ECOSOC-Iqtisadi və Sosial Şura
BMT-nin Nizamnaməsinə uyğun olaraq iri təşkilatların və onların ixtisaslaşmış müəssisə və orqanlarının iqtisadi və sosial sahələrdə Iqtisadi və Sosial Şura – ISŞ (Economic and Social Counsil -ECOSOC) əlaqələndirici orqandır. ECOSOC-un altı funksional komissiyası vardır:
- Statistik komissiya (Statistica Commission);
- Inkişaf məqsədli elm və texnika üzrə komissiya (Commission on Sience and Technology for Development);
- Inkişafa kömək komissiyası (Commission on Sustainable Development - CSD);
- Sosial inkişaf üçün komissiya (Commission for Social Development - CSD );
- Transmilli Korporasiyalar üzrə komissiya (Commission on Transnational Corporations);
- Narkotik vasitələri üzrə komissiya (Commission on Narcotic Drugs - CND);
Yardımçı orqanların sayına 5 regional komissiya aid edilir:
- Afrika üçün iqtisadi komissiya (mənzil qərargahı ilə Addis-Əbəbədə) -EKA (Economic Commission for Africa - ECA);
- Asiya və Sakit Okean üçün iqtisadi və sosial komissiya ECKATO (Banqkok) (Economic and Social Commission for Asia and the Pacific- ESCAP);
- Avropa Iqtisadi komissiyası – AIK (Cenevrə) (Economic Commission for Europe - ECE);
- Qərbi Asiya üçün iqtisadi komissiya -ECKZA (Bağdad) (Economic and Social Commission for Western Asia – ESCWA);
- Karib hövzəsi və Latın Amerikası üçün iqtisadi komissiya - EKLAK (Santyaqo) (Economic Commission for Latin America and the Caribbean - ECLAC).
ECOSOC adları çəkilən orqanlarla yanaşı inkişaf sahəsində BMT-nin Inkişaf Proqramı (PROON), BMT Uşaq Fondu (YUNISEF), BMT-nin Ticarət və Inkişaf üzrə Konfransını (YUNKTAD), BMT-nin Əhali artıqlığı üzrə fondunun (YUNFPA), Dünya Ərzaq Proqramı və həmçinin Birləşmiş Millətlərin Ərzaq və Kənd təsərrüfatı üzrə ixtisaslaşmış təşkilatlarını (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (VOZ), Birləşmiş Millətlər Təşkilatının Sənayenin Inkişafı üzrə Təşkilatını (YUNIDO), Beynəlxalq Əmək Təşkilatını (MOT), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatını (YUNESKO) və digər təşkilatları əlaqələndirir.
BMT təcrübi vasitələrlə öz məqsədinə çatmaq üçün texniki əməkdaşlıqdan icmal məlumatlara və beynəlxalq konfransların çağırılması, kompleks inkişaf planının tərtibindən ticarətdə, sənayedə və kənd təsərrüfatında xüsusi layihələrə qədər müxtəlif proqramlardan istifadə edir.
ECOSOC son illərdə əsas aparıcı strateji sahələri öz üzərinə götürür. 1999-cu il iclasının yüksək səviyyədə keçirilməsi və «Yoxsulluq problemləri üzrə Manifest» in nəşr edilməsi minilliyin astanasında, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının sammiti tərəfindən qəbul edilmiş inkişafın məqsədi üçün əsas əlamət idi.
2000-ci ildə yüksək səviyyədə keçirilən iclasda qəbul edilən nazirlərin bəyannaməsində bilavasitə 2001-ci ildə yaradılmasına gətirib çıxaran informasiya və kommunikasiya texnologiyalarının (IKT) konkret olaraq qısaldılmış halda «rəqəmli uçurum» adlandırılması haqqında tədbirlər təqdim edilmişdir.
1998-ci ildə EKOSOC əsas sessiyadan kənarda hər il apreldə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı tərəfindən təsis edilmiş və Bretton Vuds müəssisələrinə rəhbərlik edən Maliyyə nazirlərinin və əsas komitələrin ənənəvi iclasının keçirilməsini müəyyən etdi. Bu məsləhətləşmələrin hesabına inkişafın maliyyələşdirilməsi üzrə Beynəlxalq Konfransın Monterreye (Meksika) şəhərində 2002-ci ilin mart ayında keçirilməsinə və təşkilatlararası əməkdaşlığın həyata keçirilməsinə səbəb oldu. Bu konfransda ECOSOC Monterreye konsensusunda vəziyyətin həyata keçirilməsinin gedişinin qiymətləndirilməsi və təqib edilməsi üzrə fəaliyyətində əsas rolundan ayrılmışdır.
0 şərh