Wi-Fi dalğalarını görmək istəyirsinizmi?

Hər kəs Wi-Fi əlaqəsini sevir, çünki, simsiz, sürətli və ən əhəmiyyətlisi hər yerdə pulsuzdur. Bəs Wi-Fi dalğalarını görə bilmək istərdinizmi?

Əgər Wi-Fi dalğaları görünə bilsəydi istifadəçilər harada Wi-Fi olduğunu bilər və buna əsasən də internetə girərdilər. Stanford Universitetindən Dr. Browning Vogel kiçik bir yardım ilə Vaşinqtonda çılpaq gözlə görünə bilən Wi-Fi dalğalarının necə görünəcəyini göstərən bəzi çox maraqlı görüntüləri nəşr edib.
Dr. Browning Vogel’a sənətçi Nickolay Lamm və MyDeals.com bu işdə yoldaşlıq edib. Bu işdə Wi-Fi dalğalarının göründüyü bir dünya necə olar deyə xəyal edildi.

Görüntülərdəki Wi-Fi siqnalları dalğa-dalğa və rəngarəngdir. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanda Wi-Fi siqnalları görünsəydi necə bir təsirə səbəb olardı?     /Texnopress

:):)8)8-):-)

 

11 şərh

AZERBAIJAN123
Bu dalğaları gözlə görmək heç də pis olmazdı…
Ramil
Mənə elə gəlir  ki, çox pis təsir bağışlayar.
velili_hemide
Niyə belə düşünürsüz? bir az göyqurşağına oxşayır, amma yaxınımızda olan
Ramil
Mənim düşüncəmə görə təbiətin gözəlliyini pozar. İnsanlar arasında təlaşa səbəb olar. 
velili_hemide
Əslində bu mümkün deyil, yəni bu dalğaların görünməsi. Və inanmıram ki, təbiətin gözəlliyini pozsun və ya insanlar təlaşlansın. Axı burda təlaşlanacaq heç bir şey yoxdur. Sadəcə gözəl olardı deyə düşünürəm. Amma bəlkə də siz haqlısınız, çünki indi hər evdə wi-fi var. Rənglər bir-birinə qarışardı(ola bilsin)…
Ramil
Göz-gözü görməz :))
name
Məncə də yaxşı olardı
nihat1
Hec de pis olmazdi
seyidova
Maraqlı olardı amma bir vaxta qədər.
azadmamedov90
gorsenmir bu qeder derd yaradir, gor gorsense idi nolardi.