Beynəlxalq ziddiyyətlər və BMT sisteminin yenidən qurulmasının vacibliyi

Birləşmiş Millətlər Təşkilatı keçmiş beynəlxalq təşki­latlardan ən yaşlısı olmaqla (əgər onun ixtisaslaşmış müəssi­sələrindən  bəzilərinin   əsrdən  çox yaşının    olduğunu    nəzərə al­saq)   eyni  zamanda ən  geniş  və hörmətli  təşkilatlardan biri sayılır. Lakin beynəlxalq münasibətlərdə son vaxtlar müşa­hidə olunan – baş verən radikal dəyişikliklər və ziddiyyətlərin güclənməsi və s. BMT-nin yenidən qurulmasının vacibliyini ön plana çəkdi.
Bu dəyişikliklərə aiddir:
  • qloballaşma və ya onun fraqmentasiya olunması, xüsu­silə ikinci halda kollektivin əsas hərəkətverici qüvvəsi kimi yox, fərdi meyllərin, mikrofikirlərin, xırda ideoloqların yerinə böyük idioloqların meydana gəlməsi və güclənməsi sistemə salınmış qaydaların mozaik baxımdan artmasına sə­bəb olmuşdur;
  • dövlətlilərlə kasıblar arasında qeyri-bərabərliyin art­ması (dövlətlər və ya ayrı-ayrı cəmiyyətlər arasında);
  • dini, etnik və mədəni problemlərin dərinləşməsi;
  • təhlükəsizlik və inkişaf, təbiətdə münaqişələrin dəyiş­məsi  haqqında daha geniş məlumat verən yeni konsepsiyala­rın meydana gəlməsi;
  • keçmişdəki amansızlıq, qəddarlıqdan əl çəkməli, döv­lət müstəqilliyi və milli dövlətçilik böhranı anlayışına keç­məli;
  • güc məntiqinin üstünlüyünü ələ almaq;
  • «real vaxt» rejimində hərəkət edən kompüter və rabitə sistemində çevriliş.
Bu dəyişiklik müəyyən dərəcədə dövlətlərarası geniş mənada transmilli xarakter daşımaqla beynəlxalq sistemin tam şəkildə trasformasiya olunmasına gətirmişdir.
TMK-rın, TNB-rın və digər aparıcı makroiqtisadi subyektlər   milli    iqtisadiyyat    üçün    onların     əhəmiyyətini qa­nunauyğun şəkildə aşağı salır və onların əsas çətinlik – ağır­lıq mərkəzi sahibkarlıq strategiyasının üzərinə düşür. Son vaxtlar qloballaşmanın genişləndiyi bir şəraitdə köhnəlmiş BMT-nin yerinə dünyanı fəth edən və məşhur olan Birləşmiş Korporasiya Təşkilatları yaratmaq ideyası baş verdi.BMT-nin yenidən qurulması ideyası Corc Sorosanın «açıq cəmiyyət» konsepsiyasında da öz əksini tapmışdır. Corc Sorosa hazırda BMT-də mövcud olan böhranın əsasını təşkil edən bürokratik ziddiyyətləri bu təşkilatda idarəetmə sistemini yenidən yaratmaqla aradan qaldırmaq fikrini irəli sürür. Bununla da nəzarət funksiyasını təyin edilmiş vəzifəli şəxslərə – Baş katibə və ya Baş katibin hesabında olanlara, Bretton-Vuds Institutunda olduğu kimi direktor şurasına və ya başqa sözlə vəsait kimə təqdim olunacaqsa ona həvalə etmək olar.

Assambleya bizim dünya ictimaiyyəti üçün qanunlar işləyib hazırlayan qanunvericilik orqanına çevrilə bilər. «Bü gün Baş Assambleya özünü danışan kimi təqdim edir. Bizim dünya cəmiyyəti üçün o qanunlar işləyib hazırlayan qanun­vericilik orqanına çevrilə bilər. Müstəqil dövlətlərin As­sambleyası ola bilər ki, icraedici funksiyaların həyata keçi­rilməsi üçün pis yaxınlaşa bilsin, lakin o beynəlxalq qanun­vericilik orqanlarına təqdim olunan tələbləri layiqincə ödəyir. Ixtisaslaşma çoxluğunu nəzərə almağı dəqiq müəyyən etmək tələb olunur. Üçqat meyar imkanı ola bilər, bilavasitə üçdə iki ölkə, üçdə iki əhali və BMT-nin büdcəsinin üçdə ikisi. Hansı ölkə öhdəçiliyə tərəfdar çıxmırsa heç olmazsa açıq koalisiya cəmiyyətindən azad olunmaya tərəfdar çıx­maqla ixtisas çoxluğu qərarı ilə razılaşsınlar».Bu    yolla    onsuz    «milli   müstəqillik» prinsiplərini pozmaqla ümumi beynəlxalq hüquq normala­rını yaratmaq təqdim olunur. Bununla da Soros «açıq cə­miyyət», «ixtisaslaşmış çoxluğun» marağında azlıqların hüququnu   tapdalamaq   şəraitində   BMT   nədir sualı cavabsız qalır. Bundan başqa, onlar üzdə müxtəlif və hərəkət edən qüvvələri əks etdirməklə struktur problemləri ilə əlaqədar beynəlxalq işlərə cəlb olunur. Transmilli və dövlətlərarası sə­viyyə, müstəqillik və bir-birinin işinə qarışma, bir-biri ilə zid­diyyətdə olan tərəflərin maraqları, dövlətin zəif hərəkəti ilə digər hərəkətdə olan şəxs və quruluş arasında, bir tərəfdən güc və hakimiyyət, digər tərəfdən isə bərabərlik və ədalət ara­sında, ümumilik, fərdlilik, separatizm, intervensiya, neytral­lıq və neytral arasında gərginliyin artması mövcuddur. Bila­vasitə bu kontekstdə gərginlik və yerdəyişmə BMT-nin ya­rarlı olmasını sual altında qoyur.

Son on ildə BMT-nin əsas problemlər üzrə fəaliyyətinə aşağıdakıları aid etmək olar:
  • BMT-nin sülh və təhlükəsizliyin tərəfdarı olmasında li­derlik rolunun zəifləməsi;
  • Təhlükəsizlik Şurasında nümayəndəliklərin genişlən­məsi və onun işində transəməkdaşlığın təmin edilməsi məsə­lələri;
  • Təşkilatın maliyyə problemləri;
  • Idarəetmə vasitələrinin yeniləşdirilməsinin vacibliyi;
  • Kadr potensialının təkmilləşdirilməsi problemləri.
Bütün ölkələr və xalqlar üçün möhkəm sülhə və təhlü­kəsizliyə nail olmaq BMT-nin yarandığı gündən onun əsas məqsədi olaraq qalır. Bu özünü Əfqanıstanda, Burundidə, Konqo Demokratik Respublikasında, Şərqi Timorda, Həbə­şistan, Kosova, Iraq və s. böhran vəziyyətində göstərmişdir. Soyuq müharibə qurtardıqdan sonra dövlətlərarası münaqişə dövlətdaxili münaqişəyə keçmişdir. Əgər keçmişdə əsas münaqişələr ideoloji münaqişə — yəni tərəflər arasında fikir ay­rılığı nəticəsində, iki sistem (kapitalizmlə sosializm) ara­sında  baş verirdisə, hazırda bu münaqişə etnik və dini dözümlülük, silahların, qiymətli daşların, narkotiklərin qeyri-qanuni dövr etməsi nəticəsində baş verir. BMT həmişə münaqişələrin nəticələrini yox onun başvermə səbəblərini aradan qaldırmağa çalışır. BMT-nin əsas mexanizmi yeni münaqişələrin baş verməsini və sürətli silahlanmanı əmək­daşlıq yolu ilə aradan qaldırmaq, regionlarda sülhün bərqə­rar olması, müxtəlif dövlətlərdə seçkilərin şəffaf keçirilməsinə yardımçı olmaq və digər məsələləri balanslaşdırmaq yolu ilə həll etməyə xüsusi səy göstərməsidir.

Hərbi münaqişələrin və təbii fəlakətlərin sayının art­ması, milyonlarla adamların, xüsusilə uşaqların əziyyət çək­məsi dünya ölkələrinə və regionlarına göstərilən humanitar yardımın artırılmasını tələb edir.
Təhlükəsizlik şurasında nümayəndəliklərin genişləndi­rilməsi məsələsi, bir tərəfdən inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin çatışmamazlığı, digər tərəfdən isə regional qruplar üzrə Təhlükəsizlik Şurasında yerlərin düzgün bölü­ş­dürülməsi və daimi üzvlərin vəziyyətinin Təhlükəsizlik Şura­sında imtiyazlı üstünlüyə malik olmaq, yüksək olması ilə əlaqələndirilməlidir. Digər tərəfdən RF-nın yeni xarici siyasət konsepsiyasında qeyd edildiyi kimi hazırda ABŞ-ın başçılığı ilə dünyanın bir baxımdan (bir qütbdən) strukturunun yara­dılması və  beynəlxalq təhlükəsizliyin prinsipial məsələlərində BMT-nin rolunu azaltmaq üçün Qərb institutlarına müraciət olunur. ABŞ-rı öz təsirini daha da artırmaq məqsədi ilə Təhlükəsizlik Şurasının yenidən qurulmasını istəyir, əgər bu planlar başa çıxarsa Təhlükəsizlik Şurasının rolu yoxdur.
Təhlükəsizlik Şurasında islahatlar haqqında məsələlər üzrə bütün dövlətləri, onlar arasında müəyyən fərq baxımın­dan dörd qrupa bölmək olar: inkişaf etmiş ölkələrə, orta, daimi üzvlüyə namizədlərə və daimi üzvlərin özləri.

Təşkilatda çoxluğu təşkil edən Cənub ölkələri şimal üçün birtərəfli olan islahatla heç cür razılaşmırlar. Onların tələbi BMT-nin işində daha çox iştirak etməli, təşkilat fəa­liyyətdədir və əsasən inkişaf etməkdə olan ölkələrdə. Ona görə də onlar öz talelərini imkanları daxilində özləri həll et­məlidirlər. Lakin bu ölkələrdə BMT-ni dəstəkləmək üçün maliyyə vəsaiti çatışmır və onlar BMT statusunu yüksəltmək yolu ilə ikinci və üçüncü böyük iqtisadi potensiala malik olan dövlətləri Yaponiya və Almaniyanı dəstəkləməklə onların maliyyə məsələlərini həll etməyə məcbur edirlər. Eyni za­manda inkişaf etməkdə olan dünyanın regional qrupları da Təhlükəsizlik Şurasına daimi üzv olmaq istəyir. Asiyada – Hindistan, Pakistan, Indoneziya, Afrikada – CAR, Misir, Nigeriya və Braziliya, Argentina, Meksika, Latın Amerikası və s. vəziyyəti mürəkkəbləşdirən məsələlərdən biri də daimi üzvlüyə namizədlər arasında rəqabətli olmasıdır. Söhbət nüvə silahına malik olan Hindistan, Pakistan dövlətləri ara­sındakı münaqişədən gedir. Hindistan artıq Çinlə bərabər statusa çatmaqla tam hüquqi səlahiyyətə malik olması haq­qında açıqlama vermişdir.
Pakistan isə Hindistanın kəskin tənqidi ilə hesablaşır. Bu vaxtda region əhəmiyyətli orta ölkələr (Italiya, Ispaniya, Malayziya, Türkiyə) bir sıra Skandinaviya və Latın Ameri­kası ölkələri isə, necə deyərlər, kofe klubunda birləşərək «ya­rımdaimilik» üzvlüyü almaq istəyirlər.
ABŞ nümayəndəsi tez-tez Baş Assambleyanın yeniləş­məsi haqqında fikirlər söyləyir. ABŞ bu yeniləşməni «huma­nitar müdaxilə nəzəriyyəsi» altında həyata keçirmək istəyir ki, bu da açıq şəkildə beynəlxalq qaydaların əleyhinədir. La­kin Qərb dövlətlərində bu çox aktiv şəkildə tətbiq edilir və bu  da onların müstəqil dövlətlərin işinə TŞ-nin qadağası olma­dan hərbi yolla müdaxilə etmək imkanı verir. Belə bir şəra­itdə öz hərbi gücünə arxalanan Vaşinqton imkan verir ki, Amerika daimi üzvün veto hüququnun olmamasından isti­fadə edib, özünün BMT-nin Kosovada, ABŞ və Böyük Bri­taniyanın Iraqda olduğu kimi hərbi gücünün təsiri altında istədiyini həyata keçirsin. Görün­düyü kimi, BMT-nin ina­nılmış prinsipləri ilə milli suverenlik arasında uçurum baş verdi.

Belə bir şəraitdə dünya qaydalarının,  təhlükələrin sayı­nın bir qütbdə formalaşdırılmasının qəbul edilməsi lazım gə­lir ki, bu da öz rəqabətedicilərindən güclü olanın diktə etməsi ilə həyata keçirilən imperiya tipi sistemindən başqa bir şey deyildir. Müasir dünyanın nüvə silahı ehtiyatları ilə doldu­rulduğu və hətta BMT-nin özündə belə öz müdafiələrini tapa bilməyən dördüncü münaqişə yaradan bu model münasib hesab edilə bilməz. BMT-nin Baş Katibi K.Annanın bir sıra çıxışlarında «humanitar müdaxilə» nin nəzəriyyə və təcrübəsi müdafiə olunur.Təşkilatın maliyyə problemi ondan irəli gəlir ki, BMT beynəlxalq münasibətlərdə dövlətlərin seçilməsində azad və muxtariyyəti olan şəxs hesab edilmir. Faktiki olaraq o iddia təqdim edir, təmiz nəzəriyyə olaraq qalır. Birləşmiş Millətlər Təşkilatı dünyəvi dövlət deyil, o ancaq dövlətlər arasında əmək­daşlıq sistemidir. Bu hökumətlərarası təşkilatın qərar qə­bul  etməsi, bu təşkilata üzv olan dövlətlərdən asılıdır. Bu­radan da belə çıxır ki, onun özünün xüsusi maliyyə resursları yoxdur, BMT-nin büdcəsi BMT-na üzv olan dövlətlərin əmanətlərindən iba­rətdir. Maliyyə islahatı ayrı-ayrı dövlətlə­rin əmanətlərində olan münasibətləri dəyişməklə BMT-nin büdcəsini artırmaq olar.

1995-ci ildən başlayaraq BMT-nin büdcəsi fasiləsiz ola­raq azalır. ABŞ hər vasitə ilə onun artmasına mane olur. Belə təcrübə islahatın aparılmasında xüsusi maliyyələşdirmə tələb edir ki, bu da islahatı bəzi halda inkar edir.
Iri ölkələrin büdcəsilə müqayisə etdikdə BMT-nin büdcəsi çox azdır (iqtisadi və sosial məqsədlə üçün büdcə, sülhü qorumaq üçün olan büdcə və ümumi büdcə daxil ol­maqla 9 mlyd. dollardan bir az çoxdur). Sülhün qorunması üçün büdcə ABŞ-nın hərbi büdcəsinin 1,1 %-ni təşkil edir ki, bu da «Səhrada tufan» əməliyyatının aparılmasında iki günlük xərcə bərabərdir.  BMT-nin ümumi büdcəsi   Nyu-York kimi şəhərin illik büdcəsinin 4 %-nə bərabərdir. ABŞ-nın BMT-nın ümumi büdcəsinə qoyduğu əmanət hər bir amerikalıya 1,2 dollara, sülhün qorunması üçün büdcəyə isə təqribən 7 dollara başa gəlir. Lakin nisbətən iqtisadi və sosial məqsədlər üçün planetin hər bir adamına 88 sentə başa gəlir. Bu zaman dövlət təqribən hər il 767 mlrd. dollar sərf edir ki, bu da yer kürəsində yaşayan hər bir adam üçün 134 dollara bərabərdir. BMT-nin büdcəsinə əmanətin ödənilməsi ma­liyyə yox siyasi problemdir.
BMT-nin fəaliyyətinin səmərələşdirilməsi və idarəetmə sisteminin yeniləşdirilməsinə cəhd göstərilməsi ona üzv olan dövlətlərlə birgə fəaliyyətdə yaxşı koordinasiya olunacaq və böyük razılığın olmasını istəyirlər.
Maliyyə vəziyyətinin mürəkkəbləşməsi və büdcənin məh­dud­laşdırıldığı bir vaxtda dövlətlər istərdilər ki, BMT az  vəsaitə  böyük  nəticələr  əldə etsin.  Bu paralel fəaliyyət hərə­kə­tinin ləğv edilməsinə, öz-özlüyündə artıq olan və ya ixtisaslaşmış müəssisələrin mövcudluğu ilə əlaqədar olaraq bəzi fondların və proqramların birləşməsinə səbəb olmalıdır.
Məsələn, hazırda ƏKTT-FAO dünya ərzaq proqramı və Hökumətlərarası kənd təsərrüfatının inkişaf fondu ilə möh­kəm inkişaf üzrə Komissiya BMT-nin ətraf mühitin mühafi­zəsi Proqramı ilə rəqabət aparır. YUNISEF Ümumdünya bankı və BMT-nin Inkişaf Proqramı (BIP-PROON) YUNE­SKO ilə təhsil sferasında rəqabət aparır və s.

Müxtəlif təşkilatlar arasında möhkəm əlaqələrin yara­dılması və istiqamətləndirilməsi iqtisadi və sosial şurada yeni həyat ideyaları haqqında fikirlər söyləməklə həmin şuranı Iqtisadi  Təhlükəsizlik Şurasına çevirmiş və inkişaf strategiy­asının ardıcıl həyata keçirilməsi məqsədi daşıyır. Bu şura ola bilər ki, inkişaf məsələləri ilə məşğul olsun ki, bu da beynəl­xalq təşkilatların, dövlətlərin, assosiasiyaların, regional bir­liklərin işini asanlaşdırar və bununla da layihənin həyata ke­çiril­məsin­dən böyük səmərəni təmin etmiş olar. Əlaqə­lən­dirmənin hərəkət mexanizmi keçmişdə olduğu kimi bir-birinin əksinə olan kurs və proqramların qəbul edilməsinə yol verməmək məqsədi ilə BMT sistemini təşkil edən bütün funksiyaların hormo­nik­ləşdirilməsini – inkişaf etdirilməsini əks etdirir. Məsələn, BVF və ÜDB arasında struktur tənzimləmə siyasəti uzun müddət YUNESKO, FAO, YUNISEF, MOT-dan irəli gələn sosial siyasət sahəsində təklifləri qəbul etməmişlər. Bu əlaqələndirmə üç müxtəlif sə­viyyədə özünü əks etdirə bilər: dövlətlərarası, dövlətlərlə BMT-nin ixtisaslaşmış müəssisələri, həmçinin dövlət daxili, onların müxtəlif hökumət orqanları arasında.BMT-nin nisbətən mühüm hesab edilən məqsədi dünyada yoxsulluğu ləğv etməkdir. Baxmayaraq ki, son onilliklərdə yoxsulluq probleminin həllində, xüsusilə Asiyada müəyyən tərəqqi olmuşdur, bununla belə dünya əhalisinin yarısı gündə 2 dollara yaşamağa məcburdur. Məsələn, dünyada 1,2 mlrd. adam gündə bir dollardan da aşağı ya­şayır. 2015-ci ilə bu kateqoriyadan olan əhalinin sayının azaldılması qarşıya qoyu­lan əsas məsələ hesab edilirdi. Əha­linin kapitalizm şəraitində maddi və mənəvi mədəniyyətin kəndin inkişafı şərtlərinə uyğun olaraq böyük nazirliklərdə toplanması problemi mühüm əhə­miyyətə malikdir. Ona görə də inkişaf etməkdə olan ölkə­lərdə 100 mln. adamın həyat şə­raitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin hazırlan­ması ən aktual məsələ hesab edilməlidir. Bununla əlaqədar olaraq 100-dən çox ölkədə qadınların iqtisa­diyyata cəlb olunmasına, rəhbər rolu və onların sülh məramlı fəaliyyə­tində iştirakı və qadınlara qarşı güc işlətməyin aradan qaldı­rılmasına təşəbbüs edilmişdir.

BMT-nin qeyd edilən müəssisələri ilə yanaşı cinayət­kar­lığa qarşı, həmçinin QİÇS və Ekoloji problemlərin həll edilməsi üçün tədbirlər həyata keçirilir və ya planlaşdırılır. BMT üçün əsas məsələ dünyanın istənilən nöqtəsində səs­vermə ilə əlaqədar BMT-yə ani olaraq məlumatların çatdı­rılması texnologiyasının Internet şəbəkəsinin yaradılması və kommu­ni­kasiya sistem­lə­rin­dən istifadə olunma səmərəliliyi­nin yüksəl­dilməsidir. Hazır­da BMT sistemi hərəkəti, böyük hörmətə malik olması, onun inandırıcı, səlahiyyətli və səmə­rəliliyi haq­qında məlumatlar vermək üçün çox geniş və kütləvi imkanlar mövcuddur. Bu dünyada həyat şəraitini yaxşılaşdırmaq üçün çox vacibdir.
Siyasi mərdliyin və istəyin olmasına qarşı dayanmaq, perspektiv tədqiqatlarla məşğul olan mərkəzlərdə və təşki­latlarda (bəzi hallarda dövlət tərəfindən xoş niyyətlərin ol­mamasını əks etdirir) böhranın aradan qaldırılması üsullarını və bizim cəmiyyətin vəziyyətini dərindən və dəqiq öyrənmək lazımdır. BMT sisteminin yenidən qurulması daha geniş: in­kişaf mərhələlərinə və üsullarına yeni baxışların işlənib ha­zırlanması və ya demokratiyanın mövcudluğunda dəyişik­liklər (daha geniş imkanlarda hamının iştirak etməsi), bütün planetin taleyini başa düşmək kimi məsələləri əhatə etməlidir. Əsas zəmanət dünya qaydalarının öz formasının dəyişməsinə yol verməmək və dünyada BMT-nin birləşdirici rolunu güc­ləndirməkdir.

0 şərh