Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar  yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi  nitq hissəsi sayılır.

Əsas nitq hissələri

Buraya tammənalı sözlər daxildir:
   1) Əşya adı bildirənlər – İsim
   2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
   3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say
   4) Əşyanın hərəkətini bidirənlər – Fel
   5) Hərəkətin əlamətini bildirənlər – Zərf
   6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.

 Köməkçi nitq hissələri

   7) Qoşmalar
   8) Bağlayıcılar
   9) Ədat
   10) Modal sözlər
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.

0 şərh