Paxlava

Paxlavanın inqrediyentləri
  • Un — 500 q
  • Kərə yağı — 150 q
  • Maya — 20 q
  • Yumurta — 1 ədəd
  • Süd — 200 q
  • Vanil — 5 q
  • Duz

İçlik üçün:
  • Qoz ləpəsi — 500 q
  • Şəkər tozu — 500 q
  • Hil — 4-5 ədəd

Şərbət üçün:
  • Şəkər tozu — 1 st.
  • Su — 1 st.

Üzəri üçün:
  • Yumurta sarısı — 2 ədəd
  • Zəfəran

Paxlavanın hazırlanma qaydası



paxlava
1.     Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
2.     Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3.     Ələnmiş una 1 ədəd yumurta, duz, süd-yağ qarışığı, vanil və maya əlavə olunub yumşaq xəmir yoğrulur.
4.     Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5.     İçliyi hazırlamaq üçün: qoz qozçələn maşından keçirilir, əzilmiş hil və şəkər tozu qarışdırılır.
6.     Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
7.     Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
8.     Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
9.     Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
10.       Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
11.       Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
12.      Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur.

Hazırladı: Tamilla Fərəcova
Mənbə: Bizim Mətbəx jurnalı

Paxlava hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Əla un — 600 q.
  • Ərinmiş yağ -150 q.
  • Üzlü süd — 200 q.
  • Yumurta — 3 əd.
  • Duz — 5 q.
  • Maya — 20 q.
  • İç üçün:
  • Qoz ləpəsi və ya fındıq ləpəsi yaxud badam ləpəsi — 500 q.
  • Şəkər — 500 q.
  • Vanilin — 0.05 q.
  • Zəfəran — 1 q.

Paxlavanın hazırlanma resepti

Xəmir mayasını 25-30-yə qədər qızdırılmış üzlü süddə əridirlər, azagıq duz vururlar. Bir qaba un tökürlər, ona maya vurulmuş süd, çiy yumurta, əridilmiş yağ qatıb, bərk xəmir yoğururlar və üstünü örtüb agımaq üçün 1-1.5 saatlığa isti bir yerə (30-35 C) qoyurlar. Xəmirdən kündələr qayırıb, 0ç5 mm qalınlıqda yayırlar hər sini üçün 2 mm qalınlıqda 2 yuxa və 0.5 mm qalınlıqda yuxaların birindən başqa bütün yuxaların birindən başqa bütün yuxaların bir üzünə azca qızdırılmış kərə və ya ərinmiş yağla yağlayırlar. 2 mm qalınlıqdakı yuxaların birindən başqa bütün yuxaların bir üzünə azca qızdırılmış kərə və ya ərinmiş yağla yağlayırlar. 2 mm qalınlıqda olan yuxanı yağlı üzü yuxarü olaraq siniyyə salırlar.
Xəmirin üstünə 3-4 mm qalınlıqda iç səpirlər.İçin hazırlanması. Şirin badamin ləpəsini qaynar suya tökürlər, qabığı asanlıqla çıxana qədər (5-8 dəqiqə) pörtürlər, qabıqdan çıxarıb azacıq qurudaraq xırda gözlü badam 1:1 nisbətində şəkərlə qarışdırırlar.
Badam olmadıqda fındıq da götürmək olar. Fındığın içini tavada o vaxta qədər qovurlar ki, onun nazik qabığı asanlıqla çıxsın, lakin yanmasın. Fındıq ləpəsinin qabığını cod dəsmal arasında sürtməklə çıxarır, sonra badam kimi maşında çəkib, 1:1 nisbətdə şəkərlə qarışdırırlar. Fındıq ləpəsinin keyfiyyati badamdan aşağı olur.İçin üstündən 0ç5 mm naziklikdə yuxa salıb, yenə iç səpirlər. Bu əməliyyatı yayılmış yuxalar qurtarana kimi təkrar edirlər. Axırıncı yuxanı yağlamadan salırlar və əllə yüngülcə basaraq sıxlaşdırırlar. Sonra bu qat-qat xəmiri elə doğrayırlar ki, 10 sm uzunluqda və təxminən 4-4.5 sm enində romb şəkilli paxlavalar alınsın. Paxlavaların üzünə zə«fəranla qarışıq yumurta sarısı sürtülür. Sonra hər rombun ortasına yarım dənə fındıq və ya püstə ləpəsi basırlar və paxlavanı sinilərdə duxovkaya qoyub, qızarıncaya qədər bişirirlər. Sonra üstünə qənd və ya balla yağdan hazırlanmış qatı şirə gəzdirirlər və enə 5-6 dəqiqəliyə isti duxovkaya qoyurlar. Sonra paxlavanı duxovkadan çıxarıb soyudurlar və üsulluca boşqaba yığırlar.

 

0 şərh