Qan qrupunuzun xüsusiyyətləri

I qan qrupu
O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.
Müsbət tərəfləri:
— möhkəm həzm sistemi
— yaxşı immun sistemi
Zəif cəhətləri:
— yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur
— mədənin yüksək turşuluğu
— allergiya
Dietik məsləhət- yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.
İçkilərdən
Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.
Çəkini nəzarətdə saxlamaq üçün:
Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.
Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri.
Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: 
Aerobika, qaçış, üzgüçülük, xizəksürmə
 
II qan qrupu
A (II) qrup- tipi «Torpaq adamı». Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir.
Güclü cəhətləri:
— yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya
— effektiv həzm sisteminə malik olmaq
Zəif cəhətləri:
— həssas həzm traktı
— zəif immun sistemi, infeksiyalara dözümsüzlük
— yüksək dərəcədə oyanıq sinir sistemi
— şəkərli diabetə tutulma ehtimalı böyükdür.
Dietik məsləhət:
Tam vegeterian qidalanmaya keçmək
Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla).
Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).
Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).
Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.
 
III qan qrupu:
B (III) qrup- tipi «Qəribə köçəri». Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.
Müsbət cəhətləri: 
— güclü immun sistemi
— yeməklərə yaxşı uyğunlaşma
— balanslaşmış sinir sistemi.
Zəif cəhətləri:
— bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.

Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.
Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.
Uzaq durun: dəniz məhsulları, donuz əti.
İçkilərdən:
Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.
Uzaq olun: pomidor şirəsi, sodalı içkilər.
Çəkini nəzarətdə saxlamaq üçün:
Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.
Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.
Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.
 
IV qan qrupu
AB (IV) qrup — tipi «Sirli tapmaca». Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.
Müsbət cəhətləri:
— Ən gənc qan qrupudur.
— Hissiyyatlı immun sistemi
— Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.

Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.
Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa), 
Azaltmalı: paxlaları
İçkilərdən: 
Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.
Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı.
Çəkini nəzarətdə saxlamaq üçün:
Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.
Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı.
 
Mənbə: Aktual.az

3 şərh

pascal
Hayret! Mənimkin düz dedi. :)
Ferbara
Mən qəndi azaldım? Da ya tebya… :))
beautiful
Mənim qan qrupum deyəsən II -dir