Çaya çox dadlı və faydalı əlavələr

Mədənin işini çaya olan əlavələrin köməyi ilə necə qaydaya salmaq olar? Çay Azərbaycanda ən məşhur içkilərdən biridir, bəlkə də birincisidir desək yanılmarıq. Bu ətirli içkini biz həm soyuq qış aylarında, həm də ki, qızmar yay mövsümündə istifadə etməyə artıq alışmışıq.

Ənənəvi olaraq biz çayı şirniyyat, mürəbbə və ya kəllə qənd ilə içirik. Bir çoxları çayı xüsusi ədviyyatlarla dəmləməyi sevir. Bu zaman bəzi əlavələr faydalı hesab edilir, digərləri isə yox. Biz sizə orqanizminiz üçün faydalı olacaq çay üçün bir neçə ədviyyat barəsində məlumat verəcəyik.

Sitrus meyvələrinin qabıqları
Bu əlavə üçün limon və portağal qabıqları uyğun gələcək. Onların qabığında həzm yoluna və əhval-ruhiyyəyə müsbət təsir edən xeyli miqdarda C vitamini, flavonoidlər və bərk liflər mövcuddur.

Anis (xırda zirə)
Anislə dəmlənilmiş çay həzmə, öskürək və boğazda ağrılar, böyrəklərin, bağırsaqların və ciyərlərin iltihabı vaxtı kömək edir.

Gülümbahar (kalendula)
Kalendula soyuqdəymə və angina vaxtı effektiv vasitə hesab edilir. Antivirus təsirindən başqa o həm də antibakterial və sətəlcəmə qarşı təsir göstərir.

Hil
Baş ağrıları və həzm yolunda yaranmış nasazlıqlar vaxtı hil ilə dəmlənmiş çay sizin köməyinizə çatacaq.

Lavanda
Nevroz, stres və depressiya vaxtı sakitləşdirici vasitə kimi istifadə olunur.

Mərcanı
Mərcanının sıyığı – çox vitaminli bir qida sayılır. Onunla dəmlənmiş çay qanın laxtalanmasını nizama salır.

Darçın
Darçın ümumiyyətlə həzmi yaxşılaşdırır və libidonun artımına səbəb olur.

Kəklikotu
Angina və bronxitə qarşı profilaktik vasitə kimi kəklikotudan dəmlənmiş çay çox effektivdir.

Zəncəfil kökü
Maddələr mübadiləsini aktivləşdirən və canlandıran vasitədir.

Yasəmən
Qastrit vaxtı, gücün tənəzzülü, xroniki yorğunluq vaxtı kömək edir, təzyiqi aşağı salır.

Nanə
Sakitləşdirici, qızdırma salan vasitədir. Nanə ilə dəmlənmiş çay öskürəyə qarşı kömək edir.

İtburnu
Vitaminli vasitədir, orqanizmin qocalmasının qarşısını alır, ürək-damar sisteminin işini yaxşılaşdırır.
Ümumiyyətlə otlar kifayət qədər güclü dərman vasitələridir. Buna görə onları çaya əlavə etməzdən əvvəl həkimlə məsləhət etsəniz daha yaxşı olar.

0 şərh