BMT-nin Ixtisaslaşdırılmış müəssisələri

BMT-nin Nizamnaməsi iqtisadi, sosial və humanitar sahə­lərdə beynəlxalq əməkdaşlığı həyata keçirmək üçün BMT-nin orqanları ilə birlikdə, həmçinin onun ixtisaslaşmış müəssisələri, xüsusi məsələlər üzrə bir sıra beynəlxalq təşki­latlar daxil ol­maqla geniş və çoxşaxəli mexanizmin yaradı­lması nəzərdə tutulur.
BMT-nin ixtisaslaşdırılmış müəssisələri – Bu müəssisələr beynəlxalq razılaşmalar və nizamnamə vasitəsi ilə müəyyən edilmiş, BMT ilə əlaqəsi olan beynəlxalq müqavilələr əsa­sında yaradılmışdır.
BMT-nin ixtisaslaşmış müəssisələrinin təkrar və əvəze­dilməz rolu müstəqil dövlətlərin fəaliyyətini birləşdirmək və xüsusi sahələrə istiqamətləndirməkdən ibarətdir. Bu müəssi­sələr texniki və iqtisadi yardımdan başqa bütün sahələrdə döv­lətlərarası əməkdaşlıqda vacib olan informasiya funksiy­asının həyata keçirilməsini təmin edir.
Ilk dəfə BMT sistemində müxtəlif ixtisaslaşmış iqtisadi, sosial və digər təşkilatlar və onların iqtisadi, sosial sahələrdə beynəlxalq əməkdaşlıqda iştirakı haqqında məsələ 1944-cü ildə Dumbarton-Okse (ABŞ) Konfransında gələcək beynəl­xalq təşkilatların xarakteri müzakirə olunan zaman qaldırıl­mışdır.
Qərara alındı ki, sabit və xoşbəxt şərait yaratmaq üçün millətlər arasında sülh və dostluq münasibətlərinin yaradıl­ması lazımdır. Təşkilat beynəlxalq iqtisadi, sosial və digər humanitar problemlərin, insan azadlıqlarına və hüquqlarına hörmət edil­mə­sinin həllinə yardımçı olacaqdır. Bununla əla­qədar olaraq beynəlxalq əməkdaşlığı xüsusi sahələrdə həyata keçirən höku­mətlərarası təşkilatların gələcək təşkilatlarla əlaqəsi müvafiq razılaşmalar vasitəsilə həyata keçiriləcəkdir.
1945-ci il San-Fransisko (ABŞ) Konfransında ixtisas­laşmış təşkilatlar haqqında məsələyə baxılmış və nəticədə aşağıdakı aspektləri əks etdirən məsələlər işlənib hazırlan­mışdır:
1.Beynəlxalq təşkilatların xarakterik cəhətləri nəticədə BMT-nin ixtisaslaşmış müəssisələri ilə eynidir;
2.BMT ilə onların əlaqəsinin yaradılması qaydaları və BMT-nin bu təşkilatlarla qarşılıqlı əlaqə prinsipləri;
3.Yeni ixtisaslaşmış müəssisələrin yaranmasında BMT-nin təşəbbüskar rolu.
Beləliklə, yeni BMT-nin ixtisaslaşmış müəssisələri an­layışı baş verdi. Ixtisaslaşmış müəssisələr 4 əsas hüquqi əla­mətlərə məxsusdur:
1.təsisedici aktların hökumətlərarası xarakteri;
2.onların səriştəsi, təcrübəsi çərçivəsində geniş beynəl­xalq məsuliyyət;
3.BMT Nizamnaməsi qaydalarına uyğun xüsusi sahə­lərdə fəaliyyətin həyata keçirilməsi;
4.BMT ilə əlaqə.
Axırıncı qeyd edilən əlamət spesifik olmaqla BMT-nin ixtisaslaşmış müəssisələrini beynəlxalq təşkilatlarda xüsusi qruplara ayırır.
BMT-nin ixtisaslaşmış müəssisələri onların fəaliyyətinin fasiləsizliyi bütün sistemin orqanlarını təmin etdiyindən on­lar daima fəaliyyət göstərən beynəlxalq təşkilatlardır.
Təsisedici aktlarda bu təşkilatların fəaliyyətinin qur­tarma qaydalarına baxılmır.
BMT-nin ixtisaslaşmış təşkilatları dövlətlərin xüsusi sa­hələrdə fəaliyyətini istiqamətləndirən orqandır. Onların qu­ruluşunun əsasını dövlətlərin müstəqil və bərabərlik prinsip­ləri təşkil edir.
BMT-nin ixtisaslaşmış müəssisələrinin fəaliyyətinin is­tiqamətləndirilməsində əsas məsuliyyət Baş Assambleyaya, Iqtisadi və Sosial Şuraya məxsusdur.
Baş Assambleya ixtisaslaşmış müəssisələrlə tədqiqatlar təşkil edir, təkliflər verir, bütün maliyyə və büdcə razılaşma­larına baxır və təsdiq edir, onların inzibati büdcəsini yox­layır. Baş Assambleyanın hər bir sessiyasının Qətnaməsində BMT-nin ixtisaslaşmış müəssisələrinə müəyyən diqqət yetiri­lir.
Iqtisadi və Sosial Şura təcrübi cəhətdən BMT-nin ixti­saslaşmış müəssisələrinin fəaliyyətini istiqa­mət­lən­dirir. O bun­ları BMT-nin ixtisaslaşdırılmış müəssisələri ilə əlaqələn­dir­məkdə razılaşma orqanı hesab edilir. Şuranın əlaqə ya­ratmaq səmərəliliyini yüksəltmək məqsədi ilə Baş Assamb­leyanın Şuranın təkliflərinin yerinə yetirilməsi haqqında müəssisələrdən müntəzəm olaraq onların fəaliyyəti və təd­birləri haqqında məlumatlar alır. Iqtisadi və sosial Şuranın hər il Baş Assambleyaya təqdim etdiyi məruzə «Ixtisaslaşmış müəssisə­lərlə qarşılıqlı münasibətlərin əlaqələndirilməsi sualı» üçün xüsusi bölmə ayrılır.
BMT-nin ixtisaslaşmış müəssisələrlə qarşılıqlı münasi­bətlərini müəyyən edən BMT Nizamnamə qaydaları göstərir ki, bu münasibət bilavasitə və ilk növbədə təqdimatlar əsa­sında qurulur. BMT-nin ixtisaslaşmış müəssisələrinin əlaqə xarakteri, onun  digər beynəlxalq təşkilatları ilə olan əlaqə­dən fərqlənir. Ancaq ixtisaslaşmış müəssisələr BMT ilə möh­kəm əlaqəyə malikdir. Beləliklə, BMT-nin ixtisaslaşmış müəssisələri özünün malik olduğu xüsusiyyətləri ilə fərqlənir: hökumətlərarası xarakteri, geniş beynəlxalq məsuliyyəti, BMT ilə əlaqə və hü­quqi sərbəstliyi.
Hazırda BMT-nin 18 ixtisaslaşmış müəssisəsi mövcud­dur. Bu təşkilatlardan bəziləri əvvəllər mövcud olan beynəl­xalq inzibati ittifaqların, beynəlxalq ixtisaslaşmış təşkilat­larla, II Dünya müharibəsindən əvvəl və sonra BMT və ayrı-ayrı ma­rağı olan dövlətlərin təşəbbüsü ilə dəyişmişdir.
BMT-nin ixtisaslaşmış müəssisələri fəaliyyət sahəsi üzrə aşağıdakı kimi qruplaşdırılmışdır və cədvəl 2.2.-də təqdim olunur.

Cədvəl 2.2.
BMT-nin ixtisaslaşmış müəssisələri

Adları

Yaranma ili (BMT-nin ixtisaslaşmış müəssi­sələri)

Yerləşdiyi yer

1

2

3

Sosial  xarakterli  müəssisələr

Beynəlxalq əmək təş­kilatı (BƏT)

1946

Cenevrə (Isveçrə)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

1948

Cenevrə (Isveçrə)

Maliyyə    təşkilatları

Beynəlxalq Valyuta Fondu (BVF)

1947

Vaşinqton (ABŞ)

Beynəlxalq Yenidən­qurma və Inkişaf Bankı (BYIB)

1947

Vaşinqton (ABŞ)

Beynəlxalq Inkişaf Assosiasiyası (BIA)

1960

Vaşinqton (ABŞ)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

1957

Vaşinqton (ABŞ)

Investisiya zəmanəti üzrə çoxcəhətli agent lik (IZÇA) (MIGA)

1988

Vaşinqton (ABŞ)

Təsərrüfat  sahələrində  təşkilatlar

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatları (ƏKTT) (FAO)

1945

Roma (Italiya)

Beynəlxalq Kənd Tə­sərrüfatının  Inkişaf Fondu (BKTIF)

1977

Roma (Italiya)

Mədəni  və  humanitar  xarakterli  təşkilatlar

Intellektual Mülkiyyət üzrə Ümum­dün­ya təşkilatı (IMÜT)

1974

Cenevrə (Isveçrə)

Mədəniyyət, elm və təhsil məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı (YUNE­SKO)

1946

Paris (Fransa)

Iqtisadi   təşkilatlar

Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı (YUNIDO)

1986

Vyana (Avstriya)

Nəqliyyat  və  rabitə  sahəsində  təşkilatlar

Telekommunikasiya üzrə Beynəlxalq Ittifaq (TBT)

1994

Cenevrə (Isveçrə)

Ümumdünya Poçt Ittifaqı (ÜPI)

1947

Bern (Isveçrə)

Beynəlxalq Mülki Hava Təşkilatı (BMHT)

1947

Monreal (Kanada)

Beynəlxalq Dəniz Təşkilatı (BdT)

1959

London (Böyük Bri­taniya)

Meteorologiya  sahəsində  təşkilatlar

Ümumdünya Me­teo­rologiya Təşkilatı (ÜMT)

1951

Cenevrə (Isveçrə)

 

0 şərh