Bloq haqda
Adından da göründüyü kimi bilib və bilmədiklərinizi burda tapa biləcəksiz..DAha çox q-adi hadisə və məlumatlardan ibarət olacaq…
Oxucular (19)
Cavid Zahid GDMLI Dr Həkim Xəbərçi Xrizoberil Samir012 Nicat_Amazing ORIGINAL Nurane Shahbazova yravil Someone cahandar Mysteryo AykaJackson Aristotel Aysel218 Abdulyar _BUMERANQ_ SÜSən_MehrəliyevaYatarkən xarakteriniz "Oyanır"
Mövzu ilə bağlı təhlillər aparan Yuxu üzrə Elm Mərkəzinin professoru Chris Idzikowski insanlar arasındakı məşhur yuxu mövqelərini təhlil edərək yuxu mövqelərinin yalnız insan sağlamlığına təsirli olmadığını, həm də insanların şəxsi xarakterləri ilə əlaqəli olduğunu ifadə etdi.
Ardı
Meymunlar üzərində maraqlı təcrübə
Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı
Saat niyə sağa doğru hərəkət edir ?
Ardı
- ?
- 08 mart 2012, 23:32
- MaksiMuS
- şərh əlavə et
Azadlıq Heykəli
Ardı
Facebook haqqında maraqlı faktlar
Facebook haqqında bəzi maraqlı və bilmədiyiniz məlumatları sizinlə paylaşmaq istərdim.1. Suriya, Çin, Vyetnam və İranda Facebook-a qadağa qoyulub.
2. Həm vətəndaşlar həm də polis idarələri şübhəli günahkarları tapmaq üçün Facebook-dan istifadə edir.
3. Facebook istifadəçisi sayı qədərində əhalisi olan bir ölkə olsaydı, dünyada əhalisinin sayına görə beşinci ölkə olardı. Siyahının əvvəlində Çin, Hindistan, ABŞ və İndoneziya olacaqdı.
4. Bu yaxınlarda aparılan araşdırmaya görə Facebookda qeydiyyatda olan istifadəçilərdən aktiv istifadəçilərin sayı istifadə etməyənlsbətdə nisbətdə daha azdır.
5. Lamebook.com adlı saytda, Facebooka yazılan gülməli və lazımsız yeniləmələr (statuslar) nəşr olunur.
6. Hər ay Facebook'a 2.5 milyarddan çox şəkil yüklənir.
Niyələr silsiləsindən...
Üç yaşından daha əvvəl olanları nə üçün xatırlamırıq?
Elm adamları keçmiş təcrübələrimizi saxlayan yaddaşımızın beynimizdə anı ve ya əhvalat şəklində mütəşəkkil olduğunu irəli sürürlər. Üç yaşından kiçiklər bu şəkildə ünsiyyət qurma qabiliyyətinə sahib deyildirlər. Əhvalat və xatirələrini izah edə bilmirlər. Yer və xarakter anlayışlarını anlamırlar. Üç yaşından kiçiklər düz danışa bildikləri anlayış və yaddaş qabiliyyətlərinə sahib olduqları halda bütün olanları bir bütün olaraq şəkilləndirə bilmir, əhvalata çevirə bilmirlər. Yaddaşımız nə etdiyini nə edildiyini 3-4 yaşlarında yazmağa başlayır.
Ardı
- ?
- 20 fevral 2012, 17:23
- YingYang
- şərh əlavə et
Smaylik
Ardı
- ?
- 20 fevral 2012, 12:01
- YingYang
- şərh əlavə et
Saat niyə sağa hərəkət edir?
Saatlara aid çoxlu maraqlı faktlar var.Bu o qədər də təəccüblü deyil: çünki saatlar lap çoxdan yaranıb və böyük inkişaf yolu keçib.Yəqin ki bundan sonra da keçəcək.Heç fikirləşmisinizmi ki,niyə saat soldan sağa dogru hərəkət edir.Cavab sadədir:çünki günəşdən düşən kolgə də soldan sağa hərəkət edir.İlk dəfə isə bunu misirlilər kəşf ediblər.
lk dəfə qədim Misirlilər, günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi.
Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma «saat istiqamətinə dönmə» kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
- ?
- 19 fevral 2012, 21:02
- YingYang
- şərh əlavə et
Niyə? Nə üçün?
Termos necə istini isti, soyuğu soyuq tutur?
Tək səbəbi vardır, vakuum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab vardır. Xaricdəki metal bir qab olub içdəki ümumiyyətlə bir şüşədir. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilə bilən tama yaxın bir boşluq vardır. Vakuumlu bir mühitdə hava molekulları da olmadığından istilik keçirilməz. Cismin istiliyi başlanğıcda nə isə o halda da qalar. İçəridən çölə, çöldən içəriyə istilik keçişi olmaz. Beləcə termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalar.
Ardı
- ?
- 19 fevral 2012, 17:54
- YingYang
- şərh əlavə et
Qurd Bacılar
Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.
Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.
P.S Allah köməkləri olsun.Amin
