Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

İsmi və feli söz birləşmələri

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.

Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.

SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.

Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.


Davamı →

Sintaktik əlaqələrin növləri

Sintaktik əlaqələr iki cür olur: tabesizlik və tabelilik Tabesizlik əlaqəsi:

  • Tərəflər bərabərhüquqlu olur.
  • Həmcins üzvlər arasında olur: Qələm, dəftər stolun üstündədir.
  • Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında olur: Qatar dayandı, sərnişinlər düşdülər.

Tabelilik əlaqəsinin üç növü vardır: yanaşma, idarə, uzlaşma.


Davamı →

Cümlənin şəxsə görə növləri

Cümlənin şəxsli və ya şəxssiz olması mübtədaya görə müəyyənləşir. Mübtədası olan cümlələr şəxsli cümlə sayılır.

Cümlənini şəxsə görə aşağıdakı növləri vardır: müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələr.

Müəyyən şəxsli cümlələrin həm mübtədası, həm də xəbəri olur; qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlələrdə isə yalnız xəbər olur.


Davamı →

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».


Davamı →

Azərbaycan sözlərinin mənaca qrupları: omonimlər, sinonimlər, antonimlər

Omonimlər

Deyilişi və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mə-naca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur.

Məsələn:

  • Bağ — meyvə ağacları əkilmiş sahə;
  • bağ — bir şeyi bağlamaq üçün ip.

Omonimlər bəzi cəhətlərinə gorə çoxmənalı sözlərə bənzəyir. Əsas fərq budur ki, çoxmənalı sözlərdə mənalar bağlı olur, əsas mənadan tam uzaqlaşmır.


Davamı →

Ədəbi dil və onun fonetik, leksik və qrammatik normaları

Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir.Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir.

Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. —Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur”.


Davamı →

Müasir Azərbaycan ədəbi dilinin formaları

Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı

1. Şifahi ədəbi dil

Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.

Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.


Davamı →

Müasir Azərbaycan danışıq dili

Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.

Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.

Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:


Davamı →

Azərbaycan dilində işlənən söz qrupları

Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.

Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.


Davamı →

Tabeli və tabesiz mürəkkəb cümlə

Mürəkkəb cümlələr iki yerə bölünür: tabesiz və tabeli.

Tabesiz və tabeli mürəkkəb cümlələrin bir sıra oxşar cəhətləri vardır:

  • hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gəlir;
  • hər ikisinin tərkib hissələri arasında zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi məna əlaqələri olur;
  • hər ikisinin tərkib hissələri intonasiya və bağlayıcı-ların köməyi ilə əlaqələnir.

Davamı →