya” sözünün fonetik təhlilinə aid deyil

1. Ahəng qanununa tabedir

2. (pıçıldıya-pıçıldıya) kimi tələffüz olunur

3. Dörd sonor samit var

4. Səsuzanması vardır

5. Deyilişi və yazılışı fərqli sözdür

18. “Comərd” sözünün fonetik təhlili ilə bağlı səhv cavab hansıdır?

a) Bir fonetik hadisə var
b) Ahəng qanunu pozulub
c) D- samitinin kar qarşılığı işlənib
d) Səs uzanması hadisəsi var
e) Vurğu son hecaya düşür

19. Hansı sözdə tələffüzdə heç zaman uzanmayan iki saitin ikisi də verilib?

a) Insan
b) Sevinc
c) Senyor
d) Düha
e) Şüalı

20. “Tumarlamaq” sözünün fonetik təhlili hansı cavabda düzgün verilib.

a) Kar samitlə başlayıb cingilyili samitlə bitir.
b) Vurğu üçüncü hecaya düşür
c) (l) samiti sonor samitdir, tələffüz olunur.
d) Beş cingiltili samit var

e) Eynicinsli samit qoşalığına nümunə göstərmək olar

Cavablar: 1) 3.5 2) c 3) b 4) e 5) a 6)c 7)c 8) d 9) a 10) a 11)b 12)d 13) b 14) a 15) d 16) a 17) 2.4 18) a 19) e 20) e



 

13 şərh

kentavr
Axşamınız xeyir! Dərin təşekkürlər! Davamlı olsun!
ayxansevda
faydalandığınıza sevindim buyurun cavabları da yazdım özünüzü yoxlayın
Shabnam_Ilham
Öncəliklə test üçün təşəkkürlər. Amma 17ci testdə (pıçıldıya-pıçıldıya) kimi tələffüz olunur axı, əgər səhv fikirləşirəmsə düzgün olanı yazardız da zəhmət olmasa :)
Responsible
Əslində o söz [pıçıllıya-pıçıllıya] kimi tələffüz olunur :)
Shabnam_Ilham
Cox sağ olun Responsible… Bayaqdan beynimdə bu sual firlanırdı… açıqlamaya görə sağ olun  :)
Responsible
Köməyim dəydisə xoşdur:)
ayxansevda
pıçıltıya-pıçıltıya olmalıdı
music_and_love
Ən çətin bölmələrdən biridir=(
Asya
Responsible,  picilliya-picilliya  olmalidir.suallara  gore  twkleeeeeeeeeeer.
rezerv
Cavablar verilməsəydi ,məncə daha yaxşı olardı.((
azeri87
salam,Zəhmət olmasa 16-cı suala nəzər salın.Məncə cavab «e» olmalıdır axı
 
nargile_veliyeva
a saiti uzzanir axi niye 19 cu sualin cavabi  e 
bendi oldu?
end2280
7-ci sualda D)Müəyyən sözü [mə:yyən] kimi oxunur axı. Düzgün cavab E) Bioloq olmalıdır