Deja Vü

Son dövrlərdə dünyaya yayılmış fransız sözlərindən biri də «dejavü»dür. Bu sözü çox eşitsək də, nə məna verdiyini bilmirik. İnsanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji hal "dejavü" adlanır.

 Dejavu — fransız sözləri "deja" (artıq) və "voir" (görmək) sözlərindən əmələ gəlib. Bu söz insanın bir hadisəni daha əvvəl də yaşaması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olduğu hissini ifadə etmək üçün işlədilir. «Dejavü» sözünün antonimi isə «jamevu» adlanır. Fransız sözü olan “deja vü”nun Azərbaycan dilinə tərcüməsi “əvvəlcədən görülmüş” mənasını verir.

Deja Vu

Araşdırmalar nəticəsində məlum olub ki, dünyada insanların 90 %-i həyatı boyu ən azı beş dəfə dejavü yaşayır. Bu vəziyyətin ən çox qarşılaşıldığı yaş aralığı isə 15-25-dir.

Dejavünü çox zaman reinkarnasiya və halusinasiya ilə əlaqələndirməyə çalışsalar da, tədqiqatlar nəticəsində məlum olub ki, beyinin bir çox bölgəsi dejavü yaranmasına böyük təsir göstərir. Bəzi alimlər dejavünü mistik güc, ya da keçmiş həyatların təsiri ilə, yəni reinkarnasiya nəticəsində ortaya çıxdığını iddia edirlər.

Uzun illər psixiatrlar bu halı «basdırılmış duyğuların yenidən ortaya çıxışı» kimi qəbul ediblər. Onların fikrincə, bu, sinir böhranı nəticəsində meydana gələn yanılma halıdır. Bəziləri isə beynin bilinməyən bir səbəbdən ötəri şüanı keçmiş hesab etməsi səbəbiylə ortaya çıxdığını hesab edirlər.

Hətta bəzi insanlar «deja vu»nun əvvəlki həyatla əlaqədar olduğunu düşünürlər. Bu insanlara görə, sanki onlar dünyaya ikinci dəfə gəlir və hər hansı anı təkrar yaşayırlar. Dejavü üzərində uzun illər araşdırmalar aparılsa da, bu hal hələ də elmə açılmamış olaraq qalır.

Mənbə: azens.az
 

 

11 şərh

pascal
Bu haqda bilirdim. Hərdən bir işi görəndə «mən bu hadisəni bir dəfə görmüşəm axı..!» dediyim olub. :)
Maraqlı məlimatdı. Əminəm ki, çoxu bu halı keçirib.
Ferbara
Məndə də olub. Məsələn, bir adamla danışıram. Ona sual verirəm və düşünürəm ki, o bir az qabağa əyilib filan sözü bu tonda deyəcək, çünki bu bir dəfə də olub. Eyni həmin cür edir. Və mən o dəqiqə bu hadisənin təkrar yaşandığına əmin oluram.
Ümumiyyətlə, dejavü 2 növdü mənə görə. Birincisi — hadisə baş verəndən sonra onun təkrar baş verdiyini düşünmək və ikincisi-hadisə baş verən zaman qabaqcadan hadisənin gedişatını düzgün bilmək və təkrar yaşandığını dərk etmək.
Birinci halda adam düşünür ki, hal-hazırda baş verən hadisə səhvən yaddaşın həm «indiki zaman» qovluğuna, həm də «arxiv» qovluğuna düşür. Bunun adına «kopyalanma» deyim. :) Buna güzgü effekti də demək olar. Amma ikinci növ bu «kopyalanma» halını təkzib edir və əksinə, «arxiv» qovluğunda həqiqətən belə bir hadisənin artıq var olmağı haqqında düşünməyə vadar edir. :) Amma maraqlısı odur ki, bu adi, heç yadda qalmayacaq bir hadisə necə olur ki, hər bir detalı ilə adamın yadına düşür və tərkar olduğunu beynimizə diqtə edir... 
pascal
Ferbara, mən Apollonun yerində olsam, belə gözəl aydınlatıcı şərhi topikə əlavə edərdim. ;) ))
Ferbara
Öz təbirimcə məsələni çözməyə çalışdım. :)
naninka
aaa bu sözün mən nə qədər vaxtdır dəqiq mənasını axtarıram. Bir rus mahnısıda eşitmişəm. təxmini miraj kimi bilirdim  
naninka
Çox qerbi bir haldır. Deməy ki. cox insanlarda olur. Həmişə maraqlı olub görəsən mən bu əvvəl yaşamışam diyə yadima düşdü yoxsa necə… Amma olub ki, dəqiq bilmişəm bu şeylə ilk dəfədir qarşılaşıram, amma indi nə baş verəcəyəni və ya qarşımdakı insanın nə cavab verəcəyi bir anlıq beyimdən keçir
Venera
məndə rastlaşmışam bu halla.bəlkə bu 6-cı hisslə bağlıdır hə?Necə düşünürsüz?
Diamonds
Məndə də olub.Əvvəllər tez-tez olurdu.Başa döşə bilmirdim ki,nə məsələdir bu.«Deja Vü»nün mənasını təxmni bilirdim.Daha da aydın izah etdiyinizə görə çox sağ olun.
seyidova
Məndə belə hallar çox olur.Kaşki bu hall olmadan öncə bilərdik ki, qarşısını ala bilək bəzi pis hadisələrin.
azadmamedov90
___))) sonsuz olan kainatdirmi, yoxsa acilmayan sirrler? belke de neticesiz qalmis sebebli hadiseler. insanin beyni ele seylere qadirdir ki, insan bilse o beyini qoruyardi. zennimce biz hec neyin maraginda deyilik, hec kesin anlamadigini bilmediklerini belkede biz bilirik.