İrəvanı bizdən alan qüvvə
Bu yazımızda Ermənistan adlanan dövlətin paytaxtı kimi tanınan İrəvan şəhərinin ermənilər tərəfindən ələ keçirilməsi və onlara tarix boyu havadarlıq edən qüvvələr haqqında bəhs etmək istəyirik. Dərhal qeyd edək ki, bəlkə də, bir çox oxucunun tanımadığı İsrael Ori adlı erməninin (1657- 1711) bu işdə böyük rolu olub. Səfəvilər dövlətinin Sisyan kəndində erməni məliyinin ailəsində anadan olmuş İsrael Ori (fars mənbələrində Avri- آوری) kiçik yaşlarından antitürk ruhunda böyümüşdü. Təsadüfi deyil ki, 1678-ci ildə Avropaya, Avropa dövlətlərindən “zavallı” erməniləri “müsəlmanların zülmündən qurtarmaq” üçün hərəkətə keçmələrini gizlincə xahişə gedən 7 nəfərlik nümayəndə heyətinə erməni katalikosu IV Hakopun xüsusi emissarı kimi məhz İsrael Ori başçılıq etmişdi.
Davamı →