Rəsulzadəyə görə millət anlayışı
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Babəkin başçılığı ilə xalqımızın azadlıq savaşı nəticəsində Xilafətin Azərbaycandan çəkilməsi, dövlətçiliyimizin yenidən bərpası Səlcuq dönəmi və Eldənizlərin hakimiyyəti dövründə ölkəmizdə baş vermiş siyasi və iqtisadi yüksəliş mədəni sahədə də böyük inkişafa səbəb olmuşdur. VII əsrdə meydana çıxmış və Oğuz yurdu olan Azərbaycanda-Xəzər dənizindən Diyarbəkirə və Qara dənizədək geniş yayılmış “Kitabi Dədəm Qorqud” dastam bütövlükdə türklüyün tərcümeyi-halı olub, möhtəşəm bir abidə hesab edilir. Ana abidəmiz sayılan bu dastanda bizim-Oğuz türklərinin Bizansın başçılıq etdiyi xristian blokuna qarşı mücadiləsi, tarixi torpaqlanmızı ələ keçirib yağmalamaq istəyən, xüsusilə qərb sərhədlərimizi tez-tez pozan «qara donlu kafir» düşməndən qorumaq üçün apardığımız qəhrəmanlıq mücadiləsi öz əksini tapmışdır.
Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.
Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk adma müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun -Hülakülərin rəsmi dövlət dininə çevrildi. Bu, Qazan xan tərəfindən atılmış çox ağıllı bir addım idi, çünki Hülakü dövlətinin ərazisində yaşayan əhalinin əksəriyyəti müsəlman idi. Ondan qabaqkı Hülakü hökmdarları (elxanlan) ölkədə yaşayan xristianlara, bütlərə və şamançılığa inanan monqollara daha çox qayğı və diqqət göstərirdilər. Halbuki onların sayı çox az idi.