Fonetika,leksika, morfemikadan testlər

  1. Aşağıdakı sözlərdən hansı  “oo” sait qoşalığı [ a ] kimi tələffüz edilir?

a)      Kooperativ   b) zoologiya  c) zoopark  d) zootexnik   e) zooloji 

2. “Arxeologiya, teatr, maneə, teorem “ sözlərinin tələffüzü hansı bənddə düzgün göstərilmişdir?

a)      [arxiyalogiya], [tiyatr], [ma:niyə ], [tiyarem]

b)      [arxiyologiya], [teyatr], [maneyə], [teyarem]

c)       [arxeologiya], [teatr], [maneə], [teyarem]

d)      [arxeyologiya], [tiyatr], [maniyə], [teyorem]

e)      [arxeyo:logiya], [tiyorem], [ma:niyə], [tiyarem] 

3. Yazılışı tələffüzündən fərqlənməyən sözləri göstərin:

a)      Ailə, səadət, müavin, okean

b)      Xalaoğlu, əmioğlu, teatr, fəaliyyət

c)       Sual, mətbuat, aktual, bəraət

d)      Qüvvə, rejissor, qrammatika, kakao

e)      Çörək, ürək, saqqız, saqqal

4.  K  hərfi “kapitan, kosmos” sözlərində [k`], “kino, Kiyev”    sözlərində  [k] kimi tələffüz edilir?

a)      ümumişlək sözlər olduqlaarı üçün

b)      əsasən, iki və üç hecalı söz olduqları üçün

c)       ahəng qanunu gözlənilmədiyi üçün

d)     Rus-Avropa mənşəli sözlər olduqlarından 1-ci iki söz qalın saitli heca ilə, 2-ci iki söz isə incə saitli heca ilə işləndiyi  üçün

e)      1-ci iki sözdə vurğu birinci hecada ,  2-ci iki sözdə isə vurğu ikinci hecada olduğu üçün

5.  Yazılışı  deyilişindən fərqlənən sözlərin altından xətt  çəkin

Toxuculuq,  üzüntü, cəfəngiyat, palıd, agac, kağız, metro

6.  Tərkibində ancaq incə saitlərin işləndiyi sözlərin sayını göstərin:

Müğənni, kitabxana, qoyun, həkimlik, çiçək, dəzgah, mülayim, televizor

a)      3 b) 5 c)7 d)2 e) 6

7. Hansı sözün tələffüzü doğrudur?

a)      [müavin ]  b) [otaq] c) [zəif] d) [palıd] e) [mə:llim]

8.  Hansı sözün kökü yox, şəkilçisi fərqli tələffüz olunur?

a)      Evdar b) zorla c) məktəbli d) güldan e) həyətdə

9. Bir sözün həm kökü, həm şəkilçisi olduğu kimi tələffüz olunur?

a)      Kəndə  b) özgəyə c) qəndsiz d) danlayar e) güclə

10.   Biri dördündən fərqlidir

a)      L   b) p  c) s  d) ş  e) h

11. Başlanğıc formada olmayan sözü göstərin

a)      Adilik    b) köçürür  c) dağıntı  d) çəlik  e) oxutdur

12. Biri kökü sabit qalmayan sözdür:

a)      Hüquqi  b) elmi  c) ulduzvarı  d) ədəbiyyat  e) naxoş

13. Mürəkkəb sözdür, lakin yazılışı səhvdir

a)      Daş-kəsək  b) əlüz  c) alver  d) şəkilə  e) daddı

14. Hansı sözün tərkibində dörd cür yazılan şəkilçi yoxdur?

a)      Palıdı  b) bədiilik  c) qanuni  d) çapçı  e) sınayıcı

15. Biri Azərbaycan mənşəli bir cür yazılan şəkilçidir:

a)      -Gil  b)- keş  c)- dar d) -lı e) -ov    

16. Eyniköklü sözlərin kökü ola bilməz:

a)      Isim  b) fel  c) say  d) zərf  e) omonim

 17. Aşağıdakılardan biri mürəkkəb sözlərin yaranmasında  bitişdirici roluna malikdir:

a)      –y  b) –dar  c) –bi  d) –ha  e) -s 

18. Birinin başlanğıc forması termindir?

a)      Toplayır  b) kütləvi  c) bərabərdir  d) cümlədəki  e) qoşmalar

19. Fikirlərdən biri səhvdir:

a)      Düzəltmə sözlər leksik şəkilçilər vasitəsi ilə yaranır

b)      Dilimizdə bir cür yazılan leksik şəkilçilər var

c)       Qrammatik şəkilçilərin hamısı milli şəkilçilərdir

d)      Kök də, şəkilçi də sözün mənalı hissələridir

e)      Bir  cür yazılan leksik şəkilçilər ahəng qanununa tabe olur

20. Defislə yazılan mürəkkəb sözü göstərin(durğu işarələri buraxılıb):

a)      Göz ucu    b) dinməz söyləməz c) gəlha gəl d) al ver  e) suyu şirin

21. Hansı nitq hissəsində daha çox çoxmənalılıq müşahidə olunur:

a)      Say   b) sifət  c) isim  d) fel  e)zərf

22. Omonim sözlərdən hansı üslubda istifadə olunur?

a)      Elmi  b) publisistik  c) bədii  d) məişət  e) rəsmi- işgüzar

23. Omoformu göstərin:

a)      Tut  b) daşı  c) alma  d) dolu  e) həyat – həyət

24. Dialekti göstər:

a)      Güz b) damu  c) us  d) mübtəda  e) ayama

25. Biri qanunauyğunluğu pozur:

a)      Xır  b) doqqaz  c) qəməlti  d) cəviz  e) əsrük

26. Tarixizm hansıdır?

a)      Mülkədar  b) tanıq  c) ayaq  d) sayru  e) yazı

27. Nitq istisnası nə deməkdir?

a)      Müasir danışıqda, eləcə də müasir yazıçıların əsərlərində köhnəlmiş sözlərdən istifadəsi

b)      Dialektlərdən istifadə etmək

c)       Nitqimizdə əcnəbi dildəki sözlərdən istifadə olunması (pardon, mersi)

d)      Danışıqda vulqarizmlərdən istifədə etmək

e)      Terminlərdən istifadə etmək

28. Biri məntiqi pozur:

a)      Duyum  b) dönəm  c) yetərsay  d) toplu  e) lider

29. Milli sözümüz hansıdır?

a)      Məktəb  b) nizam  c) təbliğat  d) zəif  e) beyin

30. Frazeoloji  omonimliyi göstərin:

a)      Ona xoşbəxtlik üz verdi  - üz verəndə astar istəyir

b)      Ata özündən çıxdı – onun  hirsi başına vurdu

c)       Qonaq yola düşdü – yarpaq ağacdan yola düşdü

d)      Dil – dil ötmək – ağzına su almaq

e)       əlindəki kitabı başına vurdu —  etdiyi yaxşılığı başına vurdu    

 

10 şərh

tarixci1919
1.A
2.D
3.D
4.A
5.toxuculuq, ağac
6.A
7.D
8.B
9.A
10.A
11.B
12.
13.B
14.C
15.A
16.E
17.A
18.E məncə sualda yalnız termindir olmalıdı 
19.D
20.B
21.C
22.C
23.B
24.E
25.B
26.A
27.A
28.D
29.E
30.B 
ayxansevda
1a ,ea eo eə tipli sait burləşmələrinin tələffüzü (iya) şəklinə düşür buna görə cavab 2 a  dır. 3. c  
4 -cü sualın izahı: əgər k səsindən sonra qalın sait gələrsə (k') kimi  məs: karandaş kosmos, əgər incə sait gələrsə  o zaman k səsi (k) kimi tələffüz olunur məs: kitab kələm vəs cavab:4 d  
5 toxuculuq (x'), agac(ç), palıd (t)
6a
7e
 (mə:lim) 
8b bildiyimiz kimi -la, -lə şəkilçisi (-nan, -nən) kimi tələffüz edilir, kök sabit qalır (zor -nan) şəkilçi fərqli təlf edilir
9a
10 a
11 b
12 e
söz kökdən dəyişilib,  digərlərində leksik şəkilçi kökdən sonra qoşulub 
13 b əl-üz
14 c
15 a
16 e 
17 d çathaçat, gəlhagəl
18 e qoşma
19 e kök də, şəkilçi də sözün mənalı hissələridir
20 b
21 d ən çox feldir
22 c
23 b daşı(maq), daş-ı (isim) kökləri fərqlidir
24. e digərləri arxaizmdir mübtəda isi termindir
25 e əsrük arxaizmdir, a b c d bəndlərində dialektlər verilib
26 a
27 a
28 e, duyum (hiss), dönəm(dövr), yetərsay (kvorum), toplu (jurnal) öz dilimiz hesabına yaranmış neologizmdir
29. e
30 a,  b variantında sinonim verilib burada omonimlik soruşulur c variantı ola bilməz çünki «qonaq yola düşdü» frazeologizm olsa da, «yarpağın yola düşməsi» frazeologizm deyil tərəflərin hər ikisi frazeoloji birləşmə olmalıdır 
tenqo
Kotan, kamil, koramal, katib, kahin və s. və i.a. sözləri necə tələffüz olunur? O biri sual və cavablara baxmamışam, amma ilkin baxışdan testlərin yanlış görsənir. Bir də ki, müəllim sözü nə vaxtdan məəlim kimi tələffüz olunub? :)
tarixci1919
Bu ikisi ilə razılaşmadım.
7.Müəllim sözünün tələffüzündə ü düşür ə uzun tələffüz olunur, bir də axı qoşa l hərfi ilə yazılan sözlərdə l-lardan biri düşmür.
12. naxoş sözündə na kökün əvvəlinə artırılıb və düzəltmə şəkilçidi, sözün kökünü dəyişdirməyib axı. 
Nə qədər səhv eləmişəm. Cavablara baxandan sonra görürəm ki, nə qədər diqqətsizlik eləmişəm.
tenqo
Bəs 4-cü sual? Onunla bağlı hansı fikirdə qaldınız? )))
tarixci1919
Kapitan sözünüdəki k samitli bütün sözlər alınmadır, mən ona gorə A variantını seçmişdim. Amma kitab sözdəki k samitli öz sözlərimiz də var. Ona görə sual mənim üçün müəmmalı qaldı. D variantı da sizin göstərdiyiniz misallarla yalnış olur, axı bu qədər istisna ola bilməz.
ayxansevda
fikirlərinizə görə təşəkkür, edirəm təbii ki, testlərə ayırdığınız diqqətə görə də. k samitinin işlənməsinə gəlincə rus və avropa mənşəli sözlərə bu qayda, əsasən, şamil edilir və bunu testdə düzəltdim, nədənsə gözümdən yayınmışdır. müəllim sözünün düzgün tələffüzünü yazdım qoşa l olduğu halda, mexaniki səhv edib bir l ilə göstərmişdim . 
tarixci1919
Siz də çox sağ olun. Biz də bilmədiklərimizi öyrəndik, bildiklərimizi təkrarladıq.
tenqo
Sənə də zəhmətinə görə təşəkkür ;)
Mehemmedcan
21) isim daha cox coxmenali ola bilir