Xaşlama

Tərkibi:
Sümüklü ət – 1 kq.
Baş soğan – 5 ədəd
Kartof – 7 ədəd
Bolqar bibəri – 3-4 ədəd
Pomidor – 2-3 ədəd
Duz-istiot – zövqə görə
Paprika – qırmızı toz bibər – bir çimdik
Dəfnə yarpağı – 2 ədəd.

Hazırlanması:
Ət doğranılır, yuyulur, qazana yığılır, üzərinə 3 st. qaynar su tökülür və odun üzərinə qoyulur. Kəfi yığılır, sonra qazana dəfnə yarpaqları atılır və ət yumşalana kimi bişirilir. Sonra üzərinə doğranmış bolqar bibərlər, kartof və pomidor dilimləri, halqa formasında doğranmış baş soğanlar tökülür.

Duz, istiot, paprika vurulur, qarışdırılır. Qapağı örtülü halda kartof yumşalana kimi vam odda bişirilir. Nuş olsun! Süfrəyə verən zaman üzərinə doğranmış göyərti səpə bilərsiniz.

0 şərh