Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

 

Dəniz niyə dalğalanarkən mavi işıq saçır?

Alimlər xüsusən okeanlarda olan və dəniz suyuna parlaq mavi bir görüntü verən mikroskopik bitkilərin saçdığı bioloji işığın (biyolüminesans) necə yarandığını kəşf ediblər.
Lent.az-ın “National Geographic” nəşrinə istinadən verdiyi məlumata görə, fitoplankton adlanan bu mikroskopik bitkilərin, xüsusən bu bitkilərin dinoflagella adlanan növlərinin bioloji işıq saçdığı daha öncə məlum olub, ancaq bu işığın necə yarandığı sirr olaraq qalıb.



Dəniz niyə dalğalanarkən mavi işıq saçır?
Harvard Universitetinin professoru Voodland Hastingsin rəhbərlik etdiyi qrup dinoflagellaların hüceyrəsində xüsusi bir kanalın elektrik siqnallarına reaksiya verdiyini üzə çıxarıb. Məhz dinoflagellaların hüceyrələrindəki bu kanallar bioloji işıq saçma mexanizmini təşkil edir. Bu kanallardan yalnız protonlar keçir. Araşdırma qrupunun üzvü elektrofizioloq Thomas DeCoursey “National Geographic” nəşrinə açıqlamasında deyib ki, yeni kəşf edilən həmin kanallar işıldamaya şərait yaradır: “Dinoflagellalardakı kanalların yerinə insan, siçan, yaxud başqa canlıların hüceyrələrindəki kanalları alıb qoysaq, bu halda işıq ortaya çıxmazdı. Sudakı hərəkət dinoflagellaların protonla zəngin orqanizmlərinə elektrik siqnalları göndərir. Bu elektrik siqnalları dinoflagellaların hüceyrələrindəki proton kanallarını açır, bir sıra kimyəvi proseslərə təkan verir. Bu da neon mavisi işıq buraxan lusiferaz proteinini hərəkətə keçirir”.


 

13 şərh

babayeva_sabina
yəni nəşrlərim bu qədər pisdir ki şərh yazılmır :(((
asel
yox, yox, pis deyil. mən indi oxuyuram. təşəkkür 
JAVIER_ZANETTI
Salam. Babayeva_Sabina yeni nəşrlərinizi deyə bilmərəm ama bu yeni araşdirmaniz superdi söz ola bilməz +++++++++++++++++ ))) 
babayeva_sabina
minnətdaram:))
JAVIER_ZANETTI
Gələn dəfə inşAllah bir nəşirnizə 10 şərh yazacam )))
babayeva_sabina

əvvəlcədən təşəkkürlər 

amma özünüzəzülüm etməyin :)) 

JAVIER_ZANETTI
Kayzendə başqasın avə ya özünə zülm edən ən son nə vaxt görüldü???!!! :)
pascal
babayev_sabina, nəşrlərin pis deyil, niyə elə düşünürsən? Sadəcə, yazılan məqalələr istifadəçilərin maraq və bilgi dairəsinə uyğun olanda şərh yazırlar. Mən elə dünən bu yazını oxudum və faydalı olduğunu da nəzərə alıb + da verdim. Mütləq deyil ki, şərh yazılsın. Plyus da müsbət rəydi. :)
babayeva_sabina
təşəkkürlər
pascal
Sənə də maraqlı nəşrlərinçün təşəkkürlər. :)
BaRLeLiTa
Maraqlı məlumatdı. Sabina paylaşdığın üçün təşəkkürlər sənə :)
tarixci1919
Mən də sizin nəşrlərinizin bəzilərini oxumuşam(ümumiyyətlə yeni nəşrləri bacardığım qədər oxuyuram, köhnələrdən isə marağımı cəlb edənləri) və bəyənmişəm. Amma şərh yazılmaması o demək deyil ki, bəyənilmir. 
kurdamir
Dəniz NƏ vaxt ışıq saçin görməmişik