Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir.Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyamr. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyamr, qusların səsi esidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.
İki və daha arttq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olan cümlələra mürəkkəb cümlə deyilir.

Mürəkkəb cümlənin növləri

Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik əlaqəsi ilə, tabelilik əlaqəsi ilə.

  1. Tabesizlik əlaqəsi ilə bağlanan sadə cümlələr bərabərhüquqlu olur, yəni biri o birindən qrammatik cəhətdən asılı olmur. Belə cümlələrin birləşməsindən tabesiz mürəkkəb cümlələr yaranır. Məsələn: Ata gəldi, uşaqlar onun qabağına qaçdılar. Ana layla dedi, körpə yuxuya getdi. Sentyabr başlanır, müəllimlərin qayğdan artır və s.
  2. Tabelilik əlaqəsi ilə bağlanan sadə cümlələr isə bərabərhüquqlu olmur: tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, o biri isə ondan asılı olur. belə cümlələrin birləşməsindən tabeli mürəkkəb cümlələr  yaranır.Məsələn: Müəllim hiss etdi ki, uşaqlar yorulublar. Sizdən xahişim budur ki, bilmədiyinizi soruşasınız. Mən bu xəbəri dostuma çatdıra bilmədim, çünki o, kəndə getmişdi və s.

Bu mürəkkəb cümlələrin tərkibindəki birinci sadə cümlələr qrammatik cəhətdən müstəqil, ikincilər isə onlardan asılıdır.
İkinci sadə cümlələr birinciləri aydınlaşdırır və tamamlayır. Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasındakı bu cür bağlılıq tabelilik əlaqəsidir. Belə mürəkkəb cürnlələr tabeli mürəkkəb cümlə adlanır.

Deməli, mürəkkəb cümlələr onları təşkil edən sadə cümlələr arasındakı sintaktik bağlılığa görə iki növə bölünür: tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr.

Tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-biri ilə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Məsələn: Hava birdən-birə soyudu və sulu qar yağmağa başladı. Torpaq qxzır, qar əriyirdi. Müəllim danışır, uşaqlar diqqətlə ona qalıq asırdılar. Bu mürəkkəb cümlələr bərabərhüquqlu sadə cümlələrin tabesizlik əlaqəsi ilə birləşməsindən əmələ gəlmişdir, ona görə də tabesiz mürəkkəb cümlələrdir.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir — biri ilə müxtəlif məna əlaqələri ilə bağlanır. Aşağıda öyrənəcəyimiz məna əlaqələri ya tabesizlik bağlayıcılarının, ya da sadalama intonasiyasının köməyi ilə yaranır. Bu baxımdan tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı tabesiz mürəkkəb cümlələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr.

Bağlayıcılı tabesiz mürəkkəb cümlələr

Bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərkib hissələri, əsasən, aşağıdakı bağlayıcıların köməyi ilə əlaqənir:

  • Birləşdirmə bağlayıcısı: . Məsələn: Qatar uzaqdan göründü camaat hərəkətə gəldi. Yağış yağdı və həyətdə gölməçələr yarandı və s.
  • Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin. Məsələn: Bu barədə qərar var, ancaq heç kim onu icra etmir. Qonaq getmək istədi, amma ana onu buraxmadı. Yaz girmişdi, lakin havalar qızmırdı və s.
  • İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da -da, də-də.Məsələn: Kənddə həm dincələrəm, həm də anam mənə görə sevinər. Birdən — birə göy quruldadı, hətta ildırım çaxdı. Uşaq da sevinirdi, baba da altdan -altdan gülürdü və s.
  • İnkar bağlayıcıları: nə, nə də (ki). Məsələn: Nə işıq yanırdı, nə də su gəlirdi. Nə ana bir söz sorusdu, nə də oğlan danışdı və s.
  • Bölüşdürmə bağlayıcdarı: ya, ya da (ki), gah, gah da, Məsələn: Kəndə ya özün get, ya da yaxın hir adam getsin. Gah yağış yağırdı, gah da gün çıxırdı və s.

Birləşdirmə bağlayıcısından başqa, qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur.

Bağlayıcısız tabesiz mürəkkəb cümlələr

Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır. Bu cür tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məsələn: Yağış yağır, rəqs eləyir gur damcılar. Zəng vurulur, uşaqlar sinfə daxil olur. Sel gəldi, çayın suyu bulandı və s.

Bir çox hallarda bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında və bağlayıcısı işlənə bilər.
Həm bağlayıcılı, həm də bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələrin xəbərləri, əsasən, eyni qrammatik quruluşda olur, yəni biri şühudi keçmiş zamandadırsa, o biri də eyni zamanda olur.

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında asağıdakı məna əlaqələri vardır: zaman əlaqəsi, ardıcıllıq əlaqəsi, səbəb-nəticə əlaqəsi, aydınlaşdırma əlaqəsi, qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi.

  • Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır, başqa sözlə, belə cümlələrin tərkib hissələrindəki iş, hərəkət, hadisə eyni zamanda olur.Məsələn: Nənə nağıl danışır, nəvələr diqqətlə qulaq asırdılar. Həm yağış yağır, həm də külək əsirdi. Nə oğlan dillənir, nə də qız onu içəri dəvət edirdi.
    Nümunələrdən göründüyü kimi, zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya ancaq sadalama intonasiyası ilə (birinci cümlədəki kimi), ya da intonasiya və tabesizlik bağlayıcıları ilə (ikinci və üçüncü cümlələrdəki kimi) bağlana bilir.
  • Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: Qonaqlar dağılıb getdilər, ana süfrəni yığışdırmağa başladı. Axşam düşür, camaat yavaş — yavaş evə gedir. Küçədə maşın səsi eşidildi, qapı döyüldü, ev sahibi qapıya tərəf getdi və s.
    Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri daha çox sadalama intonasiyası ilə bağlanır. Və bağlayıcısının iştirakı ilə də ardıcıllıq əlaqəii tabesiz mürəkkəb cümlələr yaranır. Məsələn: Buludlar get-gedə sıxlaşdı bir azdan yagış yağdı. Teatrda xəbərdarlıq zəngi çalındı, tamaşaçılar salona daxil oldular və tamaşa başlandı.
  • Səbəb — nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur. Məsələn: Külək əsdi, ağacların yarpaqları töküldü. Yağış yağdı, tozyatdı. Ağacdakı quşlar səs saldı, uşaq diksindi və s.
    Səbəb — nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.
    Qeyd: Səbəb — nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrə oxşayır. Hər iki əlaqəli mürəkkəb cümlələrdə iş müəyyən ardıcıllıqla yerinə yetirilir. Lakin səbəb — nəticə əlaqəli cümlələrdə bir kortəbiilik və bir-başa səbəb məzmunu olur, yəni birinci cümlədəki səbəb üzündən ikinci cümlədəki iş baş verir. Məsələn: Elektrik məftilləri qırıldı, işıq söndü. Ardıcıllıq əlaqəli cümlələrdə isə işin ardıcıl icrası əsasdır. Məsələn: İşıqlar söndü, film başlandı.
  • Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri (əsasən, ikincisi) o birindəki fikri aydınlaşdırır. Məsələn: Müəllim düsündü: bunu kim yazmış olar? Çörək yaxşı bisməmişdi: içi çiy idi. Uşaq bir şeyi yaxsı bilirdi: atası heç kimdən qorxmur.
    Bu mürəkkəb cümlələrdəki ikinci tərkib hissələr birincidəki fikri aydınlaşdırır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında, adətən, vergül qoyulur. tkinci tərkib hissələrdə vergül olduqda əvvəlki tərkib hissədən soma nöqtəli vergül qoyulur. Məsələn: Sahədə qızğın iş gedirdi, kimisi çalalara gübrə tökür, kimisi ağac əkirdi.
    Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri, əsasən, intonasiya ilə əlaqələnir.
  • Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və ya hadisə bir — biri ilə qarşılaşdırılır.Məsələn: Mən şəhərdə yaşayıram, anam isə kənddə olur. Göyün üzü buludla dolu idi, ancaq yağış yagmırdı. Uşaq gəzməyə getmək istədi, ancaq anası icazə vermədi və s.
    Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri intonasiya, qarşdaşdırma bağlayıcıları (amma, ancaq, lakin, bəzən də isə) və antonim sözlərin köməyi ilə əlaqələnir. Məsələn: Qonşularımızın çoxu varlıdır, bir isə kasıbıq. Düsmən aramsız atəş açırdı, bizimkilər cavab ataşi açmırdılar. Yaz girmişdi, havalar isə hələ də soyuq keçirdi. Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi qoymadı və s.
  • Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş, hadisə ya növbə ilə bir — birini əvəz edir, ya da onlardan yalnız birinin mümkünlüyü bildirilir. Məsələn: Meşədə gah quşlar cəh-cəh vururdu, gah da tam sakitlik olurdu. Torpağımız ya dinc yolla qaytarılmalı, ya da biz vuruşub onu geri almalıyıq. Gah qızmar gün çıxırdı, gah da göyün üzünü qara buludlar örtürdü və s.

Tabesiz mürəkkəb cümlələrin bu növü bölüşdürmə bağlayıcılarının köməyi ilə düzəlir.

Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

0 şərh