Şəki pitisi

Tərkibi:
  • Sümüksüz qoyun əti: 250 q (əzələ liflərinin olmadığı yumşaq hissələrdən)
  • Noxud: 100 q
  • Quyruq: 60 q
  • Soğan: 1 baş (kiçik)
  • Quru gavalı: 1 ədəd
  • Duz, istiot, zəfəran, sumaq: zövqə görə

Hazırlanması:
1. Noxud bir gün əvvəlcədən soyuq suda yumşalmağa qoyulur.
2. Ət orta ölçüdə doğranılır.
3. Soğan xırda-xırda doğranılır.
4. Quyruq piti qabının ağzını tutacaq ölçüdə, çoxda qalın olmamaqla yastı kəsilir.
5. Piti qabına əvvəcə altdan quru gavalı atılır sonar üzərinə noxud əlavə edilir, daha sonar doğranmış soğan, üzərinə doğranmış ət, ən sonda isə yastı kəsilmiş quyruq səliqə ilə qoyulur.
6. Piti qabının ağzından biraz əskik olana qədər soyuq su əlavə edilir.
7. İlk qaynamadan sonara ətin kəfi alınır, bundan sonar oçaq tamamən azaldılır və vam odda bişirilir.
8. Noxudlar yumşalana yaxın duz və zəfəran (əsl zəfəran olması məsləhətdir) əlavə olunur. Noxudlar tam yumşaldıqda piti bişmiş hesab olunur.
Sumaq və istiot süfrədə əlavə olunur. Nuş olsun!

0 şərh