Ən böyük iqtisadi güc mərkəzi haradır?

Dünyanın ən böyük iqtisadi güc mərkəzi haradır?

24 şərh

2ral
Avropa:
Nokia-ən böyük mobil telefon istehsalçısı
Allianz -dünyada ən böyük maliyyə-sığorta xervisi göstərən şirkətlərdən biri
Dünyanın ən böyük luxury goods istehsalçıları (LVMH,Chanel,eksklüziv avtomobil),bütün əsas parfümeriya və kosmetologiya istehsalçıları(Loreal,Schwarzkopf,Nivea və s.),ən böyük mülki təyyarə istehsalçısı olan Airbus,ən böyük meşə-sellüloz istehsalçıları və əlbəttə ki turizm.Pulum olan İtaliya,Avstriya,Fransa,İspaniyaya turizm üçün gedir ya ABŞ-a? Ən əsas məsələ isə budur ki,ABŞ kompaniyaları çox ola bilər,amma əhalinin alıcılıq qabiliyyəti deyilən şey var.Avropalılar daha yaxşı yaşayır.
bankir
Dünyanın ən böyük İT şirkətlərini sayın. Google,Microsoft,Apple,Dell,HP,IBM,Adobe,Oracle...Bunların hansı Avropa şirkətidir?Mənə ən böyük avropa saytını deyin.Az-çox yadda qalan last.fm sayıla bilər.Amma ABŞ-da Facebook,Myspace,Digg var.Məncə burda müqayisə etmək də yersizdir.
Bayaq Airbus misal çəkdin,amma Boeing kimi nəhəngə çata bilməz. Boeing həm də hərbi təyyarələr istehsal edir,onun gəlirləri ölkələrin ÜDM-si ilə müqayisə oluna bilər.
Hərbi-sənaye kompleksində ABŞ dünya lideridir.
Maliyyə sahəsi.Dünyada ən böyük fond birjası olan Nyu-York Stock Exchange. Maliyyə sahəsində ABŞ firmaları çox güclüdür.Krizis xeyli təsir etsə də milyardlardan miyard çıxanda yenə milyard qalır. Yəni ki yenə də ABŞ firmaları çox güclüdür.
Heç bilirsənmi ki,dünyada ən böyük kənd təsərrüfatı məhsulları istehsalçısı ABŞ-dır? Qarğıdalı,soya,tomat, mal əti,buğda-nə desən istehsal olunur. Mən hələ ABŞ-ın ənənəvi tütünçülük(Philipp Morris),quşçuluq(qril toyuq harda çıxıb?), dünyanın ən böyük qida firmalarından olan McDonalds,Burger  King,KFC,Heinz və s. haqqında demirəm.
ABŞ-ın təbii resursları çoxdur.Avropa nə varsa hamısını import edir(Afrika,Rusiya,Cənubi amerika).Amma ABŞ isə metal,faydalı qazıntı və s. korluq çəkmir.Onun xərcləri daha azdır.Nefti ən çox idxal edən ABŞ olsa da,ən böyük neft şirkətləri Amerikadadır,yəni qazanılan pul yenə də Vaşinqtona qayıdır:-) ExxonMobile neftdən qazandığı pulları xeyriyyə üçün xərcləmir,hər halda Amerikaya qayıdır.
fidan

İcazənizlə qırğını mən bir az da şiddətləndirim)))
Avropanın kosmetika firmaları,ABŞ-ın kompüter şirkətləri öz məhsullarını harda istehsal edir? Çində. Deməli ən böyük mərkəz oradır.Yaponiya kimi inkişaf etmiş ölkə göstərin. Ən yeni texnologiyalar birinci orda olur.Əvvəlcə ilk texniki nal\iliyyətlər əvvəlcə Yaponiyada test edilir,sonra Amerikada satılır,axırda da avropalılar modaya qoşulub onu alır.Şərqi Asiya şirkətlərindən də mən sayım:
Texnoloji-Sony,Samsung,LG,Panasonic,Sanyo,NEC,Sharp
Avtomobil-Honda,Toyota,Hyundai,Kia,Nissan
geyim-gecim,məişət əşyaları(fen,kondisioner,televizor və s. hamısı) Tayvanda ya da Çində buraxılmır?

Dronqo
Fidan xanım, sizin tibble bağlı postlarınız maraqlıdır ))) Belə də davam edin. İqtisadiyyat isə qəliz məsələdi. Fəlsəfənin analogiya prinsipindən istifadə edərək, iqtisadiyyatı bir sistem olaraq insan orqanizminə bənzətsək, qan damarları onun nəqliyyat infrastrukturunu, orda axan qan mal və xidmət axınlarını, mədə-bağırsaq sistemi, istehsal prosesini, hüceyrə və toxumalar isə istehlakçıları və s. təmsil edir deyə bilərik ))). Bəs bu sistemin güc mərkəzi haradır sizcə? Məncə beyin… Çünki bütün sistemi o idarə edir. Ona görə də dünyanın iqtisadi güc mərkəzi haradır sualına məhz bu kontekstdən yanaşdıqda, qeyd edə bilərik ki, dünyanın elm-texnologiyanın, nou-hauların və s. daha çox inkişaf etmiş mərkəzləri dünya iqtisadiyyatının ən strateji və mühüm mərkəzləridir.
Leyla
Çində qəpik-quruşa işləyənlər ABŞ firmaları üçün işləyir. Son nəticədə ən çox qazanan məhz ABŞ firmaları olur. Dünyanın 500 ən böyük firmasına baxın.Görün neçəsi amerikan firmasıdır?
ABŞ şirkətləri bir sahədə zəifdir-avtomobil.Avropanın Mercedes,BMW,Opel kimi nəhəngləri,Yaponiya və Koreyanın Hyundai,Toyota kimi nəhngləri ilə rəqabətdə amerikan firmaları uduzur.
HTML
bankir onu düz deyir ki,texnoloji cəhətdən Avropa geri qalır.Tanıdığım bütün kompüterlə bağlı firmalar ya ABŞ ya da Tayvan,Çin kimi ölkələrindir. avropa geridədir.Az-çox Avropa avtomobil sahəsində qabaqdadır. amma onun məhsulları da baha olduğu üçün getdikcə Asiyaya uduzacaq.
Magicboy
Ən böyük iqtisadi mərkəz Azərbaycandır. Regionda olan da olmayan da Azərbaycansız işləyə bilməz, onunla hesablaşmadan bir iş görə bilməz.
papatürk
Azərbaycan heç bilinmir hansı regiona aid edilməlidir.Şərqi Avropa,Yaxın Şərq,post-sovet,qərbi Asiya...Əgər türk dövlətləri birləşsələr,çox güclü iqtisadi mərkəz formalaşa bilər. Çünki Avrasiyada tranzit yollara nəzarət,zəngin təbii resurslar bu ölkələrə inkişaf üçün böyük zəmin yarada bilər.
papatürk

Çin,Koreya,Hindistan və s. ölkələrin böyük gücü olsa da,əhalinin həyat səviyyəsi hələ də çox aşağıdır. Onların Qərbə çatması üçün çox lazımdır.Ona görə müqayisəni Avropa və ABŞ arasında aparmaq lazımdır.


Burada ən sadə bir həqiqət budur ki,sərvət nədədir? İqtisadi güc nə ilə ölçülür? Pul ilə,maliyyə vəsaiti ilə.Dünyada yeganə universal valyuta isə dollardır.Dünyada ABŞ üçn ən gəlirli biznes dollar biznesidir.Sadəcə kağız və rəng alır,amma əvəzində onu 100 dollar dəyərində olan məhsul alır.Ona görə də ABŞ ən güclü iqtisadi mərkəz sayıla bilər. Heç Microsoft,GM,Exxon,HP olmasa da ABŞ ən varlı dövlət sayılacaq,çünki o dollar ixrac edir.

bankir
Qısa və aydın şəkildə izah etdin:-) ABŞ dünyanın hegemon dövlətidir.Dünya ÜDM-nin az qala 20 faizi ABŞ-da yaranır. İkinci yerdə olan Çindən xeyli qabaqdadır. Hələ ABŞ-ın səviyyəsinə çatmaq üçün çox var.
Freddie
ABŞ dolları ixrac etmir, digər dövlətlər onu idxal edir!!!
papatürk
Yazanda,xüsusilə belə maraqlı mövzuda,çalışın ətraflı yazın. Nə demək istədiyiniz çətin anlaşılır.
Freddie
Yuxarıdakı cümləmi sizin «Heç Microsoft,GM,Exxon,HP olmasa da ABŞ ən varlı dövlət sayılacaq,çünki o dollar ixrac edir.» cümlənizə cavab olaraq yazmışam. Bu haqda uzun-uzadı yazmaq olar. Qısaca onu deyim ki, heç bir dövlət pul ixrac etmir. Əmtəə (ki pul da əmtəədir) ixracı o vaxt icra olunur ki, ölkədə həmin məhsulun artıqlığı yaransın. Belə fikirləşirəm ki, pulun  təklifini onun tələbi yaradır çox zaman. Əgər ABŞ boşu-boşuna dollar ixrac etsə, dolların təklifi tələbi üstələyər və belədə dollar öz dəyərini asanlıqla itirər. Dollara olan tələb isə beynəlxalq ticarət nəticəsində yaranır. Yəni, əgər kimsə ABŞ məhsulunu almaq istəyirsə, gərək pulunu dollara çevirsin. Məsələn, heç bir əcnəbi və ya yerli sakin Azərbaycanda dollarla bir şey ala bilməz. Alsa o, qanunu pozmuş olacaq. Fikrimcə, ABŞ dolları ixrac edir ifadəsi düzgün deyil. Həm də ki Bretton Woods sistemi 70-ci illərin əvvəllərindən etibarən fəaliyyətini dayandırmışdır.
bankir
Freddie,Pul ixrac etmək bir qədər sadə dildə deyilmişdi,amma mən papatürklə razıyam. ABŞ doğrudan da dollar ixrac edir.Bunun əsası isə Marşall planına gedib çıxır. Nəzərinizə çatdırım ki,o vaxt ABŞ müharibədən çıxmış Avropa ölkələrinə European Recovery Program adı ilə 14 milyard dollardan çox yardım etmişdi. bu yardım yəqin ki manatla verilməmişdi:-) Hətta bu ölkələrin çoxu bu borcu qaytarmasa da ,Amerikaya sərf edirdi,çünki əvəzsiz olaraq Avropa ölkələrinə verilən dollarların ABŞ üçün heç bir dəyəri yox idi(əgər kağız və kraska xərci sayılmazsa). 
Yuxarıda yazmısınız ki, Əgər ABŞ boşu-boşuna dollar ixrac etsə, dolların təklifi tələbi üstələyər və belədə dollar öz dəyərini asanlıqla itirər. bilirsinizmi ki,Amerikada hər gün dollar istehsalı üçün 18 ton rəng sərf olunur? Əslində Amerika dolları çox istehsal edir.Sadəcə dünyada əmtəə və xidmət istehsalı o qədər çoxdur ki,dollar artıqlığı inflyasiya yaratmır və Amerika qorxmadan dollar çap edə bilər.
Yəni ki,Ameika çox dollar istehsal edir,amma dünyada istehsal olunan malların həcmi fonunda dolların artıqlığı görə görünmür və ikinci planda qalır.
Dronqo
Dünyanın iqtisadi mərkəzi ilə bağlı maraqlı araşdırmanı təqdim edirəm. Nəticəyə görə Asiya hələ ki, dünyanın iqtisadi mərkəzi olmasa da, yaxın onilliklərdə böyük bir iqtisadi güc mərkəzinə çevriləcəyi gözlənilir. Daha ətraflı buyurun nəticələrə baxın Is the World’s Economic Center of Gravity Already in Asia?
bankir
Maraqlı,lakin lazımsız iş. Coğrafi yerləşmə ilə dünyanın iqtisadi mərkəzi olmaq arasında əlaqə bir qədər bizim alimlərimizin gop işlərinə oxşadı. Şpitsbergen adasının yerləşməsini yazıblar amma GDP haqda heç bir kəlmə də yazılmıb.
Dronqo
Orda söhbət ÜDM, coğrafi yerləşmə və iqtisadi mərkəz arasında əlaqədən gedir. Müəlliflər sadəcə riyazi-iqtisadi model tətbiq edərək bu əlaqəni xarakterizə etmək istəyiblər.
2ral
Çin və Amerikanın müqayisəsi haqqında maraqlı araşdırma:
Seks,narkotik,silah və pul. Çin vs ABŞ
Çinin ABŞ səviyyəsinə çatmasına 20 il qalıb (rus dilində)
Maraqlı bir fakt:
По данным ежегодного подсчета CNN, сегодня в Китае живут 130 официальных богачей, однако реально их примерно вдвое больше. В 2008 году же в стране насчитывался лишь 101 миллиардер, а в 2003 году в Китае вообще не было людей с таким состоянием. Для сравнения: в США, по данным журнала Forbes, сегодня проживают 359 человек, чье состояние исчисляется в десятизначных цифрах.
fidan
bəs siz Çini nə bilmişdiniz? Nəzərə alın ki,burada söhbət təkcə Çindən gedir.Hələ Yaponiya,Tayvan və Cənubi Koreya da gəlsə,ABŞ-ı böyük fərqlə üstələyər. ABŞ-ın gücü korporasiyalardadır.Onlar üçün də vətən anlayışı yoxdur.ABŞ olsun ya Çin fərqi yoxdur,əsas gəlir olsun.Bəlkə də 10-15 ilə ABŞ-ın ən böyük kompaniyaları Çinə getdi.
fidan
Dünyanın elmi cəhətdən ən yüksək inkişaf etmiş regionu hansıdır? Yuxarıda Dronqo qeyd etdi ki,əsas beyindir,elmdir. Məncə bu sahədə də Şərq güclüdür.Yaponlar hər şeyi çıxarmırmı? elə çinlilərin özləri də zəif nəticə göstərmir.qabaqlarına nə istəyirsən gətir,qısa müddətdə onu söküb-yığır və kopyasını çıxardır))
ABŞ və Avropada hamının başı narkomaniya,rok musiqisi,mənasız şeylərə qarışıb.Amma şərqlilər isə oxuyur və yeni məhsul istehsal edirlər. Kompüter şirkətlərinin çoxusunun zavodu Şərqdədir.
2ral
Elmi potensialda hamısının gücü təxminən bərabər səviyyədədir.Kompüter və informasiya texnologiyalarında ABŞ və Şərqi Asiya daha güclüdür. fizika,kimya,fundamental elmi araşdırmalar, sənayenin avtomatlaşdırılmasında Avropa kiçik fərqlə irəlidədir. Amma hər regionun üstün olduğu yer var.Məsələn aviakosmik sənayedə ABŞ şəriksiz liderdir.
Cavid
Düşünürəm ki bu mövzu çox aktual və maraqlıdır. Bu video da təxminən 200 ildə( from 1809 to 2007) dünyada baş verən dəyişikliklərdən danışılır. Yəqinki çoxları üçün maqaqlı olacaq.



Leyla
Ladies and gentlemen!Xanımlar və cənablar!
Diskussiya gözəl idi,amma icazənizlə mən Cavidin videosunun daha təkmil veriyasını sizə göstərim. İcazənizlə cənab Hans Rosling də müzakirəyə qatılsın və dünyanın ən maraqlı leksiyalarından birni sizə təqdim etsin.




Çoz gözəl analiz aparılır və qrafik təhlil gedir.Gördüyünüz kimi Çində artıq Şanxay Qərb səviyyəsinə çatsa da,Çin və Hindistanda inequality böyükdür.Xüsusilə də diqqətlə 11:35 baxın.Ondan sonra dinamikanın necə getdiyinə baxın. Gördüyünüz ki yumor hissi güclü olan Hans Roslinq çox dəqiq analiz aparıb. Həqiqətən də çox maraqlıdır.
Təklifim budur ki,gəlin 3 mərkəzi müqayisə etməkdənsə Qərb vs East müzakirəsi aparaq. Gördüyünüz kimi,13:07- dən görünür ki,arıtq ABŞ,Avropa və Yaponiya artıq hamar,düz yolla inkişaf etməyə başlayır.Amma Çin və Hindistan isə təkanla inkişaf edəcək.
papatürk
Mənim səni və Hansı alqışlamaqdan başqa yolum qalmır.Yaxşı təklifdir ki,iqtisadiyyatla maraqlananlar Qərb vs Şərq müzakirəsini aparsın. İndisə mən gedim bu videoya bir neçə dəfə təkrar baxmağa.