Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

34 üzv, 60 topik

Azərbaycanın bitki örtüyü

Dünyada mövcud olan 500 min bitki növünün 4,3 mini Azərbaycanda bitir. Azərbaycanda bitki örtüyünün zəngin olması ilk növbədə relyef və iqlim şəraitinin müxtəlifliyi ilə əlaqədardır. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Talış dağlarındakı Zuvand çökəkliyində və Naxçıvanda endemik bitkilər — əsasən çoxillik otlar geniş yayılıb.
Əsasən Talış dağlarında qismən Baş Qafqaz və Ceyrançöldə III dövrün relikt (qalıq) bitkiləri yayılıb. Məsələn: dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azad, qaraçöhrə, şümşad, Eldar şamı və s. Relikt və endemik bitki olan Eldar şamının təbii vətəni Ceyrançöldəki Ellər oyuğudur. Bu ağacdan arid ərazilərin yaşıllaşdırılmasında geniş istifadə olunur.
Ardı →

Azərbaycanda relyef

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir.


Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir.


Ardı →

Aran rayonu

Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonu olub, tərkibinə 16 kənd rayonu (Yevlax, Ağdaş, Ucar, Göyçay, Salyan, Beyləqan, Zərdab, Kürdəmir, Hacıqabul, Bərdə, Ağcabədi, Imişli, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad rayonları) və respublika tabeli Mingəçevir, Şirvan (Əli-Bayramlı) və Yevlax şəhərləri daxildir. Aran — Azərbaycanın ən çox respublika tabeli şəhəri olan iqtisadi rayonudur. (cəmi 3). Aran iqtisadi rayonu çox əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran coğrafi rayonları ilə, şərqdə Xəzər dənizi ilə həmsərhəddir. Cənubi Qafqazın Xəzər və Qara dəniz sahillərini birləşdirən əsas nəqliyyat xətləri (dəmir və şosse yolları). Aran iqtisadi rayonundan keçir. Bakını Azərbaycanın digər iqtisadi rayonları, Gürcüstan, Iran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları da bu rayonun ərazisindən keçir.


Ardı →

Xınalıq

Xınalıq adı 50-60-cı illərdən sonra işlənməyə başlanmışdır. Orta əsrlərdə və ondan da qədim zamanlarda və hətta indii Xınalıq kəndi və camaatı çox vaxt özlərinə Kətş xalqı da deyir. Kədid- kəttidur. Kətiş və kətç sözünün açıqlaması və mənası- müqəddəs deməkdir. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində  qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Xınalıqlılar etnik qruppu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Xınalıqda 12-ci əsldə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlamışdır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrlərə aid edilir. Ona görə də camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində sağ tərəfdə  metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində runa yazıları həkk olunmuşdur.


Ardı →

Meşə və tikinti sənayesi

Meşə sənayesinin yerləşməsi əlverişli nəqliyyat şəraitindən və xammal ehtiyatlarının olmasından asılıdır. Azərbaycanın 11%-ni tutan meşələrin sənaye əhəmiyyəti çox azdır. Möhkəm oduncaqlı palıd, fıstıq, vələs, qoz, tut, şabalıd və s. ağaclar — mebel istehsalı və müxtəlif tikinti materialları (parket, qapı) hazırlamaq üçün əvəzedilməz xammal olsa da, onlardan olduqca az istifadə edirlər. Azərbaycanın Böyük və Kiçik Qafqaz, Talış dağları əsas meşə tədarükü rayonlarıdır. Mingəçevir, Yenikənd, Şəmkir, S.E.S-ləri tikiləndə Kürün üzərindəki tuqay meşələri qırılmış və ya su altında qalmışdır.


Ardı →

İqlim

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.


1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.


Ardı →

Azərbaycan çayları,gölləri,suları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km2-dən (Abşeron-Qobustan) 0,84 km/km2-rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.


Ardı →

Yeraltı sular

Yeraltı su yataqlarının kəşfiyyatı, ehtiyatların hesablanması və istifadə imkanlarının müəyyənləşdirilməsinə dövlət standartları və normativ təlabatlar nəzərə alınmaqla yeraltı suların əlverişli toplanma şəraitinə malik düzənlik və dağətəyi bölgələrdə əhatəli geoloji-kəşfiyyat işləri aparılmışdır.
Müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, Imişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd, Hadrut rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı problemlərinin həll edilməsi məqsədi ilə uzun illər ərzində III Bakı su kəməri ilə əlaqədar Samur-Vəlvələçay düzənliyinin yeraltı sularının dəqiq kəşfiyyatı aparılmış, ehtiyatları təsdiq edilmişdir.


Ardı →

Tikinti materialları və qeyri-filiz xammalı

Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.
01.01.2006-cı il tarixə faydalı qazıntı ehtiyatlarının Dövlət balansında 303 tikinti-inşaat materialları yataqları, o cümlədən 59 mişar daşı, 22 üzlük daşı, 95 gil, 10 sement xammalı, 27 tikinti daşı, 71 qum-çınqıl, 14 qum, 3 bitumlu süxurlar və 2 perlit, pemza yataqları qeydə alınmışdır.
Ardı →

Azərbaycanın faydalı qazıntıları

Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.


Ardı →