Azəri dilinə nümunələr

  1.  İbn Haqvəl IV yuzilliyin I yarisinda «El mesalik və el memalik»kitabinda Azərbaycan,Aran və Ermənistan haqqinda belə yazır:
    Azərbaycan xalqının dili Ermənistan xalqının dilindən daha çox farsca və ərəbcədir,lakin az adam ərəbcə danışır,o kəslər ki, farsca danışır, ərəbcəni anlamırlar. Təkcə tacirlər və zəmindarlar bu dildə danışmağı bacarırlar.Ermenistan əhalisi ermənicə,Aran əhalisi aran dilində danişirlar.
  2.  Məsudi hicri IV əsin başlangıcında yazdığı   «El tenbih və əl şəraf» kitabında İran vilayətlərindən  Azərbaycan, Rey, Təbəristan, Xorasan, Sistan, Girman,Farsi, Xuzistan və digər yerləri sayaraq belə yazır:
    Bütün bu şəhərlər və vilayətlər bir ölkənindi və bir padşahları vardı,dilləridə birdir,baxmayaraq ki, Pəhləvi dilinin müxtəlif ləhcələrində- dari,azəri ve s.danışırlar
  3.     Abu Abdullah Bəşar Maqdisi «Ehsən ət Təqasim» kitabında IV yüzilliyin II yarısında İran ölkəsini təsvir edərkən 8 bölgə qeyd edir və yazır ki, bu 8 bölgə əhlinin dili əcəmicədir,bundan başqa bunlardan bəziləri monqolca bəziləri dari dilidir və hamısı farsca adlanır.Azərbaycandan belə yazır, dilləri yaxşı deyil, farsları başa düşürlər, bəzi sözləri Xorasan dilindəki kimidir və yaxındır
  4.     Coğrafiyaçı Yaqut Həməvi hicri VII yüzillikdə Azərbaycan haqqında belə yazır: Azəri adlanan ləhcələri vardır ki,özlərindən başqa heç kim başa düşmür
  5.   Həmdulla Mustovfi ".Nüzhət əl Qulub əsərində Urmiyanı təsvir edərkə yazır: Eger təbrizlilər yaraşıqlı bir gənci cırıq geyimdə görsələr,deyərlər ki, "انگور حلوقی بچہ در سبد اندرین'' yəni,xuluqi üzümü cırıq səbətdədir
  6.  İbn Bəzzaz Səfvətis-səfa əsərində Şeyx Sədrəddindən rəvayət edir ki,bir gün şeyx indi müqəddəs qəbir olan öz məqamında oturmuşdu,xoş söhbətlər edirdi.Qəfildən dövrunun böyüklərindən olan Alişah Cuşqabi içəri girdi. Ebu Səid padşah onu atası adlandırırdı.Şeyxi hayasizcasına kənara çəkib, Təbriz dilində dedi: "گو حریفر زاتہ " yəni sözünü qısa kəs,rəqibin gəldi.Bu sözləri deyərkən əlini şeyxin mübarək çiyninə vurdu və şeyxi qəzəbləndirdi
  7.     İbn Bəzzaz digər hekayəsində bunu qeyd edir.Şeyx Sədrəddin şeyx Səfidən rəvayət qeyd edir ki, Şeyx Zahidin yanında olan vaxt sual verdim,o mənə Erdebil dilində cavab verdi "ار بماندہ کار تمام بری
    Guman edirlərki, azəri dilində بری ' بودی" anlamın verirmiş,tam olaraq yuxarıda Erdəbil və Təbriz ləhcəsindən verilən nümunələr farscada izah olunmur
  8.   Səfəvilərin ulu babası olmuş Şeyf Səfiəddin Ərdəbilinin(13-14-cü əsrlər) müəllimi Şeyx Zahid Gilaniyə Azəri dilində yazdığı dördlüyü məlumdur.

Dılır kuhi sər əv dəndə nıbu,
Əşgır cui ki, vəryan band nıbu,
Helmır bağe şəriət mand zir an
Ruhır bazra bə pərvaz dənde nıbu

Mu əzəş-əzcə əv yan mande durim,
Əz cə əv yan xasan poşt zurim,
Dəhəşəm duş bə ərş o bə kursi
Sultan Şeyx Zahid çuvkam kuim
  Sual meydana çıxır,niyə Şeyx Səfi farsca yox,türkcə yox fars dilinin hansısa ləhcəsində danışır,əgər ifadələr tam olaraq farsca gəlsəydi fars dili beynəlxalq dil idi deyib keçərdik,ama ifadələr talış dilinə yaxın bir ləhcədə bizə çatmışdır,hansiki mənalarin tam tərcümə edə bilmirlər

Muəllif: Pəri Kərimova

0 şərh