Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Cümlənin növləri

Cümlə bitmiş bir fikri ifadə edir və insanlar arasında fikir mübadiləsinin əsas vasitəsidir. Qrammatik əsası var və quruluşca həm sadə, həm də mürəkkəb olur.

Cümlənin məqsəd və intonasiyaya görə dörd növü vardır: nəqli, sual, əmr, nida.


Davamı →

Natiqin əməyi və davranışı

Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur. Öz şəxsi təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət etməlidir. Odur ki, natiq nitqini hazırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir:

  1. Nitqin məzmunu
  2. Nitqin forması
  3. Məzmun ilə formanın vəhdəti
  4. Məzmunun aydınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi
  5. Nitqin kompoziyasının qurulması
  6. Ədəbi dilin normalarına əməl edilməsi
  7. Nitqin sadə, yığcam olmasının təmin edilməsi
  8. Nitqin ideyasının dinləyicilərə çatdırılması
  9. Üslub

Davamı →

Danışıq etikası və nitq etiketləri

İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu normalara əməl etmək hamının şərəfli vəzifəsidir.


Davamı →

Üslub və üslubiyyat

Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir,

Stil termini yunan dilindən latın dilinə keçmiş “Stilus” sözündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası “Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir.

Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır.


Davamı →

Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.


Davamı →

Azərbaycan dilinin təsir dairəsi

Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir. Bunun da nəticəsində həm özü zənginləşmiş, həm də başqa dillərin inkişaf etməsində müəyyən rol oynamışdır. Ayrı-ayrı dövrlərdə Azərbaycan dilindən fars, aqul, ləzgi, taba-saran, erməni, rus, gürcü və başqa dillərə çoxlu söz və ifadə keçmişdir. Məsələn:


Davamı →

Vasitəli və vasitəsiz nitq

1. VASİTƏSİZ NİTQ

Başqasının eynilə işlətdiyimiz sözləri vasitəsiz nitq adlanır.

Bu cür cümlələr iki hissədən — müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarət olur: müəllifin sözü (M) vasitəsiz nitq «V»

Müəllim dedi: «Dərsə vaxtında gəlin».


Davamı →

Ədəbi dilin normaları

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. Ədəbi dil bütün üslubların sistemidir.

Ədəbi dilin yazılı və şifahi formaları var.

Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.


Davamı →

Nitq mədəniyyətinin məqsəd və vəzifələri

Nitq mədəniyyəti Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı və nitq vərdişlərini öyrədir. Ona görə də hər bir şəxs nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Bu fənn tələbələrin istər yazılı, istərsə də şifahi nitqinin inkişafı üçün yollar, perspektivlər açır.

Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir.


Davamı →